Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov işdən azad olunub.
Teatrdan APA-ya verilən verilən məlumata görə, buna səbəb İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmasıdır.
“İlham Hüseynovun səhhətində problem yarandığına görə bülleten götürmüşdü. Bülletenin vaxtı başa çatsa da, o, teatrda ardıcıl olaraq iş davamiyyətini pozub. Bundan başqa, İlham Hüseynov teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etmir. Bütün bu səbəblərdə əməkdar artist İlham Hüseynovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.


Şərhlər
Düzü İlham Hüseynovu hyəyatda görməmişəm, onu yalnız mavi televiziya ekranından tanımışam. ATV TV kanalında yalnız bircə verilişə baxırıq. O da, həftənin beşinci günlərində Rövşən İsaxın senarisi ilə çəkilmiş "Vicdan Haqqı" serialıdır. Serialda İlham Hüseynovun yaratdığı İmran obrazı sözün əsl mənasında insanı xüsusi olaraq valeh edir. Elə bilirsən ki, o həyatda doğrudan da İlham yox, elə İmrandır. Onun yaratdığı İmran obrazında bir nəfər yaxın qohum olan şəxsi görürəm. Əgər o sahənin adamı olsaydım onu nəinki boş bir şeyə görə işdən uzaqlaşdırmaq, əksinə onun təkcə yaratdığı İmran surətinə görə xalq artisti adı verərdim. Onsuz da İlham Hüseynov pərəstişkar və tamaşaçılarının ürəklərində öz bacarıq və qabiliyyəti ilə yol açıb hörmət qazanmış əsl xalq artistidir. Allah onu ürəksizlərdən, paxıl qəlblilərdən, ən nəhayət namərdlərdən qorusun. Amin!