Menu

Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub

05.03.2018, 14:50
Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub

Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb. Qeyd olunub ki, xaricdə münaqişə zonalarında döyüşmüş 30 nəfər müəyyənləşdirilib, onların ətrafında tədbirlər həyata keçirilir.

Xidmət tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 qaçaqmalçı qrup zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol