Menu

Sabirabadda 11 yaşlı məktəblini maşın vurub

06.03.2018, 10:22
Sabirabadda 11 yaşlı məktəblini maşın vurub

Sabirabad rayonunda avtomobil piyadanı vurub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Şıxsalahlı kəndində 2007-ci il təvəllüdlü Səringül Rafiq qızı Rami bu gün səhər saatlarında məktəbə gedərkən “VAZ 21 07” markalı avtomobil tərəfindən vurulub. Məktəbli qız kəllə-beyin travması ilə sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol