Rusiyadan Azərbaycana vaxtaşırı olaraq silah təchizatına baxmayaraq Belarus hərbi-sənaye dairələrindəki mənbələrin informasiyasına görə Bakı Moskva ilə hərbi-texniki əməkdaşlığın keyfiyyətindən və indiki vəziyyətindən çox narazıdır. Və bu əməkdaşlığa alternativ tapmağa çalışır. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat UDF.by Belarus portalında, nefuzlu hərbi ekspert Yuri Baranoviçin məqaləsində yer alır. Bu məqalə Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini təhlil edir.
Məqalədə deyilir ki, ötən ilin sonlarında hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbayca komissiyasının qapalı iclasında Bakı bu məsələni qaldırıb, Rusiyanın Azərbaycana mövcud və artıq yerinə yetirilmiş müqavilələr üzrə hərbi texnika təchizatına dair üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə xüsusi diqqət yönəldib.
Mənbənin bildirdiyinə görə Azərbaycanla Rusiya arasında ikitərəfli problemlərdə yaranan və 2017-ci ilin yayından kəskinləşən problemlərə görə həmin komissiyanın iclası hökumətlərarası birgə komissiyanın iclası ilə bir vaxta təxirə salınıb. Rusiya tərəfdən hökumətlərarası komissiyaya baş nazirin müavini Dmitri Roqozin başçılıq edir.
“Komissiyanın iclası zamanı Bakı Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığının vəziyyətinə dair bir çox iradlar irəlisürüb. Birincisi, Azərbaycana T-90S tanklarının, BMP-3, BTR-82A, “Msta-S” özüyeriyən qaubitsaları, “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Tor-M2” zenit-raket kompleksi və digər Rusiya silahlarının təchizatına dair müqavilələrin şərtlərinin yerinə yetirilməsinin vəziyyətindən ciddi narazılıq ifadə olunub. Bu zaman əsas iradlar çatdırılmış texnikanın müqavilə ilə nəzərdə tutulmuş texniki komplektləşdirməyə uyğun olmaması, texniki sənədləşdirmənin olmaması, bir sıra silah növlərinin açıq-aşkar zavod qüsurlarına görə sıradan çıxması, habelə cari təmir üçün ehtiyat hissələrinin olmaması barədə idi”-məlumatda deyilir.

Məlumatda deyilir ki, rəsmi Bakı bütün bu problemlərin 2018-ci il ərzində aradan qaldırılmasında qəti israr edir, Rusiya tərəfi isə bildirir ki, bu mümkün deyil və 2021-ci ilə qədər işi təxirə salmaq lazımdır. Çünki Rusiyanın hərbi-sənaye kompleksində yetərli maliyyələşmə olmadığı üçün bu işləri görmək mümkün deyil.
Bildirilir ki, Rusiya ilə silah ixracı müqavilələrinin yerinə yetirilməsində son bir neçə ildə bu cür problemlər tək-tək deyil, sistemli xarakter daşıyır.
“Bununla belə ekspertlərin mövqeyinə görə Azərbaycana gəldikdə bu cür problemlər düşünülmüş xarakter də daşıya bilər. Hansı ki, Rusiya rəhbərliyi üçün Bakıdan silah ixracına görə daxil olan valyutanın alınması arasında balans yaratmaq lazımdır. Bu müqavilələr çox şişirdilmiş qiymətlərlə bağlanıb, digər tərəfdən Azərbaycanın hərbi potensialını Ermənistanla hərbi qarşıdurmadan çəkindirəcək həddə saxlamaq lazımdır.Bununla belə yaddan çıxarmaq lazım deyil ki, Rusiyanın keyfiyyətsiz silah satması təkcə Azərbaycanın başına gəlməyib, digər tərəfdaşlar üçün də alınmış texnikanın sonrakı istismarı məsələsi çox aktualdır. İstehsal üzərində inhisarı saxlayan Moskva alıcını özündən sərt asılı saxlayır, nəticədə çatdırılmış texnikanın təmiri və modernləşdirilməsi üçün yeni müqavilələr bağlamağa nail olur.
Müəllif yazır ki, Moskva Qafqazda ikili oyun oynayır, “ağuşuna alıb boğma” metodundan istifadə edir. Ona görə də Rusiya eyni zamanda iki düşmən tərəfi-Azərbaycanı və Ermənistanı eyni zamanda “ağuşunda boğmağa” nail olur.
Rusiya üçün Ermənistana silah təchizatı sırf siyasətdir, Azərbaycana gəldikdə isə bu həm də biznesdir. Nəticədə eyni vaxtda iki bazarı əldə saxlayır və hər iki ölkədə siyasi çəkisini qoruyur. “Ermənistan Moskvadan heç yana gedə bilməz, Moskva isə Bakıdan əl çəkməz. Bax münasibətlər formulu bu iki sözlə ifadə oluna bilər”-məqalədə deyilir.
Bildirilir ki, Azərbaycanın silah təchizatı üçün alternativlər axtarması Belarus üçün yaxşı imkanlar açır. Çünki Azərbaycan Belarus silahlarının keyfiyyətindən çox razıdır. Ötən il Minskə səfəri zamanı Azərbaycan müdafiə naziri Zakir Həsənov prezident Aleksandr Lukaşenkoya bu barədə bildirib. Deyib ki, Belarus silahları Azərbaycan ordusunda uğurla tətbiq olunur və yüksək keyfiyyətə malikdir.

Ekspert qeyd edib ki, Rusiya silah satmaqla həmin ölkəni özünə bağlamağa çalışır:“Bu baxımdan Azərbaycan yalnız Rusiya silahından uzun müddətdir ki, asılı deyil. Bilirsiniz, biz alternativ olaraq digər ölkələrlə də hərbi əməkdaşlıq edirik və silahlar alırıq. Məsələn, Belarusun istehsal etdiyi silahlar Rusiya silahlarından çox da fərqlənmir. Döyüş qabiliyyətinə görə geri qalmır. Sadəcə olaraq silah qəbul edən zaman daha ciddi yoxlamaq və keyfiyyətli silahla təmin edən ölkələrlə müqavilə bağlamaq lazımdır.
Biz istər silah-sursatları, istər zirehli texnikaları Belarus və Ukraynadan alsaq, heç bir fərq olmaz. Çünki praktiki olaraq bu silahlar eyni tiplidir. Rusiya Azərbaycana keyfiyyətsiz silah verməyə davam etsə, bazarda öz rəqiblərinə məğlub olacaq və Azərbaycan alternativ mənbə tapacaq”.

Şərhlər
Butun bunlara nezaret etmeli olan herbi prokuraturanin bezi mustentiqlerinin bawi herbi xidmeti bawa vurub gelen genclere alti aydan bir ilden sonra hec ne yste cinayet iwi acib ..... kasib valdeyinleri ve qohumlarini pul yiqmaqa qariwib haramlari olsun.INWAALLAH
Evvela.......pul yuyulur,rusa hagg verilir.Alinan sinig-salxag silahlar ise xalgla mubarize ucundur.Ermeni ile kim vurushmag isteyir ki?Satilan geri gayitmir.
Orduda en yuksek rutbeli zabit ... ve bu adam butun
herbi sirrleri bilir ve ...
Yaqub Eyubyan aldiqi otkatlari
bolushur lazimi adamlar ile...
Genc azerbaycanli eskerler kasiblarin ovladlaridir, amma, hakimiyyetdeki cenablarin ovladlari bahali avtomobiller kolleksiyasinin sahibidirler ve keyf edirler..., olkede rushvet-korrupsiya tuqyan edir, lakin, hakimiyyet TELEB EDIR XALQDAN : SOYMEYIN BIZLERI !
Rusların silahıda özləridə ötən əsrin 70-ci illərində qalıb, dünya müasir yüksək dəqiqlikli silahlara 2000-ci illərdən keçməyə başlayıb. Bunlar hələdə 2-ci dünya müharibəsinin taktikası ilə qoşunu döyüşə hazırlayırlar. Məsəl üçün indi döyüş bölgəsində kəşfiyyat peyk vasitəsi ilə aparmaq olar. Amma tupoylar vəzifəyə anqırmaqla qalxanlar insan gücü ilə aparıb artıq insan tələfatına gətirib çıxarır. Bu səbəbdən dünyanın müasir ordularında ağıllılar idarəedirlər və zəfər qazanırlar.
Yəqin Eyyubovun işləridir.Yoxsa səsi çoxdan çıxardı.Mal alanın ağlı niyə çaşır ki,yaramaz malları qəbul edir.Aldandıqdan sonra haray salmağın nə mənası.Otkat məsələsi isə daha real görünür.Əvvəllər də boyanmış köhnə tanklar alırdılar.Öyrəncəli adamlarımız bu işlərlə ölkənin varidatını sümürürlər.
Baxan,nəzarət edən isə tapılmır. Niyə? Bu niyənin cavabını tapanı Nobel gözləyir.
sensasiya xatitinə yazılmış bir yazı.
Bircə ədədində qüsur varsa, həmin partiyaya Reklamasiya verilməli, ödənişi və digər (daşıma, saxlama və yol) xərclər geri çağırılmalıdır. "Otkat" inandırıcı deyil? Ancaq, D.Roqozinə yüksək ehtiramı görünür.
Rusiya Azərbaycana silah satdırmır..zorla pulunu alıb,əvəzində ``metallom`` verilir.Bu gün Azərbaycanda yararlı silah-sursatı ancaq İsraildən alınır.Ondan istifadəyə isə ABŞ-la,Rusiya icazə vermir.
Düz edir niye onlardan alırıq.
Əgər Rusiya Azərbaycana keyfiyyətsiz silah təqdim edirsə,o zaman bizim ağıllı hərb rəhbərliyimiz niyə və nə məqsədlə bunu qəbul edir? Axı adi beton qarışdıran qurğu belə,işlək olmasa,yoxlanmasa alınıb gətirilmir.Sonda isə,yəni bu silahlar Azərbaycana daxil olduqdan sonra onların keyfiyyətsiz olmasında təqsirkar kimdir və niyə müvafiq ölçü götürülmür? Deməli bu halda başqa nyuansların mövcudluğu ortaya çıxır.
OTKAT ile butun naraziliqlara son qoyulur...
Tamamilə cəfəngiyatdır.
erməni ilə birlikdə Azərbaycan ərazilərini işğal edən ,DQ ərazisində öz qoşunları dayanan rusiyanın bizə keyfiyyətyli silahlar verəcəyinə ağıllı adamlar heç vaxt inanmayıb.Buna inananlar rusiya meyillilər ola bilər.Rusiya bizə satdığı yararsız silahlar hesabına,ola bilsin ki,ermənistanın maliyyə ehtiyaclarını ödəyir.