Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib. Modern.az saytının əməkdaşı mövzunu davam etdirmək, əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.
Salamlaşıb hal-əhval tutduqdan sonra Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb. O isə suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb və telefonu qapadıb.
İnstitut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün saytın əməkdaşı yenidən ona zəng edib. Ramiz Məmmədovun bu dəfə söylədikləri daha da sərt olub: “Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.
Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” - institut direktoru söyləyib.
Cəmiyyətə nümunə olacaq elm ocağının rəhbəri, akademik titulu daşıyan şəxs nalayiq sözləri deyib, telefonu qapadıb...
***
AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun Modern.az xəbər saytının müxbiri ilə danışarkən təhqiredici ifadə işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. "Report" məsələ ilə bağlı akademikdən müsahibə alıb.
- Ramiz müəllim, doğrudurmu ki, jurnalisləri ittiham etmisiz və söymüsüz?
- Mən gördüyümü deyirəm. Mən son bir neçə ildə savadlı jurnalistə rast gəlməmişəm, bir "küçük" də məni biabır edib. Bu sözü demişəm, yenə sözümün üstə dururam. Siz nədən narazısız?
- Təhqir etdiyiniz o "bir adam" kimdir?
- Beş-altı nəfər birdən müsahibə götürürdü, onların içindən biri yazıb. Mən nə bilim hansıdır. Bir-bir soruşası deyiləm ki... Hələ bir "başdan-qrija" var, qeyri-hökumət təşkilatının rəhbəri var, Telman Zeynalov, onun mənim haqqımda qiymətləndirilməsi verilib: "Ölsün yerə girsin, bu akademik". Dediyi sözlərə bir bax!
- Tutaq ki, bir nəfərə əsəbləşmisiniz. Buna görə bütün jurnalistlər haqqında danışmaq, tənqid, hətta təhqir etmək nə qədər düzgündür?
- Mən deyirəm də bu sözü. Siz də yazın daaa... Yaz ki, Ramiz müəllim düz eləmir! Sən de görüm hansı jurnalistin analitik yazısına rast gəlmisən?! Jurnalistin qabiliyyəti onun analitik yazı vermə qabiliyyətidir. Varmı elə jurnalist, Azərbaycanda?
- Ramiz müəllim, kiməsə əsəbləşmişdinizsə, niyə məhkəməyə müraciət etmək əvəzinə təhqir yolunu seçdiniz?
- Eləmədim də... Bilmirəm axı yazan kimdi, hansından şikayət edim?!
- Siz məhkəməyə müraciət edərdiniz, onlar araşdırardılar...
- Mənim ona vaxtım var?
- Ramiz müəllim, bu təhqirə görə jurnalistlər sizi məhkəməyə verə bilər...
- Versinlər də... Mənim şəxsi fikrim budur ki, Azərbaycanda savadlı jurnalist yoxdur. Təkrar edirəm yenə də, Azərbaycanda savadlı jurnalist yoxdur... Gedin verin məni məhkəməyə...
- Çox təəssüf edirəm ki, sizdən belə sözlər eşidirəm, Ramiz müəllim, çox təəəssüf...
- Təəssüf edirsən, o sənin öz işindir. Təəssüf etməkdənsə səviyyənizi qaldırın. Gəlib, zəng edib sual verəndə mövzuya hazırlaşın.
- Ramiz müəllim, siz necə birbaşa hamını ittiham edə bilərsiz?
- Mənim gördüklərim odur, indi bəlkə yaxşıları var, Azərbaycanda harda gizləniblər onları mən görmürəm.
- Jurnalistlər arasında kifayət qədər savadlı ziyalılar, hətta deputatlar var... Necə yəni mən görmürəm!? Bir adama olan əsəbinizi hamıya ünvanlamaq nə qədər düzgündür, etikdir?
- Lap düzgündür! Ona görə ki, mən Azərbaycan jurnalistlərinin bir dənə analitik yazısını görməmişəm. Hamınız 95 faiz eyni şeyi tirajlayırsınız. Bütün məlumatlarınız bir-birinə oxşayır.
- Bəs "küçük" sözü nədir?
- Bir nəfər məni əsəbləşdirib, ona işlətmişəm o sözü. Onun da üstündə dururam. Bu söhbəti qurtardıq, indi də ayrı nəsə tapın.
- Təəssüf edirəm... Sağ olun.
- Davay...

Şərhlər
küçük sözü kimin haqqında deyilibsə o dinmir yəqin günahı var Ramizin yanında bu 90% belədir .Qaldı ki küçük sözü türkcədə kiçik ,balaca mənasıda SƏLCUQLU DÖVLƏTİNDƏ sədəddin köpək bəyəm it mənasını vermirdi.Amma bizlərdə olan "alçaq"sözü həmişə pis məna vermir baxır söz harda nə zaman və ən əsası kimə deyilir
t.ədalətə siz deyəsən hədini aşırsız .... sadəcə sənə bildirirəm biz hüqiqi dövlətdə yaşayırıq gümanki məhkəmə yoluyla hər şey həlini tapar sənə isə məsləhətim budur hansısa ...
ARİF ƏLİYEVƏ:Azərbaycan ərazilərini heç kim özü bildiyi kimi adlandıra bilməz.Siz mənə qarşı "etnik ədavət" iddiası irəli sürməklə DQ-nin separatçı ermənilərinə qoşulursunuz.ermənilər də vaxtı ilə ərazilərimizə öz separatçı istəklərinə uyğun olaraq münasibət bildirir, yerin-yurdun adını erməniləşdirirdilər.İndi də onun əziyyətini çəkirik.Görünür,ölkəmizə qarşı hansısa separatçı təşkilatın üzvüsünüz ki,yazdıqlarım sizi narahat edir..
Ne qeder heqiqetleri cemiyyetden gizletmek olar? Bunuda siz edesiz. Xalqin cetin gununde yaninda olmayanda jurnalistlere buda azdi. Yaltaq kor lal jurnalistlere lenet olsun
Jurnalistin başının üstündə idarə edən qurum varsa ya da bir Şura varsa deməli bu jurnalist deyil .Jurnalist tam sərbəst olmalıdır və özü öz əməyi ilə pul qazanıb özünə ev ala bilməlidir. Bu yoxdursa deməli akademik düz deyib ki sərbəst deyillər
Ölkəmiz çox sahədə-şair və aşıqları, şüar və tərifləri ilə kainatda Birincidir. Dünya reytinqləri də bunu təsdiqləyir. Xoşbəxtlər sırasında Ermənistan sonuncu, 30 il onun hərbi əsarətindən qurtula bilməyən Azərbaycan isə ondan 72 pillə yuxarı 57-ci yeri tutur! Ramiz müəllim, Analitika düşüncə tələb edir. Şüar-şou isə POPUQAY kimi yuxarıdan, dünyəvi QRİP virusu kimi asan ötürülür. Düşüncənin kiçikliklə əvəzi, ata yurdu əvəzinə "xoşbəxt" reytinqi verirmiş? Ana (türk) dilində küçük, eləcə kiçikdir.
Hörmətli Azpolitka sizdən xahiş edirəm t.ədalətin şərhini verməyiniz məqsədə uyğun deyil bu adam etnoslara qarşı milli ədəvət salmaq istəyir.
Jurnalist santaj yoluyla vetendasdan pul isteyirse bu kisinin sozu onlaradi yeqinki.amma vicdanli jurnalistlerimizde az deyil onlara esq olsun.reket jurnalistleri nezerde tutub deyibse duz deyib.
AKADEMİYANİ QİNAYANLAR BİR MƏQAMİ UNUTMASİNLAR Kİ, ƏGƏR OLKƏNİN ZİYALİSİ DA JURNALİSTİKANİN BƏRBAD VƏZİYYƏTİNİ İCTİMAİLƏÇDİRİRSƏ BUNUN TAM İKİ GUNAHKARİ VAR BU İŞƏ RƏHBƏRLİYİ UZƏRİNƏ GOTURUB BACARMAYANLAR VƏ BİR DƏ BUNLARA NƏZARƏTİ LAYİQİNCƏ HƏYATA KECİRƏ BİLMƏYƏNLƏR. MƏHS QEYD ETDİKLƏRİMİZİN UCBATİNDA MƏTBUATDA AYRİSECKİLİK VƏ QƏRƏZCİLİK DURMADAN ARTİR. ƏLİMİN HOQADAN CİXİB, AZ QALA MİLLƏT QARŞİSİNA LUY-URYAN CİXİB SƏRBƏST İKİ KƏLMƏ DURUST DANİŞA BİLMƏYƏNLƏRİ GORƏN DƏ BİNAVA PROFESOR NƏ DANİŞMALİDİR Kİ?
Çox düz deyir bu kişi. Halal olsun. mirrrrr sahinin timsalinda. Allah bu kişiyə can sağlığı. Cəlal Əliyevə rəhmət eləsin etsin. Onlar tamada kimi bir seydirlər
Cox duz deyib. Az deyib. Ne jurnalisti? Sifariwli yazilar derc eden ...
Hormetli jurnalistler, siz ekser hallarda hekimleri , muellimleri,alimleri ve bashqalarini esasli-esassiz tenqid edirsiniz. Amma hele bir defe de olsun her hansi bir "jurnalistin" peshe serishtesizliyi haqda yazmamisiniz.Axi jurnalistler arasinda da o ada layiq olmayalari hec de az deyil. Niye??
Bu təyin olunmuş akademik kobudluğu bilərəkdən edir. O görür ki, xalqa təhqir yağdıranlar, söyənlər rejimin yanında yuxarı başda oturulur.O da özünü "qırğı" kimi göstərmək istəyir.
O biri təfərdən AMEA artıq direktorların meydan suladığı bir ovlağa çevrilib. Zoologiya İnstitutunun direktoru (ixtisasca fizika namizədi)... Ona bir söz deyən oldumu.Eləcə də Fizika İnstitunun direktoru. və başqaları. Buna şərait yaradan isə 85 yaşlı ahıl-Akif Əlizadədir.İdarəçilik itib!
Böyük bir elm ocağının rəhbəri-elmlər doktoru, həm də istər-istəməz ziyalı titulu daşıyan bir insanın bu cür davranışı yalnız təəssüf doğurur. Məncə həmin səviyyədə olan birisinin leksikonunda belə sözlər ümumiyyətlə olmamalı və həmin insanlar davranışları ilə digərlərinə nümunə olmalıdırlar.
Ramiz Məmmədov əgər jurnalistlərin ünvanına təhqir yağdırıbsa,"bezdarnıy" onun özüdür!Azərbaycan coğrafiyasının ən yaxşı alimi rəhmətlik Budaq Budaqov idi.Ondan sonra Respublikanın baş cografiyaçısı təyin olunan R.Məmmədov coğrafiya elminə bir yenilik gətirə bilmədi.Elə bunun nəticəsidir ki,respublikada yaşayan bəzi etnik xalqlar yaşadıqları ərazilərdə dağlara və meşələrə öz milli mənsubiyyətlərinə aid olan adları verirlər.Məncə,üzr istəyənə kimi jurnalistlər ona qarşı aksiya keçirməlidirlər.
Belke duz demir?
Vəzifəcə özlərindən yüksəklilərdən o qədər söyüş və təhqir eşidirlər ki, bir yazıq və yoluq görən kimi ürəklərini boşaldirlar. Bunların əksəriyyətinin mətbuata allergiyası var, inciməyin....
RAMİZ QAĞA! ELƏ DEMƏ MƏTBUATİN SEFİ, MİLLƏTİN VƏKİLİ, AZƏRBAYCANDA HƏQİQƏT NAMİNƏ TƏHQİR VƏ TƏZYİQLƏRƏ DOZUB, HAQİN SƏSİNİ UCALDAN JURNALİSTLƏRİ DUNYADA ANALOQU OLMAYAN REKERT ADLANDİRİB, KORUPSİONER MƏMURLARİ ONLARDAN QORUYAN MƏTBUAT SURAİNİ SƏDRİ AMAŞOV QAĞAMİN XATİRİNƏ DƏYMƏZMİ?