Menu

“Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olsa da...” - Fazil Mustafa

30.03.2018, 16:30
“Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olsa da...” - Fazil Mustafa

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermirik. Ancaq erməni daşnak Njdeyə heykəl qoynda deyirik ki, ona niyə abidə ucaldıblar?”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji lideri və qurucularından olsa da, müasir Azərbaycan dövlətçilyinin qurucusu Heydər Əliyevdir:

“Ancaq nədənsə Rəsulzadəyə münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanclıqla yanaşılır. Hətta onun Növxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevrimirk? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda başlayırıq, niyə abidə qoyurlar? Belə yanaşma olmaz axı”.

Şərhlər

Cəfər Səlimov 2018-03-30 16:30:12

Düşncəsini və məsləkini dəyişən və lazım gələrsə yenə vəziyyətə uyğun öz şəxsi mənfəətinə görə dəyişməyə hazır olan adamdan başqa nə gözləmək olar?Məmməd Emin Rəsulzadəni inkar etmək nankorluq
olduöunun sübuta ehtiyacı yoxdur.

demaqoq 2018-03-30 16:30:12

bi bindan artiq daha nə deməlidir ki?

t.ədalət 2018-03-30 16:30:12

Bizə miras qoyduğu ideyaları ilə min il sonra da dünyanın düzənini demokratikləşdirəcək bir dühanın ruhunun belə təqib olunması rusiya ilə bağlıdır.Rus dövləti Məmməd Əminin işığından qorxur.Bu işıq Azərbaycanı əbədi müstəqilliyə aparan bir mayakdır.Dünyanın nəhayətdə parlament idarəetməsinə keçəcəyi gün-- böyük Məmmədəmin arzularının gerçəkləşəcəyi vaxt olacaq ki,bu,ona qoyulacaq abidələrdən də yüksəkdə dayanacaq!Öz millətinə baş ucalığı gətirənlər ölmür!Onalara qarşı dayananlar isə sonda rüsvay olurlar..

Dr.AGAOGLU 2018-03-30 16:30:12

MEMMED ƏMİN RƏSULZADƏ, İLK MÜSTƏQİL AZƏRBAYCAN XALQ CÜMHURİYYETİNİN İDİOLOQU VE QURULMASİNA REHBERLİK ETMİŞ TARİXİ ŞEXSİYYETDİR. ƏBÜLFƏZ ELÇİBƏYİN GÜCÜ ÇATIB ONU YAŞADA BİLMEDİ.YASADİGMİZ BUGÜN Kİ, AZERBAYCANİN İSE İDEOLOQU VE QURUCUSU HEYDAR ƏLİYEVDİR,YASADANİ İSE OGLU İLHAM ƏLİYEVDİR.TEŞEKKÜR SİZE Kİ, BU TARİXİ GÜCÜNÜZ ÇATANI QƏDƏRİNDE UNUTDURMURSUNUZ.

Bəhram Qarabağlı 2018-03-30 16:30:12

Sivil Avropa və 80 illik sosialist aləmini uzaq Yaponlar daha doğru anlayıblar? K.Marks, F.Engels və V.Ulyanov Fəlsəfəsini, anlamayan "Çəkic-Oraq"lılar onu keçmişin total tənqidinə çeviriblər. Müstəqil Azərbaycanın siyasi-hüquqi gündəmi öz tarixi ilə rəqabətə çəkməsi intihar deyilmi? Keçmişə rəqabət deyil, abidə gərəkdir. Təbii sərvətimizə analoji ölkə əvəzinə, öz tariximizi və Ermənistanı inkişaf rəqibi seçmək müdrüklükmü?

Fazil-ə 2018-03-30 16:30:12

Hələ müasir Azərbaycan qurulmayıb.Bunu görmürsünüzsə.ətrafa baxın.
Tələcməyin və çaşmayın.Qoy bir demokratiya işləsin,dövlət qohum-qardaşların özbaşına, qanundan kənar idarəsindən azad olsun,mənimsəmə,yeyinti,korrupsiya,rüşvətə qarşı doğrudan mübarizə etsin, millətin xarici ölkələrə iş üçün köləri azalsın.Bunlar düzəldikdən sonra dövlətdən danışmaq olar.

matin 2018-03-30 16:30:12

Rəzulzadə həm də müasir Azərbaycanın qurucusudur. 1991-ci ildə müstəqilliyin bərpasında indiki məmurların heç bir rolu olmayıb. Əksinə ölkəyə fəlakət gətiriblər. ...Ölkədə heç vaxt belə intihar rüzgarı əsməyib. .... millətin pulunu ofşorlara daşıyırlar. Harda burda ki kimi yüksək bank kreditləri var? Dinəni ya öldürürlər, ya da həbs edirlər.Sonrada insan haqlarından danışırlar.... Admin şərhimi verin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol