"AZƏRBAYCANI BMT-də ƏRİ ERMƏNİ OLAN RUSİYA VƏTƏNDAŞI TƏMSİL EDİRDİ" - İsfəndiyar Vahabzadə ŞOK fakt açıqladı

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə "Yeni Müsavat"a müsahibəsində sensasiyalı fakt açıqlayıb. Onun sözlərinə görə, BMT-nin Avropa bölməsində səlahiyyətli nümayəndə kimi Azərbaycanı İsveçrədə Rusiya vətəndaşı, əri erməni olan bir xanım təmsil edib. Özü də Fransada erməni qəsəbəsində yaşayıb. Bu fakt Azərbaycan xarici siyasətinin hansı vəziyyətdə olduğunu ortaya qoyur. Əlavə şərh vermədən, müsahibənin həmin bölümünü "AzPolitika.info"nun oxucularına təqdim edirik:

- Bir Zümrüd Yağmur var, mən heç tanımıram da o kimdir. Bir yazısını gördüm, bir cümləsi xoşuma gəlmədi. Yazır ki, Bəxtiyar Vahabzadə millətə atalıq edə biləcəyi təqdirdə övladlarına atalıq elədi. Bu, bir az yaxşı söz deyil. Əvvəla, Bəxtiyar Vahabzadənin iki oğlu var. Mən şərq fakültəsini bitirmişəm. 21 yaşında evdən çıxmışam və gedib İran İslam İnqilabında iştirak etmişəm. Ondan sonra gəlib 1-2 il komsomol işində çalışdım. Daha sonra Əfqanıstan müharibəsində oldum. Əgər Bəxtiyar Vahabzadəyə istinad edirlərsə, onda gərək ilk növbədə desinlər ki, bunun övladı Əfqanıstanda döyüşüb, “kontuziya” alıb, İran inqilabında olub. İran inqilabı elə-belə məsələ deyildi. Mən İranın Hərbi Nazirliyində işləmişəm. Sən əvvəlcə mənim keçdiyim yolları bil, ondan sonra danış! Elə dövr idi ki, mən Vahabzadə soyadını da götürməmişdim, imtina etmişdim ki, doktorluq müdafiə edəndə deməsinlər atasına görə edir. Bəxtiyar Vahabzadə oğlunu nazirmi elədi, yoxsa deputatmı seçdirdi, bəlkə icra başçısı qoydurdu?! Axı bu, mənim öz sahəmdir də. İndi siz fikir verin, mən şərq fakültəsini bitirmişəm, şərqşünas kimi İranda, Türkiyədə, Əfqanıstanda uzun müddət işləmişəm. Geri qayıdandan sonra gedib Türkiyədə diplomatik kurs bitirmişəm. Bir də Ali Partiya Məktəbində oxumuşam. İki ali diplomum var, mən gedib qaynaqçı işləməliyəm, yoxsa montyor? Yaxşı, bu sözü deyən qadın fikirləşmirmi ki, məndən əvvəl İsveçrədə həyat yoldaşı erməni olan Sima adlı biri işləyirdi? Niyə digərləri işləyəndə bunu yazmırlar, ancaq Bəxtiyar Vahabzadənin oğlu işləyəndə yazırlar? Mən səfir vəzifəsindən yuxarı qalxmamışam. Söhbət bundan gedir.

- Həmin Sima dediyiniz Azərbaycanı təmsil edirdi?

- Bəli. Mən əvvəlcə Pakistanda səfir işlədim. Oradan qayıdandan sonra İsveçrəyə - BMT-nin Avropa bölməsinə səlahiyyətli nümayəndə yolladılar. Məndən əvvəl Sima Eyvazova idi. Yaşlı adam idi, qaldı Fransada. Erməni qəsəbəsi var idi, Lyaroş, orada yaşayırdı. Ölməyindən, qalmağından xəbərim yoxdur. Özü də həmin bu Sima Rusiya vətəndaşı idi. Bunu heç kim heç yerdə demədi. Anası, əri erməni olandan danışan yox idi. Amma Vahabzadə gedəndən sonra dərhal dedilər ki, Bəxtiyar Vahabzadənin oğlu səfir getdi... Vahabzadənin oğlunun keçmişində nələr var? İran, Əfqanıstan, Türkiyə təhsili. Bunları niyə demirlər? Adama ağır gələn budur. Mən Vahabzadənin oğlu olduğum üçün deputatmı seçildim, nazirmi oldum, yoxsa icra başçısı qoydular?

635x100

Şərhlər

============= 2018-04-06 11:47:56

Bəxtiyar müəllimin oğlu bildirklərinin çox az bir hissəsini yazıb.Əslində o bildiklərinin üçdə birini desə heç şübhə etmirəm ki,həmin şəxsi ən azından öldürməklə hədələyərlər.Yüksək dövlət qurumlarında anası,nənəsi erməni və rus olan şəxslər ən aparıcı dövlət vəzzifələrində işləyirlər.Yüksək vəzifə tutan əksər dövlət məmurları üzdə vətəndən,vətənə və dövlətə sədaqətdən danışsalarda,faktiki olaraq həmin şəxslər ancaq özlərinin və ailələrinin maddiyyətini güdməklə məşquldurlar.

[email protected] 2018-04-06 11:47:56

Bir çox məsələdən hali olduq. 20 min erməni qadının dədəsi-anası, urusiyada yaşayan qərdeş-bacısı var. Hamısı da Azərbaycana düşmən. Casusdurlar hamısı.

Mirzezade Arifə 2018-04-06 11:47:56

Azərbaycanda DQarabağla 200 mindən çox erməni yaşayır. DQarabağa 20-25 min erməni ailəsinin hər birinə 25000(iyirmi beş min) ABŞ $ verməklə R.Kuçeryan köçurub. Güman ki, Başneft dən payı da həmin məbləğdən qalanla pula alıb?

Mirzəzadə Arif 2018-04-06 11:47:56

İsfəndiyar müəllim,rəsmi məlumatlara görə yalnız Bakıda 20 mindən çox erməni yaşadığını qeyd edirlər.Bəs onlar kimlərdir? AXtarsanız onların xeyli hissəsi öz ad,soyadlarını dəyişmış (Şaqen-Şahin,Avanes-Avtandil, Qriqori-qalib,aykanuş-Əzizə və s. olmuş) və əksərən dövlət müəssisələrində vəzifələrdə çalışırlar.Hələ 1988-ci ildən əvvəl də onlar yerli Azərbaycanlılardan fərqləndirilib və vəzifələrdə olublar.əBelə halda bir nəfərin BMT-də nümayəndə olması da təsadüf deyil,pıanlı işin nəticəsidir.Yazıq olmuşuq!

Bəhram Qarabağlı 2018-04-06 11:47:56

Əfqanıstanda sadəcə bir il yaşamaq Qarabağ qəhrəmanı qədər bir işdir, hörmətli SƏFİR İ.Vahabsadə. Onsuz da bir sıra siyasətçilərimiz gizli mənsubiyyətinəmi və ya şəxsi ambisiyadanmı əslində açıq-aşkar daşnaq mövqeyi göstərir. Minsk qrupunun ABŞlı həmsədri ilk mərhələdə 7 azərbaycanlı rayonlarının evlərinə qaytarılması təklifini irəli sürdüyü halda daimi nümayəndəmiz Q.İsrafilov hələlik 5 rayonun qaytarılmasını rəsmi Azərbaycan mövqeyi kimi ortaya qoymuşdu. Belə mövqelər 24 ildir həllin qarşısını alır.

Arçil 2018-04-06 11:47:56

Isfəndiyar müəllim!sizi və digər taninmiş şəxslərin övladlarini vəzifə tutmaqda heç kim qinaya bilməz nədənki əgər o vəzifəyə ləyaqəti varsa.bu 1-ci.2-si uman yerdən küsərlər.bu məzlum millətin gözü həmişə ziyalida olub ki taleyüklü məsələdə nē mövqe tutacaq.3-cü bu soyaddan imtina məsələsi eşidəndə yadima Əhməd Cavadin xanimi Şükriyyə xanim düşür.zənnimcə biz Türk kişiləri üçün bunu eləmək heç bir halda olmaz

SUAL 2018-04-06 11:47:56

BU FAKTLAR COXDUR.MƏSƏLƏN 1996-97 CİİLLƏRDƏ BAKİ HƏLƏB TƏYYARƏ REYSİNİ HƏLƏBDƏ ELƏ ERMƏNİLƏR QARIİLAYİB ERMƏNİLƏRİN HOTELİNDƏ SAXLAYİB, ERMƏNİ RESTORANLARİNDA YEDİZDİRİRDİLƏR AZƏRBAYCANDAN GEDƏN TURİSTLƏRİ. BUNLARİN İCƏRİSİNDƏ DAĞİSTANLİLARDA VAR İDİ. YƏNİ TURİSTLƏRİN. ƏN MARAQLİSİ İDƏ BAKİDAN GEDƏN TURİSTLƏRİ APARAN BULAQ FİRMASİ VAR İDİ HAMİSİ DA QARABAĞLİLAR İDİ, FAİQ, İLHAM, ŞİRZAD NƏ BİLİM NƏ. BİABİRCİLİQ İDİ Kİ SETONUN RESTORANİNDA HAMİ SALİKO VURURDU. AEROPORTUN BAKİ NUMAYƏNDƏSİ İSƏ NİYƏ ERMƏNİYDİ?

R-n 2018-04-06 11:47:56

O cumle ile men raziyam.Hegigeten de B.Vahabzade turkculuyu yalniz yaradiciliginda terennum edib,uzde ise shexsi heyatina cox digget yetirib.O gozel bilirdi,olke ... esilliler terefinden zebt olunub. O bilirdi ki,hec bir mustegillik yoxdur,hamisi kagiz uzerindedir,mustegilliye ses vermeyenler olkeni idare edirler,susdu....

hərbi pensiyaçı 2018-04-06 11:47:56

təkcə xin-mi? dövlət orqanlarında arvadı erməni olan, cürbəcür üsullarla ermənilərlə əlaqə saxlayan o qədər vətəndaş-məmur varki.

Cavad 2018-04-06 11:47:56

AZərbaycan millətini bir millət kimi sıradan çıxarmaqla məşğul olan məmurlar indi vəzifələri qəsb ediblər və çirkin əməllərini davam etdirirlər.Bir az imkanı olan təmiz qanlı Azərbaycanlıların bir qismi ölkəni tərk edib. bir qismi isə imkan gözləyir.

oxucu 2018-04-06 11:47:56

VAY-VAY DAŞ OLUB BİZİM BAŞIMIZA XƏBƏRİMİZ YOXDUR. ELƏ BİR MÖTƏBƏR YERDƏ ERMƏNİ ? SÖZÜN BİTDİYİ YER.

matin 2018-04-06 11:47:56

Hələ bu harasıdır. 2003-dən qabaq Şaumyanın nəticəsi (Ekaterina adlı rus diplomatiyasında işləyən) Bakıya təşrif buyurmuşdu. Medvedev prezident olanda deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq Azərbaycan və Ermənistanın hökumət üzvləri bir-biri ilə çox yaxşı münasibətdədirlər.

oxucu 2018-04-06 11:47:56

Azerbaycan XALQINI BEDBAXTLIQA DUCHAR EDENLERDEN BİRİ DE XIN naziri Elmar Memmedyarovdur ki, TAMAMILE ASILIDIR Kremlden ve DAIMA, BUTUN GOSTERISHLERI ALIR S. Kalantarov - Lavrovdan..... .... ERMENIPEREST - RUSPEREST MEMURLARIN AKTIV YARDIMI ile, UZUN ILLERDIR ki, ermeni -rus ishqalindadir Daqliq Qarabaq ve etrafindaki 7 rayonlar...... VAXT ITIRILİR ve YALNIZ ILLUZIYA EDIZDIRIRLER XALQA...

t.ədalət 2018-04-06 11:47:56

Bu yazılanlar həqiqətdirsə,vay bizim halımıza!Bir tərəfdən ermənilər DQ-də bizi qırır,o biri tərəfdə hökumətimiz ermənilərə etimad göstərir.Vətən yolunda canını fəda edənlərə iş və mənzil qapısı açmayanlar BMT kimi mötəbər bir təşkilatda erməniyə etbar edir.Belə şeyləri eşidəndə DQ-də şəhid olanlara adamın yazığı gəlir..Heyif onlara!Biz burda-döyüşlərdə sağlamlığımızı,həyatımızı itirəndə,sən demə bizi BMT-də erməni təmsil edirmiş..Bu yolla torpaq qaytarılmaz..

Fəradi 2018-04-06 11:47:56

Sovetin ilk vaxtında məhv edilən ziyalılarımızı demirəm, fikirimcə bu millət 70 ildə məhv olmayıbsa, B.Vahabzadə, İ.Şıxlı, X.Rza, Şirməmməd H., S.Rüstəmxanlı, Ə.Elçibəy, Z.bünyadov, Xudu Məmmədov və adını çəkmədiyim bir sıra ziyalılarımıza borcluyuq.Yadımdadır tələbə olduğumuz 70-80-cı illərdə Vahabzadənin "Gülüstan poeması" əlyazma şəkillində tələbələr arasında yayılır və tələbələr arasında milli hisslər aşılayırdı.İndi 3 yazı yazıb Bəxtiyar haqqında yazılar yazan gənglər özlərinə sual vermirlərki axı biz bu ziyalılarmızdan yaxşı bu vətən üçün neyləmişik?İndi yazmağa nə var ki.Bəxtiyarın evladları traktorçu olmalaydılar?Əgər onlar hansısa vətənə, Bəxtiyara yaraşmayan hərəkətlər ediblərsə konkret fakt gətirin xalq da bilsin.Yoxsa öyrəşmişik ey hamıya çamur atmağa.Millətin ziyalılarını gözdən salmaq üçün bizə başqa millət lazım deyil.

Arçil 2018-04-06 11:47:56

Mən bu gün şərh yazmişdim qeyri-etik qanunvericiliyə zidd heç bir şey yox idi niyə çap eləmirsiz

Son yazılar