Oman Bakıda daşınmaz əmlak üçün investisiyaları artırıb. Bunu virtualaz.org-a Oman Sultanlığının Türkiyədə və Azərbaycandakı səfiri Qasım bin Məhəmmədi bin Salem əl-Salhi deyib.
Diplomat bildirib ki, Omanın Azərbaycan paytaxtının daşınmaz əmlakına investisiyalarının həcmi bu gün milyon dollarla ölçülür. Oman investorları Bakıda artıq beş bina əldə ediblər və onları mehmanxanaya çevirəcəklər.
"Son illər ərzində Omandan Azərbaycana on minlərlə turist gəlib və belə qonaqların sayı daim artır. Yaxın vaxtlarda ölkələr arasında daha bir aviareys açılacaq: Maskat- Bakı. Bu, turist axınına imkan yaradacaq. Amma biz istəyərdik ki, turizm hər iki tərəfə inkişaf etsin. Azərbaycan turistlərini sultanlığa cəlb etmək üçün tezliklə Omandan Bakıya turizm firmaları qrupunun nümayəndələri gələcəklər", - deyə əl-Salhi bildirib.

Şərhlər
PLANETİN TEMPERATURU ARTDIQCA İNSANLAR İSTİ YERLƏRDƏN ŞİMALA KÖÇ EDİR.
Bu mənzillər tərbiyəsizlik yuvasına çevriləcək.Əxlaqi dəyərlərimiz sıradan çıxacaq.
Men ailemle birlikde yasamag ücün birdefelik 2002-ci ildä Almaniyaya köcmüsük. Mänim kimi 10 000 -minlerle ölkäni tärk edän var. Bizlärin äväzinä ökäyä Äräbläri doldururlar. Biz olmusug yersiz äräblär indi olublar yerli. Belä getsä 5,10 ildä ölkädä hec kim galmayacag.