Menu

ABŞ senatoru Suriyaya hücumu qanunsuz adlandırıb - Konqresdən icazə alınmayıb

14.04.2018, 13:24
ABŞ senatoru Suriyaya hücumu qanunsuz adlandırıb  - Konqresdən icazə alınmayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) senatoru Tim Keyn Suriyaya endirilən zərbələri qanunsuz adlandırıb, çünki bunun üçün Konqresdən icazə alınmayıb.

«Biz, müharibə aparmaq üçün prezidentə kart-blanş verməyi dayandırmalıyıq. Bu gün Suriyadır, amma onu növbəti zərbəni İrana və ya Şimali Koreyaya endirməkdən nə çəkindirə bilər ki?» - deyə, Keyn öz «Tvitter»ində yazıb.

ABŞ Konstitusiyasının birinci maddəsi nəzərdə tutur ki, müharibə aparmaq üçün prezidentə icazəni Konqres verməlidir. Ancaq ABŞ-ın müdafiə naziri Ceyms Mettis Suriyaya zərbəni əsaslandırmaq üçün ikinci maddəni önə çəkir. Həmin maddə «ABŞ-a yönəlik əhəmiyyətli təhdidlər»ə reaksiya vermək (o cümlədən, hərbi yolla) üçün prezidentə səlahiyyət verilməsini nəzərdə tutur.

Maraqlıdır, Bəşər Əsədin və ümumiyyətlə, Suriyanın mövcudluğu ABŞ-a hansı «əhəmiyyətli təhdid» yaradır ki, ABŞ ona «hərbi yolla reasiya» verir?...

Trampın davranışı Ariyel Şaronun məşhur «aforizmi»ni yada salır: «ABŞ-a yəhudilər nəzarət edirlər...». Buradan belə çıxır ki, ABŞ prezidenti Donald Tramp amerikalıların yox, yəhudilərərin iradəsinə xidmət göstərir...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol