Menu

«Təmkinli olun» - BMT-nin Baş katibi

15.04.2018, 16:37
«Təmkinli olun» - BMT-nin Baş katibi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş koalisiyanın Suriyaya raket zərbəsi endirməsinə xeyli «orijinal» (yəni ki, boğazdan yuxarı!) reaksiya verib.

Özünün rəsmi bəyanatında o, vəziyyətin gərginləşməsindən qaçmaq üçün bütün ölkələri «təmkin nümayiş etdirməyə» çağırıb.

«Mən, bu təhlükəli şəraitdə bütün BMT üzvü olan ölkələri təmkin nümayəş etdirməyə, vəziyyətin gərginləşməsinə səbəb olan və Suriya xalqının əzablarını daha da dərinləşdirə biləcək bütün hərəkətlərdən çəkinməyə çağırıram» - deyə, Baş katib qeyd edib.

Sanki, cənab Quterriş belə demək istəyib: «Döz ki, dözən «mərd» olar...».

Şərhlər

NURəddin 2018-04-15 16:37:28

QARABAĞIN İŞĞAL OLUNMASININ ƏN BAŞLICA SƏBƏBİ TƏMKİNLİ OLMAQDA OLDU. O VAXTIN "GEYDİRMƏ ZİYALILARI" KÜTLƏVİ ŞƏKİLDƏ ÇIĞIRIŞMAĞA BAŞLADILAR Kİ,QAN TÖKMƏYİN.TƏMKİNLİ OLUN.TƏMKİN-TƏMKİN DEYƏ-DEYƏ MİLLƏTİN ÖNÜNÜ MƏHZ ZİYALILAR KƏSDİ.AZ.tv-də 100-lə BELƏ FAKT VAR.HƏTTA XOD GEDƏN POPULYAR BİR ARVAD YAYLIĞINI BAŞINDAN AÇIB YERƏ SƏRMİŞDİ Kİ,HEÇ KİM ONUN İSMƏT MÜCƏSSİMƏSİNİ TAPDALAYIB DÜŞMƏNİN ÜSTÜNƏ GETMƏSİN.O VAXTDAN TƏMKİN SÖZÜNƏ NİFRƏT EDİRƏM.ZİYALILARA İNANMAYIN İNSANLAR!ONLARIN ƏKSƏRİYYƏTİ YALTAQ VƏ MÜTİ OLUR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol