Menu

Azərbaycanda FİFA referilərini döyən futzalçı 2 illik cəzalandırılıb

17.04.2018, 15:39
Azərbaycanda FİFA referilərini döyən futzalçı 2 illik cəzalandırılıb

AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Yasamal 2" komandasının futzalçısı Rəhman Ələkbərlini 2 il müddətinə yarışlardan kənarlaşdırıb.

"Report"un məlumatına görə, buna səbəb oyunçunun "Qarabağ"la görüşün 27-ci dəqiqəsində hakimə fiziki təzyiq göstərməsidir. Ələkbərli həmçinin referinin qərarına kəskin etiraz edərək onu təhqir edib.

Qeyd edək ki, futzal üzrə FİFA referiləri - Hikmət Qafarlı və Elçin Səmədlinin idarə etdiyi qarşılaşma "Qarabağ"ın 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol