1945-ci il martın əvvəlində SSRİ Daxil İşlər Xalq Komisarlığının (DİXK) başçısı Lavrenti Beriya Stalinin masası üstünə «Tam məxfi» qrifli bir məruzə qoyub. Sənəddə sovet rəhbərinin oğlu Yakov Cuğaşvilinin faşist əsirliyində saxlanmasının detalları əks olunub.
Yakov 1941-ci ildə cəbhəyə yola düşüb, əsir düşüb və 1943-cü ildə hitlerçilərin əsir düşərgəsində həlak olub.
Məruzədəki məlumatlara görə, 1945-ci ildə 1-ci Belarus cəbhəsinin ordu hissələri bir qrup Yuqoslaviya zabitinin saxlandığı alman əsir düşərgəsini azad edib. Onların arasında general Stefanoviç də olub. General əvvəllər Yakovla eyni əsir düşərgəsində saxlanırmış.
«Gəzintilər zamanı Stefanoviç tez-tez baş leytenant Yakov Cuğaşviliyə yaxınlaşarmış və hətta düşərgədə saxlandığı müddətdə 15 dəfə onun otağına da gəlibmiş. Stefanoviç dəfələrlə Yuqoslaviya zabitləri adından ona maddi kömək təklif edib, amma Yakov qəti şəkildə imtina edərək, bildirib ki, saxlanma şəraitinə görə digər sovet zabitlərindən seçilmək istəmir» - məruzədə deyilirdi.
Sənəddə həm də əsirlikdə Stalinin oğlunun necə saxlandığı barədə söhbət açılır - qarşısında daim qarovul dayanmış ayrıca otaqda...
«Cuğaşvili özünü sərbəst və əzmkar aparıb. Otağına alman zabiti daxil olarkən, Yakov heç vaxt onun qarşısında ayağa qalxmayıb və tez-tez alman zabitinin müraciətinə arxa çevirib. Buna görə də o, tez-tez «karser»ə göndərilirmiş» - məruzədə yuqoslav generalın şəhadəti yer alıb.
Orada həm də qeyd olunur ki, alman mətbuatı guya, Yakovla bir «müsahibə» dərc edib və guya, həmin müsahibədə Yakov Sovet İttifaqına lənət yağdırıb. Ancaq Stefanoviç növbəti gəzinti zamanı bu barədə Yakova xəbər verəndə, Cuğaşvili «müsahibə» faktının özünü təkzib edib. O, bəyan edib: Heç vaxt heç bir siyasi və ya hərbi xarakterli suala cavab verməyib. Stalinin oğlu bildirib ki, Almaniyanın darmadağın olunacağına şübhə etmir və almanlara yönəlik «ikrah hissləri» keçirir.

«1942-ci ilin sentyabrında Yuqoslaviyalı zabitlər düşərgədən qaçmağa cəhd göstəriblər və öz «barak»larından tunel atıblar. Qaçış üçün ən yaxın çıxış Cuğaşvilinin saxlandığı otaq olduğundan, qazıntı onun otağının altından keçib. Bu barədə düşərgənin komendantı xəbər tutub və hesab edib ki, hazırlanan qaçış Yakovun işidir. Odur ki, onu karserə göndərib, döşəməni betonlayıb. Bir neçə gündən sonra Berlinin əmri əsasında o, düşərgədən çıxarılaraq, təyyarə ilə naməlum istiqamətə aparılıb» - deyə, məruzədə bildirilir.
Bundan sonra Stefanoviç Yakov Cuğaşvilini bir daha görməyib.
Yakov Stalinin böyük oğludur və 1907-ci ildə anadan olub. Atası ilə onun münasibətləri mürəkkəb olub - atası onun kəbinini təqdir etməyib, amma sonradan Stalinin tövsiyyəsi ilə o, hərbçi olub.
Müharibə başlanan gün - iyunun 22-də Stalin oğlunu cəbhəyə yola salarkən, deyib: «Get və döyüş!». 1941-ci ilin iyulunda Yakov Cuğaşvili döyüşdə qəhrəmanlıq göstərib və təltifə təqdim olunub, amma elə həmin ay, bir qədər sonra əsir düşüb. Almanlar onu müxtəlif düşərgələrdə saxlayıblar. Hətta bəzi məlumatlara görə, onu feldmarşal Paulyusla dəyişməyi təklif ediblər. Stalin buna belə cavab verib: «Mən, əsgəri feldmarşala dəyişmirəm!»
14 aprel 1943-cü ildə Yakov Cuğaşvili özünü əsir düşərgəsinin ətrafına çəkilmiş və yüksək gərginlikli cərəyana qoşulmuş məftilin üstünə ataraq, həlak olub...
Sovet partiya və dövlət rəhbərlərinin həyat və fəaliyyətində bu, yeganə nümunə deyil. Məsələn, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun böyük oğlu Cahangir Bağırov da oxşar tale yaşayıb. O, hərbi təyyarəçi olub və döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq, qeyri-bərabər döyüşdə faşist təyyarəsini taran edib - özü də həlak olub. Stalin onu təltif etmək istəyəndə, ata Bağırov buna razı olmayıb. Bu barədə professor Ramazan Siracoğlunun bir neçə gün bundan əvvəl «AzPolitika.info»-da dərc olunmuş «Azərbaycanı sürgündən qurtaran kişi» başlıqlı məqaləsində söhbət açılır...
Heç şübhəsizdir ki, alman faşizmi üzərində SSRİ-nin qəbələsini mümkün edən əsas amillərdən biri də partiya-dövlət rəhbərlərinin bu səciyyəli fədakarlığı olub. Nə yazıq ki, çağdaş Azərbaycanda belə rəhbərlər gözə dəymir. Hətta bu, az imiş kimi, bizimkilər öz doğmalarını əsgərlikdən yayındıraraq, kasıb-kusuba riyakar çağırışlar edirlər. Məsələn, «Qaçqınkom»un sədri Əli Həsənov kimi!

Məhz buna görə də Azərbaycan ərazisinin 20 faizi 25 ildir ki, erməni işğalı altındadır - həm də bu işğal bizim rəhbərlər üçün artıq «yağlı biznes»ə çevrilib. Yenə də barmaq avtomatik olaraq, Əli Həsənova tuşlanır. Ən iyrənci isə odur ki, qaçqın adı altında mənimsədiyi milyonlar hesabına Əli Həsənov «əsgərliyə getməmiş» nəvəsinə 3 milyon manat (dollar) dəyərində xarici maşınlar alıb, avtopark yaradıb. Nəvə də həmin maşınla sadə vətəndaşları vurub əzir!
Amma təkcə Əli Həsənovdurmu? Guya, digərlərinin uşaqları, nəvələri nə edirlər ki?... Nümunə üçün cəbhə bölgəsində hərbi xidmət keçmiş bircə nazir, yüksək çinli məmur, deputat, general oğlu tanıyırıqmı?
Bütün bunları saf-çürük etdikcə, istər-istəməz düşünməli olursan: Belələri kreslolarda oturduqca, Qarabağı geri qaytarmaq mümkün olmayacaq!
"AzPolitika"

Şərhlər
Ehsen!
Hormetli redaksiya. Menim bildiyime gore kecmiwde bey xan dovrunde qowunlara bawciliq edenlerden xanin yaxin qohumlari da olurdu. Doyuwe gedende de xanin qohumlari heresi bir destenin bawinda durub doyuwculeri savawa aparirdi. Xalq da gorurdu ki veten hami ucun vetendir ve daha da inamla vuruwurdu. Bes indi necedir? Indi hele vuruwmagi demirem hec cebhe bolgesinde xidmet eden bir memur balasi yoxdur. Qalmiwdi ki muharibe vaxti ola. Men wexsen tv-de bir cur, realligda tam bawqa cur olan bu sayag "veten sevgisi" anlamina nifret edirem, iyrenirem! Bu cur metodla yalniz sade avam xalqi aldadib barmaga sarimaq, biraz dunyanin gediwinden baw acanlarin yuxarinda duranlara qarwi nifretini qazanmagdan bawqa bir wey gormurem. Bu yalanlar ne qeder davam edecek?
Stalinin bir kiteli vardır.Dəyişmək üçün ikincisi yoxdur.Ev-eşikdən isə söhbət belə ola bilməz.İndiki məmurlar isə BİLLALARININ,BAĞ EVLƏRİNİN sayını itiriblər.Ctalin oğlunu alman feldmarşalına dəyişməyib,amma indikilər vətəni belə qurban verərlər.
ADAMİN USTUNDR ALLAH VAR EIİ HESENOVDAN SONRA GOYCE GOIUNDE KİM RESTORAN TİKDİRİB KİSİ USAQGORENDİ YEQİN BİZİM UCUN EDİB BUMİLLETNİYEBU QEDER SUSQUNDU?..
Cox deyerli yaziydi ehsen!
İstər 41_45də istərsədə 1918-1920-dəki dövlət məmurlari millət üçün vətən çalışıblar.İndikilər isə özləri üçün müharibə aparan ölkənin bankları quldurcasına talan edilir silah istesal edə biləcək zavodlar sokülub məhv edilir.Mühəndislər ixtisasli kadirlar didəfgin salinir.O vaxtar isə əksinə qurub yaradırdılar.
Mən tanınmış insanlardan iki nəfərin evladının şəhid olduğunu xatırlayıram, Baş nazirin müavini İzzət Rüstəmovun (Məzahir R.) və şair Xəlil Rza Ulutürkün (Təbriz X.).Qalanlar demək olar ki kasıb-kusubun balalarıdır.ALLAH şəhidərimizə rəhmət eləsin.
Rabitə Naziri Ramin Quluzadə hərbi xidmətə getməyərək böyük bir dövləti vəzifəyə-nazir postuna yüksəlmişdir.................?
Stalin Tarixin DAŞ yaddaşına həkk olunub.Əqidələrini pul-paradan üstün tutanlarla bu günki ... adamlarını eyniləşdirmək olmaz.Onlar inanırdılar ki,doğrudan da Dünyada Bərabərliyi bərqərar eləmək mümkündür..Ancaq bu gün İnkişaf eləmiş Kapitalist Ölkələri ONLARIN Sosial Ədalət prinsiblərindən yararlanırlar.Demokratiyanın Diktaturası elə Sosializmin qələbəsidir.
Tarix kişilərin kişiliyi ilə yazılıb, yazılacaq da. Dövlətin, millətin ən ağır vaxtlarında onun başında duranlar, bu fəlakətləri və problemlərin həllində yaxınklarından qurban verməzlərsə, xalq coşmaz, düşmən əzilməz. Day yox ki, Əli Həsənov kimi və Pirallahının başçısı Vasif İmanov kim məmurlar dövləti maraqları, şəxsi ambisiyalarına qurban versinlər. Bu isə dövləti cəzasızlığın əlamətidir. Bu sayaq məmurlarla siyasət yürüməz. Torpaq alınmaz. vətənpərvərlik yüksəlməz. vətən qurtulmaz.
əla
Tamamilə düzgün təhlildir. Əhsən "Azpolitika"
Korrupsiyada shohret qazananlarin yaxasina "shohret ordeni" taxirlar bu olkede.