Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov AXC-nin yubileyi münasibətilə cəbhəçilərə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

Azərbaycan demokratikləşmə hərəkatında mühüm rol oynayan AXC-nin yaradılmasının 25-ci ildönümü tamam olur. Bir çoxlarımızın böyük rəğbətlə baxdığı, sıralarında olduğu bu təşkilat həqiqətən də şərəfli yol keçmişdir. Hazırda cəmiyyətdə AXC yalnız hansısa siyasi qrupların sələfi hesab olunsa da əslində əksər partiya və təşkilatlar onun daşıdığı ideyalardan doğmuşdur.

Mən cəmiyyətimizin bütün müstəqillik tərəfdarlarını, vətənpərvər insanlarımızı bu əlamətdar gün münasibətilə təbrik edirəm.

İlyas İsmayılov

Ədalət Partiyasının sədri,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

16.07.2014