Menu

PREZİDENT YENİ HÖKUMƏTİN TƏRKİBİNİ TƏSDİQLƏDİ! - 2 nazir, 3 baş nazirin müavini dəyişdi, yeni təyinatlar + SİYAHI (Yeniləndi)

21.04.2018, 18:10
PREZİDENT YENİ HÖKUMƏTİN TƏRKİBİNİ TƏSDİQLƏDİ! - 2 nazir, 3 baş nazirin müavini dəyişdi, yeni təyinatlar + SİYAHI (Yeniləndi)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. "AzPolitika.info"nun məlumatına görə, sərəncamla baş nazirin müaviləri Abid Şərifov, Elçin Əfəndiyev  və İsmət Abbasov, Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümov, Kənd Təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad olunub. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş naziri müavini gətirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi baş nazir Əli Həsənovun nəzarətindən çıxarılıb. Onun yerinə deputat Rövşən Şükür oğlu Rzayev təyin edilib.

Kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyinat alıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə isə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  postuna isə bir qədər əvvəl Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsiinə qoyulmuş Samir Rafiq oğlu Nuriyev təyinat alıb.

Sərəncamda bildirilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bir çox vəzifələrə hələlik təyinat olmayıb. Belə ki, aşağıdakı vəzifələr boş qalıb:

-Ekologiya və təbii sərvətlər naziri;

-Gənclər və idman naziri;

-Mədəniyyət naziri;

-Müdafiə sənayesi naziri;

-Səhiyyə naziri:

-Təhsil naziri;

-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri;

-Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri;

-Dövlət Gömrük Komitəsinin sədri:

-Dövlət Statistika Komitəsinin sədri;

-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;

-Əmlak Məsələləri Dövlət Komitəsinin sədri;

-Dövlət Miqrasiya Xidmətinin rəisi;

-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi;

- Milli Arxiv İdarəsinin rəisi.

Bundan əlavə baş nazirin müavini İsmət Abbasovun yerinə təyinat olsa da, Abid Şərifovun və Elçin Əfəndiyevin yerləri hələlik boş saxlanılıb.

AzPolitika.info

Şərhlər

Hazim 2018-04-21 18:10:34

....Bu məmurlara dinc talan,rüşvər,çapıb talamaq,milli sərvəti mənimsəmək oğurlamaq sərf edir.

Ulvi 2018-04-21 18:10:34

Heç nə dəyişməyəcək. Rüşvət talan özbaşınalıq və başqa mənfi xüsusiyyətlər davam edsəcək. Bu məmurlar millət xalq üçün xeyirli heç nə etməyəcək. Q.........

Həşim 2018-04-21 18:10:34

Bu qocalardan nə vaxt caNIMIZ QURTARACAQ

vətəndaş 2018-04-21 18:10:34

TALANÇI SOSTAV POÇTİ ÖZ YERİNDƏDİR. TƏZƏLƏR DƏ ONLARIN ŞAGİRDLƏRİDİR VƏ ONLARDAN DAHA YAXŞI ÖYRƏNƏNƏCƏKLƏR.

KİM 2018-04-21 18:10:34

KOLXOZNİKİ

E. Memmedyarovun PASSIVLIYI barede 2018-04-21 18:10:34

Elmar Memmedyarov ozunun son derece PASSIV diplomatik fealiyyeti ile, IFLIC EDIB Daqliq Qarabaq probleminin hellini...
NIYE, hakimiyyet ESHITMIR XALQIN ve METBUATIN ETIRAZLARINI
E. Memmedyarov barede ?????
MEGER, E. Memmedyarovun diplomatik PASSIV fealiyyeti barede, XALQ KUTLEVI IMZA TOPLAMAQ AKSIYASI TESHKIL ETMELIDIR ?????
Hiss olunur ki, Daqliq Qarabaq probleminin TEZLIKLE HELLINE,
hakimiyyet TELESMIR...

İ.Mustafaoğlu 2018-04-21 18:10:34

İşdən azad olunan məmurların əyri yollarla əldə etdiyi milyardları əllərindən alınmalıdır,çünki onların milyardları gələcək dövlətçiliyimiz üçün təhlükə mənbəyidirlər.

İ.Mustafaoğlu 2018-04-21 18:10:34

İşdən azad olunan məmurların əyri yollarla əldə etdiyi milyardları əllərindən alınmalıdır,çünki onların milyardları gələcək dövlətçiliyimiz üçün təhlükə mənbəyidirlər.

R-n 2018-04-21 18:10:34

... gozu yolda galib,buna da bir yal verseydiler..,day deriden-gabigdan cixmishdi...

Əziz oxucular!!! 2018-04-21 18:10:34

Mən 1 ay qabaq belə yazmışdım, onu təkrar etmək istəyirəm.
Bismillahir-Rəhmanir-Rəhim.
Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar siyasi hakimiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi elmi əsasda aparılmalıdır. Ölkəni xoşbəxt etmək üçün, qızıl-gümüşdən çox ədalət lazımdır.
Vallah-billah saf-çürük etmək vaxdır. İctimaiyyətin gözünə “kül üfürən” bəzi yəni Hörmətli S.Müslümov kimi nazirlərdən qutarmaq lazımdır.Çox təəssüflər olsun ki,onlara “gözün üstə qaşın var”deyən yoxdur. “Atalar yaxşı deyiblər ki, ət iylənəndə duz vurarlar, bəs duz iylənsə onun çarəsi nədir.Hərənin ağzından bir fikir çıxır və elə bir fikir yaradırlar ki, guya onlardan yoxdur.
Haşiyə:Ilan qabığını dəyişər, xasiyyətini dəyişməz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol