"Serj Sarkisyanın istefası bir az gec oldu. Mən onun istefasını daha tez gözləyirdim".
APA-nın xəbərinə görə, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
B. Səfərov bildirib ki, Sarkisyan təkcə Azərbaycanın yox, həm də erməni xalqının düşmənidir: "Sarkisyanla Köçəryan hakimiyyəti əldən verməmək üçün düşmənçilik mövqeyi tutaraq, ermənilərin bu gün səfalət içərisində yaşamasının səbəbkarıdırlar. Sarkisyan bizim düşmənimizdir. Xocalıda günahsız insanların ölümünə bais olub, əlləri qana batıb. Özləri də bunu etiraf ediblər. Gün gələcək törətdikləri cinayətə görə məhkəmə qarşısında cavab verəcəklər".


Şərhlər
Bunlar utanmırlar,hələ bir ağl da öyrətmk fikirlərindən keçir.O rayonlar o günə kim qoydu*? Ermənilər,yoxsa YAP-çılar?Əhalini əvvəlcədən köçürüb,yolları boşaldıb gəl deyəndə erməni nə etməli idi,ha??
İndi də gülməşəkər-gülməşəkər çıxışlar edirsiniz.Millət xali deyil
"6-28 ildir nə ilə məşğulsunuz? Qarabağı yaddan çıxarıb.ölkəni soymaqla,oğurlamaqla məşğulsunuz.
...... susunnn
Men Bu Bayram Seferov kimi savadli tehsilli medeniyyetli geleceyi qabaqcadan bilen siyasetden bu qeder basi cixan ne bilim ve saire,ikinci bir adam gormemisem.Kisinin oqlu lap deryadir.Amma birce dene eybi var.Deyirem goresen o ne danisdiqini ozu basa duse bilir?