Menu

Körpələr evinin baş həkimi işdən çıxarıldı - Qalmaqallı videoya görə

08.05.2018, 12:19
Körpələr evinin baş həkimi işdən çıxarıldı - Qalmaqallı videoya görə

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Körpələr evi ətafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Səhiyyə Nazirliyindən bildiriblər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu. /BAKU.WS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol