Menu

ABUTALIBOVUN OĞLU BAKIDA RESTORAN AÇDI - Fotolar

28.05.2018, 17:10
ABUTALIBOVUN OĞLU BAKIDA RESTORAN AÇDI - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu restoran açıb. Criminal.az xəbər verir ki, onun oğlu İsrafil Abdutalıbovun yeni restoranı Biləcəri qəsəbəsində yerləşir. Adı ''Ətirşah'' olan restoranda müştərilərə spirtli içki, qəlyan çəkmək və söyüş söymək qadağan edilib.

Bir müddət əvvəl mətbuatda İsrafil Abutalıbov (yeni adı Abu Bəkr - gununsesi.info) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alması xəbəri yayıldı. "Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Turizmgazatesi.com-un yazdığına görə, Abu Bəkr Abutalıbov "Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq.

İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib. Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib.

Sonradan isə İsrafil Abutalıbovun vəhhabilərə yaxınlaşdığı, daha dəqiqi onlar kimi davranmağa başladığı iddia olunur. Valideynlərinin bununla bağlı etirazlarına da məhəl qoymadığı, düşüncəsindən dönməmdiyi vurğulanır. Gündə 5 rükət namazını qıldığı, vaxtını dini ədəbiyyatlar oxumaqla keçirdiyi bildirilir. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr etdiyinə, onu başa düşmələrini istədiyinə, yaxınlarının da "Allah yoluna gəlməsini” tələb etdiyinə dair iddialar var.

 

Şərhlər

BISAVAD 2018-05-28 17:10:49

Televıziyada Əli Kərimlinin dövlətinin mənbəyini bilmək istəyənlər var idi. Ancaq məmurların var dövlətini televiziyada dilə gətirən yoxdur. Deyəsən Avropa İttifaqının ikili standartları bundan ibarətdir.

sual 2018-05-28 17:10:49

hacibalda olan pul cətin hər məmurda olsun. isdənilən icra başcisinin bakida ən azi 50 obyekti var. sohbər şəhərdən gedir. xususilə xətai rayon ihb bəlkə də 100 obyekti var. onda niyədə acmasinlar ki?

qulu 2018-05-28 17:10:49

30-40 il əvvəl məzəli kişilər restorana ......

emil 2018-05-28 17:10:49

Mänim diggetimi Imperator Avgusta oxsayan hacibalanın oglunun otagdaki Intiryer cälb etdi. Fikir verin onun äyläsdiyi Stula. Basdan basa sädäflä bäzädilib. Bu bir necä ässalarin sädäflä bäzänilmäsi ücün än azinnan 10.000$ -20.000$ pul lazimdir. Män Tarima sädäf goyduranda 1995 ci ildä -450$ almisdilar.Dövran bunlarindir! Kef eliyirlär(( Allaha and olsun burunlarinnan gäläcäk!

G.M 2018-05-28 17:10:49

Təhqirlərlə əhatələnmiş Azərbaycanlılara yeni müjdə...hacıbalanın oğurladığı Xalqın əmləkı oğulunun adıyla gah Türkiyədə,Gah da Bakıda Əyləncə Mərkəzləri formasında ``zühur`` etməkdədir.Əvvəla M.Cəlilə,M.Fətəliyə...və sonda da Jirnovskinin ata əvəzlərinə Allah rəhmət eləsin.``El üçün ağlayan göz kor olar`` atalar sözü acaq bizim leqskondadır.Hər 10 nəfərdən 9-u özünə Şair deyənlər də bizlərik.Ana,Ata muğamını kef məclislərində dinləyən,göz yaşlarıyla rəqs edən də bizlərik.

t.ədalət 2018-05-28 17:10:49

Ölkə bir qrup oğrunun talan obyektinə çevrilib.Qanun və qadağalar kasıblara şamil olunur.Dələduz və oğrular isə heç bir məhdudiyyət tanımır.Adətən,müstəmləkə ölkələri belə talan edilir.Talanın sonu isə viran olur.Necə ki indi əhali ehtiyacın alovunda yanır..

Абдулла 2018-05-28 17:10:49

Hacıbala Abutalıbov xalqa izah verməlidir ki, oğlanları Qarabağ döyüşlərində və Qarabağ sərhədlərinin hərbi hissələrində qulluq etmişlərmi, Vətən üçün, Azərbaycan xalğı üçün nə etmişlər? Bu kimi məmur evlarlarından cavan nəsl hansı nümunə götürə bilər?

Oruc 2018-05-28 17:10:49

Bir neçə gün qabaq dedilər bəs hacıbalanın oğlu türkiyədə otel alıbdır.

Kimsəsiz 2018-05-28 17:10:49

Talançılar nə kefləri istəyir onu da edirlər. Bizin də heç kimimiz yoxdur heç nə edə bilmirik. Nə iş görə bilirik, çünki biz rüşvət talanla məşqul olmuruq. Nə də imkan vermirlər silah götürək gedək torpağımız uğrunda vuruşaq, ya alaq ya da ölək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol