Menu

"Neft qiymətlərində 70 dollar yeni norma oldu" - IHS Markit

29.05.2018, 15:26
"Neft qiymətlərində 70 dollar yeni norma oldu" - IHS Markit

"IHS Markit"in neft analitiki Spencer Welch neftin qiymət proqnozu barədə fikirini bildirib.

Neft qiymətlərində 70 dollar səviyyələrinin yeni norma olduğunu bildirən Welch, qiymətlərlə bağlı bu proqnozu verib: "Tələbat artarsa, bəlkə qiymətlər yenidən 80 dollara yüksələ bilər. ABŞ-ın İranla bağlı sanksiyaları da qüvvəyə minərsə neft il sonundan əvvəl yenidən 80 dollara qalxa bilər".

Brent neftin barrel qiyməti bu gün 75 dollar səviyyələrindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol