Menu

Beynəlxalq istintaqa Niderland rəhbərlik edəcək

22.07.2014, 09:06
Beynəlxalq istintaqa Niderland rəhbərlik edəcək

Niderland XİN rəhbəri Frans Timmermans Ukraynanın şərqində “Boeing 777” təyyarəsinin vurulması ilə bağlı beynəlxalq istintaqa rəhbərlik etməyə razı olduğunu bildirib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Timmermans BMT Təhlükəsizlik Şurasının “Boeing 777”-in vurulması ilə bağlı iclasında çıxışı zamanı bildirib.

“Niderland müvafiq ölkələrlə, BMT və Mülki Aviasiya Beynəlxalq Təşkilatla belə bir istintaqın aparılmasında aparıcı rolu öz üzərinə götürməyə razıdır”, deyə Frans Timmermans qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol