Menu

Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə hücuma keçib

13.06.2018, 09:45
Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə hücuma keçib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri çərşənbə günü Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeyda liman şəhərinə hücuma keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Press TV telekanalı məlumat yayıb.

Bildirilir ki, əməliyyatın məqsədi şəhəri "Ənsar Allah" hərəkatının üsyaçılarından (Husilər) azad etməkdir.

Qiymətləndirmələrə görə, şəhərdə azı 600 min insan yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol