Menu

Qazaxda avtomobil divara çırpılıb - 3 nəfər xəsarət alıb

15.06.2018, 15:29
Qazaxda avtomobil divara çırpılıb - 3 nəfər xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb.

Qəza zamanı avtomobildə olan 3 nəfər - 1998-ci i təvəllüdlü Pərvin Nəsibov və onun həmyaşıdları Kamil Nuriyev və Ülvi Mansurov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol