Menu

Vergi qanunvericiliyini pozanlar 46,6 mln. manat cərimələnib

22.06.2018, 16:43
Vergi qanunvericiliyini pozanlar 46,6 mln. manat cərimələnib

Bu ilin yanvar-aprel aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyaların məbləği açıqlanıb.

"APA-Economics" "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, bu ilin 4 ayında aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 46 mln. 581,3 min manat olub. Bununla da dövlət büdcəsində illik proqnoz 33,3% icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol