"Nəzarət funksiyasını itirəndə məmur özbaşınalığı illərlə müxtəlif sahələrdə davam edir və hardasa partlayışlar baş verir"
"Mən ilk növbədə onu qeyd etmək istəyirəm ki, həmin günlərdə Azərbaycan hakim dairələrindən bir-birini təkzib edən 3-4 versiya ortalığa atılmışdı. Hamı buna diqqət yetirdi ki, hakimiyyət tərəfindən verilən reaksiyalarla - bəzi yüksək çinli məmurların da şərhləri bura daxildir, eyni zamanda dövlət orqanlarının rəsmi məlumatları da - tanış olanda görürsən ki, bir-birinə zidd, bir-birini təkzib edən 3-4 versiya irəli sürülür. Gün-gündən də bu proseslər davam edir." Bu fikirləri Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsinə münasibət bildirərkən açıqlayıb.
"AzPolitika.info"nun məlumatına görə, o, bu hadisədən müxtəlif xarici qüvvələrin istifadə etmək istədiyini bildirib. Eyni zamanda hadisənin baş verməsində məmur özbaşınalığının da ciddi rol oynadığını bildirib: "Təbii ki, biz həmişə belə üsulların, cinayətlərin əleyhinə olmuşuq və birmənalı olaraq belə hadisələr pislənməlidir. Sadəcə olaraq, hər bir hadisədə medalın iki üzü olur. Biz odlu silahdan istifadə edib hansısa məmurlardan qisas alınmasını pisləməklə yanaşı, hakimiyyətdən belə məmurlarla bağlı vaxtında ölçü götürülməsini də istəməliyik. Ümumiyyətlə, son illərdə Azərbaycanda bir neçə ciddi hadisələr baş verdi, başqa-başqa sahələrdə baş verməsinə baxmayaraq, onları birləşdirən bir amil var. Məsələn, Azərbaycanın Beynəlxalq Bankında az qala dövlət büdcəsinə bərabər olan vəsait talan edildi, sonra üstü də açıldı. MTN-də mütəşəkkil cinayət qrupu formalaşdı və illərlə iş adamlarına divan tuturdu, sonra onların üstü açıldı. Ondan sonra Mingəçevirdə qəza və Gəncədəki hadisə baş verdi. Bilirsinizmi bunların hamısını birləşdirən hansı amildir? Bu hadisələrin biri bank, digəri milli təhlükəsizlik, digəri enerji sektorunda, başqası icra və yerli camaat arasındakı narazılıq zəminində oldu. Ancaq bunları birləşdirən bir amil var. O hadisəyə gətirib çıxaran proseslər illərlə davam edirdi. MTN-də baş verənlər, Beynəlxalq Bankdakı talançılıq bir gündə baş vermədi, bu, illərlə davam edirdi. Prezidentin yanındakı müşavirədə məlum oldu ki, Mingəçevir Elektrik Stansiyası ilə bağlı illərlə arayışlar verilib ki, orda nöqsanlar, təhlükəli qəzaya səbəb ola biləcək amillər var. Gəncədə icra başçısı ilə bağlı illərlə mətbuatda materiallar gedirdi ki, insanlarla davranışı çox kobuddur, çox qəddardır, orda narazılıq var və nə isə baş verə bilər. Bunları birləşdirən amil odur ki, dövlət idarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur, hiss olunmur.

Rasim
AzPolitika.info

Şərhlər
Nazirlər və İcra Başçıları savadlı kadrlardan ibarət olmalıdır. Savadsız kadrlar həmişə başa bəla olub, vətəndaşın dövlətə olan inamına zərbə vurub. Keçmiş SSRİ dönəmində olduğu kimi bir kadr bir yerdə maksimum 5-il işləməlidir, yoxsa Şəkinin İcra başçısı kimi işdə daim olmamasına baxmayaraq 8-ildir ki,başçı işləyir?
Rasim Musayev Elmar Vəliyevi şəhid anasına görə vurmuşdu.... Sonra Rasim Musayev işindən uzaqlaşdırıldı və öldü və ya ..... Niyə onun ölümü araşdırılmadı? ...... İllərdir Gəncə əhalisini qorxu altında saxlayıb. ...... Hələ Elmarın oğlu Elmirin məcaraları heç danışılası deyil.... Vəliyevlər daha nə etməlidilər ki, onları vəzifədən uzaqlaşdırsınlar? Gəncədə baş verənləri DTX araşdırmalıdır. Bakıdan gedənlər!!!
Nazirlərin,icra başçılarının,rayon və şəhərlərin polis, prokurorlarını və hətta onlardan aşağıda duranların tərkibinə diqqət edin.İxtisas,uyğunluq,təcrübə və hansı regiondan olmaları, necə illərdir post tutmaları (yerdəyişmələr ) nə qədər əsaslıdır? Məgər Azərbaycan bir-iki bölgədən ibarətdir? Belə uyğunsuz və səəriştəsiz kadrlardan millət nə gözləyə bilər?
Hələ bir onardan bir neçəsi işdən çıxarılanda oğurladıqları milyardlar bir hisəsi ilə sərbəst buraxılır.
Bu şərhlərin hamısı yaxşıdır.Ancaq bir şeyi unutmaq olmaz!.....
Belə kadrlar 5-10 il və daha çox işləyib milyarlarla pul yeyir və sonda cinayət şi açılmır.Niyə?
...Xalq gərək ayıq olsun, Prezidenti bu mafiyalaşmış məmurlardan qorumağa hazır olsun .
Eldar muellim Olkemizin firavan yasamasi ucun Sizin kimi insanlara hemise ehtiyac var.Bunu nezere alib,fikirlerinizi hec vaxt metbuatdan esirgemeyin.Size ugurlar...
Esas camaat razi olsun bashcidan bura ne yazirsiz yazin. Men ailemi saxlayiram onun verdiyi corekle. Insaf da yaxsi sheydi. Bashciya can sagligi versin Allah!!!
Eldar müəllimin fikirləri daima ölkənin təhlükəsizliyinə yönələn fikirlərdir və bu səbəbdən də qatılıram. Bəli illərdir hər bir ağıllı insan ölkədə bəzi məmurların öz fəliyyətinə son qoyulmasını və kimliyindən asılı olmayaraq günahı olanların ciddi cəzalanmasını tələb edir. Lakin təssüflər olsun ki, buna heç kim məhəl qoymur. Hətta cənab Prezidentin çağrışları onları belə durdurmur. Ölkədə stabilliyin ən böyük qarantlarından biri də məmur cəzasılığına son qoyulmasıdır.
Güclü Müxalifət-Güclü İqtidar deməkdir.Cəmiyyətdə müxalitət yoxdursa bu boşluğ olacaq.Müxalifət olsaydı bank talan edilməzdi,genrallar çirkaba batmazdı,yol tikintidə,İES-də saxtakarrlıq olmazdı.İnsanlar təkamulla varlanardı və qudurub başqalarını maşınlarla əzməzdı.Bugünkü bəzi məmurlar ölkə üçün təhlükədir.Pul onlardadı hakimiyyətlə problem yaransa pul gücünə qarışıqlıq yaradacaqlar.Necəki ərəb ölkələrin də bu baş verir.
...Qonşu köməyinə ehtiyac olduğu vaxtda qonşu Rusyanı,İranı əsassız ittiham etmək,hadisəyə dini don geydirmək ölkədə xaos yaratmaqdır.Sonrada car çəkirlər ki, qonşular işğalçını dəstəkləyirlər.Ölkə ərazicə kiçikdir hamı bilir hansı obiyek zavod hansı prokurun,genralın, rəisindir ad başqasının olsada belə.Hasnıki bunlar qanunsuzdur.Vəşhi Kapitalizizmin isə öz qanunları var mafiyalar arası müharibələr.Arada o cangüdən kimi insanlar zərər çəkir dövlət zəyifləyir.
Qəddarlıq qorxaqlığın o biri üzüdür.İnsani keyfiyətlərin,qabiliyyətin,Ziyalılığın qurtardığı yerdən Qəddarlıq başlayır.Qəddarlıq həm də savadsızlıqdan doğan əqli xətadır.....
Cənab E.Namazov, qeуri-müəууən siуasəтdə hər vəzifəli ozünü уanılmaz SТRAТEG, səlahiууəтində iri pul da olanda filmdəki "VEİLİKİУ KOMBİNAТOR"a çevrilir və qorxusuz hadisə də тorədir! Kim nə deуir, desin? Məncə, bu separaт idarə olunan kəskin vəzifə savaşıdır!
Analiz və nəticə doğru görükür.Bəs görək indiki məmur ordusunda bunun öhdəsindən gələcək kadr potensialı varmı? Əlbəttə yox! Bir zümrədən təşkil olunan məmurlar belə işlərin öhdəsindən gəlmək qabiliyyətində olmadığı fakt kimi baş verənlərlə sübut olunur.Deməli bu halda ölkənin kadr potensialından düzgün istifadə olunmalı,nəzarət sisteminin bərpası ön planda olmalı və konkret nəticələr çıxarılmalıdır.
Qohum,quda,dost,yerli məsələləri arxa plana keçməlidir.İndiki kadrlarla bu mümkün görünmür.
ELDAR ZOR YAZMISIZ. BƏZİ ƏSAS MƏSƏLƏLƏRİ YƏQİN Kİ MÜƏYYƏN SƏBƏBLƏRƏ GÖERƏ YAZMAMISIZ.
Eldar Namazov diline sagliq. Mende qatiliram dediyinize. Amma yaxshi ish sergiliyende, prezidente sadiq olanda, prezidentin siyasetini yurudende sene qiymet vermirler. .... Duz ishleyen memur ise sixishdirilir ve kenarlashdirilir. .. prezidentin gozunun icine baxa baxa yalan danishanlar var, ....
Her rayona hemin rayonnan olan camaat icinde hormeti olan bir wexs basci olsa daha yaxsi olar. yoxsa xacmazin icra bascisi naxcivanlid, mingecevirinki bakidandi bele olan halda anlasilmamazliq yaranir
....ESAS INKIWAFDU...YAVAWDAMAQ OLMAZ...WIROKO WAQAYET AZEBIJAN.KEYF ELEYIN...
Vəziyyətimiz ağırdır...