Menu

Arvadını və 4 qızını öldürən kişi və oğlunun həbs müddəti uzadılıb

01.08.2018, 14:23
Arvadını və 4 qızını öldürən kişi və oğlunun həbs müddəti uzadılıb

Nəsimi Rayon Məhkəməsində Salyan rayonunda arvadını və 4 qızını öldürməkdə təqsirləndirilən ailə başçısı Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Report"un məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatı qismən təmin edilib, hər iki şəxsin həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev şübhəli şəxs qismində tutulublar, daha sonra onların barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

t.ədalət 2018-08-01 14:23:40

Hörmətli sayt,bu işin üstünü hüquq-mühafizə orqanları yox,Xoşqədəm açmışdı.Odur ki,məlumatı olduğu kimi təqdim edin.İndi baş vermiş cinayət hadisələrini əhali polisdən daha tez və asan təyin edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol