YANĞIN GENERALI 25 MİLYONLUQ OTELİN SAHİBİDİR! - Azərbaycan reallığı (FOTOLAR)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev Bakıda 25 milyonluq otelin sahibidir.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi 63 A ünvanında yerləşən 4 ulduzlu "Lake Palace" oteli məhz bu generalındır!

Müassir və klassik üslubda ətrafında süni göl yaradılaraq tikilən otelin 25 milyon manatdan çox qiyməti olduğu bildirilir. Oteldə dəbdəbəli müxtəlif restoranlar, kafelər, idman zalı, masaj salonu, sauna və üzmək üçün hovuz fəaliyyət göstərir. FHN general-mayoru İsrayıl Əliyev otelin idarəçiliyini yaxın adamı olan Famil adlı şəxsə həvalə edib.

Otel biznesindən böyük gəlir əldə edən İsrayıl Əliyev paytaxtda daha bir 17 mərtəbəli otel tikdirib. Dəyəri on milyon manatlarla ölçülən həmin otelin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

Xidmət rəisi oliqarxların həsəd apara biləcəyi bu qədər bahalı daşınmaz əmlaka necə sahib olub?

Şübhəsiz ki, Azərbaycan reallığında bu sual hədsiz qeyri-ciddi səslənir...

635x100

Şərhlər

ƏJDƏR ƏMİ 2018-08-13 18:43:53

Əgər pojarnı generalı bu "gündədirsə", bax gör o biri generallar - ədliyyə nazirliyinin, baş prokurorluğun və başqa bərk gedən sahələrin generalları nə gündədir də.... Heyf .... Helloyu çal Əjdər əmi, qoy oynasın, qoy oynasın Əjdər əmi....

patriot 2018-08-13 18:43:53

Ğeneral tikməsin kim tikməlidi ki pul onda !!!!

EWDER 2018-08-13 18:43:53

YANDIRA YANDIRA YAXWI INKIWAF EDIB,MOLODES ....WEREF ORDENINE LAYIQDI,YEQIN BU GENRALDA TAQI KIMI 40 IL YEYIB ICMEYIB,TOPA GULLE GOYUB,YAP DA SADIGDU..

vekil 2018-08-13 18:43:53

hele onun Ispaniyadaki otellerini restoranlarini yazirdilar...axi hansi pulla elde edib bunlari cox bahali mulklerdir

ÇOX TƏSSÜFLƏR OLSUN Kİ: 2018-08-13 18:43:53

ÇOX TƏSSÜFLƏR OLSUN Kİ: AZƏRBAYCAN SSRİ KOMMUNİST REJİMİNİN ALTINDAN XİLAS OLSA DA, BƏZİ QARAÇI MƏMUR TAYFASI ÖLKƏNİ SOYUR....... ƏRAZİLƏRİNİN VƏ DÖVLƏTİMİZİN YÜKSƏK ALİ-AÇAR YAĞLI-PULLU VƏZİFƏLƏRİN, O CÜMLƏDƏN İRİ BİZNES SAHƏLƏRİNİN BİR HİSƏSİNİ "AĞÇİLƏRİN DOĞDUQLARI DIĞALAR" VƏHŞİCƏSİNƏ ZƏBT ETMİŞLƏR!

müəllifə 2018-08-13 18:43:53

Azərbaycan reallığında bu çox adi görünr.Hansı yüksək vəzifəlinin,deputatın, Azərbaycanda və hətta xarici ölkələrdə obyektləri,monopoliyası,biznesi yoxdur? Bunu ki,hamı bilir.Azərbaycanda daş atırsan süni generala dəyir.İnsanlar evinə ərzaq ala ,kommunal xərcləri ödəyə bilmir,zillət içində yaşayır.Amma yuxarılara yaxın vəzifəlilər bizneslərini böyüdürlər.Qanun vəzifəliləri,deputatları biznes,monopoliya ilə məşğul olmnı qadağan edir.Bəs bizdə? Azərbaycan qanunlarla idarə edilmir.Bunlar da misallar.

t.ədalət 2018-08-13 18:43:53

Hələ bu üzdə olandır.Generalın varidatı güman ki 100 milyonları ötür.Elə general olmaq üçün verilən rüşvətin miqdarı 150-250 min manat həcmindədir.İndi gizli olan heç nə yoxdur.Pulun var,irəli!Pul kəsəcəkdir mane olan əlləri..

AYRİM 2018-08-13 18:43:53

NAZİRİN 50 OTELİ OLANDA MUAVİNİN DƏ BELƏSİ OLACAQ DANA...

o.b.n 2018-08-13 18:43:53

Torpaqın sahbi bizik,hakimiyyətin sahbi isə.........

G.M 2018-08-13 18:43:53

Qabliyyəti və şəxsiyəti xaricində olan varidat sahibi olan ``genrallar`` geci-tezi bu varidatlarını əsil sahiblərinə,XALQA qaytaracaqlar

Sahibə 2018-08-13 18:43:53

Yanğın generalı))) maraqlı təşhisdir

Kasıb 2018-08-13 18:43:53

Qanun qaydasız ölkədir. Məmurlar,klanlar tayfalar ölkəni xalqı hərəsi bir tərəfdən talan edib dağıdırlar.

turkəli 2018-08-13 18:43:53

Millət Vəkili Nazim İbrahimovun dediyi fikir məhz binin kimilərinə, dovlətin, xalqin malini talayib, milyonlara sahib olanlara aiddir. allah binlara axil versin ya...

Son yazılar