Menu

Köçəryanın azad edilməsi qeyri-qanunidir - Xüsusi İstintaq Xidməti

13.08.2018, 23:32
Köçəryanın azad edilməsi qeyri-qanunidir - Xüsusi İstintaq Xidməti

Yerevan Apellyasiya məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayıb.

“Apellyasiya məhkəməsinin Robert Köçəryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Ümid edirik ki, Baş Prokurorluq bu qərardan Kassasiya məhkəməsinə şikayətlə müraciət edəcək”, - qurumun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Yerevanın Apellyasiya məhkəməsi bu gün konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Kəçəryanı toxunulmazlığı ilə əlaqədar azad edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol