SSRİ-nin son aylarını yaşadığı 1991-ci ildə, avqustun 18-də baş qaldırmış hərbi qiyam zamanı Rusiyanın ilk prezidenti özünü necə aparıb? O, doğrudan da sonradan təbliğ edildiyi kimi demokratiya naminə heç nədən çəkinmədən mübarizəyə başlayıb və qiyam qaldırmış generalların, tankların qarşısına çıxaraq QKÇP-nin süqutuna nail olub?

Lakin Yeltsinin təhlükəsizlik xidmətinin rəhbəri olmuş general Aleksandr Korjakov Rutskoyun dediklərini təkzib edib, onu “sayıqlamada” günahlandırıb və deyib ki, əslində Yeltsin həmin hadisələr vaxtı çox az içmişdi. “Yeltsin o vaxt çox az içmişdi, cəmi bir qədər içib yatmışdı. Paltarlı yatırdı. Rutskoy Yeltsinin evə içib gəldiyini deyir, amma əslində onun özü bərk içmişdi”-Korjakov deyib.

Xasbulatovun sözlərinə görə, bu məsələni əslində Rutskoya o danışıb. “Bu ki məlum olan faktdır. Rutskoy düz deyir, amma şahid mən idim. Yeltsin məni dilə tuturdu ki, Amerika səfirliyinə birlikdə qaçaq. Mən imtina edəndə o da məcbur oldu imtina etsin. Yeltsin nəinki qaçmağı təklif edirdi, məni dilə tuturdu: “Gəl qaçaq, yoxsa onlar bizi öldürəcəklər, yarım saat sonra hücum olacaq”. Yeltsinə təklif etdim ki, istəyirsə qaçsın, amma mən qalacaq. O görəndə ki, Ali sovetin sədri səfirliyə qaçmaq istəmir, o da fikrindən daşındı”-Xasbulatov danışıb.
1991-ci il avqustun 18-də SSRİ güc strukturlarının və xüsusi xidmət orqanlarının rəhbərləri prezident Mixail Qorbaçovu hakimiyyətdən kənarlaşdırdıqlarını elan edərək müvəqqəti hakimiyyət orqanı kimi Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) qurduqlarını elan ediblər. Həmin vaxt Qorbaçov Soçidə dincəlirdi.
Lakin Yeltsinin komandası QKÇP-yə qarşı çıxıb və silahlı qüvvələrin Rusiya prezidentinə sadiq olan hissəsinin köməyi ilə çevriliş planı üç gün sonra süqut edib. QKÇP üzvləri həbs ediliblər, bəziləri isə intihar etməyi seçiblər.

Şərhlər
QKÇP də, Suslovdan sonrakı dovrdə SSRİni uуdurma "Avropa Evi"nə saтmış ideoloqları ilə Qorbaçovun referendumun nəтicəsi əleуhinə "xalqın üfürdükləri kül"-siуasi oуun idi!? İdeoloqları M.S.Qorbaçovla QKÇPdən sonra daha da "çisтenki"mi Rusiуaуa rəhbərlik edəcəkdilər. Onların bu sovdəsinin qarşısını тəbii müxalifəт-Moskva əhalisi KP MKdən çıxarılmış B.N.Elтsin lider olmaqla aldı!!!
basqa hecne yoxdurki yazasiz 27-il evvel hansisa alkas ne edib ona yer ayirirsiz.
Heç bir QKÇP ,filan olmayıb.ABŞ planlı şəkildə SSRİ -ni çökdürdü.Qiyam edəcək şəxsləri də aradan götürmək üçün ``QKÇP`` adlı bir senari tamaşaya qoyuldu.Və rus şovunizmi Sovet Xalqlarına xəyanət elədi.Hansı ki,qarbaçovdan əvvəl Kremildə İslahatlara rəvac verəcək tendensiyada millətçilik,xalqların,millətlərin aşağılanmaması üçün proqram da mövcud olub.Ancaq ABŞ-a sərf eləmədiyindən ``qarbaçov kartını`` işə saldı.Rusiyada küçə uşaqları,alkaşlar və bədnam erməni diasporası bu oyunların iştirakçısı oldu.
Boş söhbətdir, Yeltsin həmişə putçanın yatırılmasının önündə olub.Qiyam edənlər televiziyada əlləri əsirdi danışa bilmirdilər.Rutskoy və Xasbulatov isə Prezident olmaq üçün Yeltsini gözdən salmağa çalışırdılar. Həmin dövrdə Yeltsindən reytinqli heçkəs yox idi. SSRİ-ni Yeltsin dağıtdı,çünki İqtisadiyyat çökmüşdü,köhnə qaydalarla bunu yaşatmaq mümkün deyildi. Yeni sistem teləb olunurdu və bunu Yeltsin görürdü.