Menu

Tarixin izlərini qoruyan əzəmətli Gəncəsər monastırı - VİDEO

23.09.2026, 13:30
Tarixin izlərini qoruyan əzəmətli Gəncəsər monastırı - VİDEO

Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər monastırı orta əsr Alban memarlığının ən diqqətçəkən nümunələrindən biridir. Monastır yüksək dağlıq ərazidə yerləşir və əsrlər boyunca bölgənin dini, mədəni həyatında mühüm rol oynayıb.

Daş kitabələri, möhtəşəm memarlığı və tarixi görünüşü ilə Gəncəsər bu gün də Qarabağın qədim tarixini özündə yaşadan mühüm abidədir.

Əsrlər keçsə də, bu möhtəşəm tikili öz əzəmətini qoruyub saxlayır.

"AzPolitika" xəbər verir ki, "Report"un əməkdaşları Gəncəsər monastırında olub, abidənin möhtəşəmliyini lentə alıb.

Videonu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol