BAKIDA TİKİNTİLƏRLƏ BAĞLI ŞOK YOXLAMALAR - Abutalıbovun sərəncamları təftiş olunur

Bakı şəhərində tikinti sahəsində proseslərin tənzimlənməsi istiqamətində böyük işlər başladılıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə paytaxtın tikinti sektorunda problemlərin aradan qaldırılması, qanunsuz tikintilərin qarşısının alınması üçün ən yüksək səviyyədə səlahiyyətlər verilib. Komitə isə bu səlahiyyətlərindən istifadə edərək son illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə verilən bütün icazə sənədlərinin yoxlanmasına başlayıb.

Paytaxt ərazisində tikinti məqsədilə hasarlanmış bütün ərazilərdə hər hansı işlərə başlanması qadağan olunub. Bir çox yerlərdə hasarlar sökülüb, hətta tikintiyə başlanmış olan ərazilərdə işlər dayandırılıb. Bildirilir ki, bütün icazə sənədləri təftiş olunur, tikinti və şəhərsalma qaydalarına uyğunluq baxımından yenidən qiymətləndirilir. Ciddi pozuntuların aşkarlandığı bəlli olan kimi işlər dayandırılır.

Maraqlıdır ki, yoxlama prosesini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirsə də, tikinti şirkətləri, bir çox hallarda isə onların arxasında dayanan şəxslərlə müzakirələri Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçı səlahiyyətlərini icra edən Eldar Əzizov aparır. Onun bütün rayonları gəzərək tikinti şirkətlərinin rəhbərləri ilə tək-tək görüşüb, onları yeni situasiya barədə məlumatlandırdığı deyilir.

Redaksiyamıza daxil olan məlumata görə, bir neçə rayonda hakimiyyətin yüksək pillələrində təmsil olunan şəxslərə məxsus ərazilərin hasarları sökülüb, tikinti işlərinin aparılması qadağan olunub. Görünən budur ki, dövlət rəhbərliyi səviyyəsində nəzarətə götürüldüyünə görə bu məsələdə heç kimə güzəşt edilmir.

Onu da qeyd edək ki, Bakı ərazisində tikintilərin qanunsuz, heç bir norma və şəhərsalma qaydalarına əməl olunmadan həyata keçirilməsi ölkə prezidenti tərəfindən çox kəskin tənqid olunub. Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışında prezident bildirib ki, narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur: “Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”.

İlham Əliyev qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”.

Prezidentin bu çıxışından bir neçə gün sonra BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildi. Bununla bağlı prezident “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

Prezidentin bundan əvvəl imzaladığı sərəncamla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakının Baş planının hazırlanmasına xarici şirkət cəlb etmək üçün 4 milyon manat ayrılmışdı. Komitə isə bu günlərdə məlumat yayıb ki, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesinə start verib.

Həmin məlumata görə, bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edir.

“The Boston Consulting Group” şirkəti ən iri konsaltinq şirkətlərindən biri olmaqla yanaşı, həm də şəhərlərin zonalaşdırılması və inkişafının planlaşdırılması, komfortlu şəhər mühitinin yaradılması, məşğulluğun transformasiyası, şəhər infrastrukturunun, turizm və nəqliyyatın, sosial sahələrin və sahəvi klasterlərin inkişaf strategiyalarının hazırlanması üzrə geniş beynəlxalq təcrübəyə malikdir və son 5 il ərzində dünyada 550-dən artıq belə layihəni uğurla həyata keçirib. Bu nüfuzlu məsləhətçi şirkəti tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.

Məlumatda o da qeyd olunur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.

Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur: “Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək. Bu proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunacaq, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçiriləcək.

Eyni zamanda birinci mərhələdə Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin, o cümlədən müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlaşdırılır.

Bununla yanaşı, gələcəkdə baş planın reallaşdırılması prosesində iştirak edəcək aidiyyəti dövlət qurumlarının Bakı şəhərinin inkişafı ilə bağlı cavabdeh olduqları sahələr üzrə planları öyrəniləcək, dəqiqləşdirilmə və uyğunlaşdırılma işləri aparılacaq".

İkinci mərhələdə komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.

Beləliklə, aydın olur ki, komitənin başlatdığı böyük və bir çox hakimiyyət mənsublarını belə nəzərə almadan reallaşdırılan işlər Bakının Baş planının hazırlanmasının tərkib hissəsi sayıla bilər.(“Yeni Müsavat”)

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-08-21 14:59:39

Bakı nəq qədər dəyişilsə də, 70-ci illərdəki təbiiliyini qoruyub saxlaya bilmədi. Bakı həddindən artıq daşla yükləndi. . İndi bu yoxlamaların nə faydası. Səki qalmayıb, park qalmayıb, ağac qalmadı hər yerdə Anormal və plansız tikililər (kiçik istisnalar nəzərə almasaq). Bu vəziyyətdən sonra bu yaxınlarda oxudum ki, Bakının baş planı hazırdır. Çix interesal. 93-cü illərdə Bakıya dəyilməməsi və mərkəzin başqa bir yerə, ölkə coğrafiyasının mərkəzinə köçürülməsi haqqında fikirlər səsləndi. Lakin diqqətə alınmadı. İndi bərbad günə salınmış şəhərin yeni tikililərinin cənab Əzizov nəyini təftiş edəcək, maraqlıdır.

Maliksiz Milləтə 2018-08-21 14:59:39

Тəfтiş şirkəтə indiki halın тəsviri kimi gərəkdir! Bircə iri lider уerində oтurub nəуisə mükəmməl düşünürmü? Buna dərin savad, universal тəcrübə(komunal-тəsərrüfaтı üzrə) gərəkdir. Hacısının, Eldarının həm-ziуarəт, həm-тicarəтi isə mümkün тanışlıqdır. Axı, qanunsuz тikinтiləri onlardan iri "olkə тoxunulmazları" apardır? Süni ada уaradan H.İbrahim də, Qarabaglılara uzaq Bakıda şəhərcik saldıran Ə.Həsənov da bu işdə nümunəvi şəxslərdir. Dogru bazasız heç bir şirkəт bir-iki ilə real laуihə cıza bilməz.

Bakılı 2018-08-21 14:59:39

Məlumdur ki, Abutalbov BŞİH-də uzun illərdir başçı kimi çalışıb.Bu illər ərzində onun sərəncamlarının icrası hamının gözü qarşısında icra olunduğu halda bu qədər DİN,Prokurorluq,Arbitraj,Təbiəti mühafizə,Bakı rayonlarının icra hakimiyyətləri,Yüksək vəzifəli şəxslər,Nazirlər Kabinəsi,Prezident aparatı işçiləri bu uyğunsuzluqları illərlə görmürdülər? Adam işdən çıxarəıəb,hətta ondan böyük vəzifəyə keçirildəkdən sonra yoxlama nə verəcək?Bəlkə 18-20 mərtəbələri sökdürəcəklər?Axı bunlar hmının gözü önündə oln iş

Millət 2018-08-21 14:59:39

Görəsən bu kommentariləri oxuyub düşünən YAP-şı var?Ya da bu yazılardan nəticə çıxarmaq istəyən vəzifəli?Əgər bu yazılarla tanış olub,nəticə çıxarmaq istəyən yoxdursa bunun mənası nə olur?Axı çox zaman indiki şəraitdə həqiqət belə hallarda ortaya çıxa bilər.Məsələn YAP-çılrın əməlləri, Abutalıbovun rüşvətxorluğu,hakimiyyətin bəzilərinəyaşıl işıq yandırması və sair.

selim 2018-08-21 14:59:39

Dünyanın heç bir şəhərində Bakıdaki kimi söküntü-tikinti işləri yoxdur. Panel Xruşşovkaları deyə bilmərəm,mişar daşından tikilmiş Xruşşovkalar nə üçün sökülməlidir?Şəhərimizin başqa yerlərindəki mişar daşından tikilmiş Xtuşşovkalar kimi binanın xarici milli arnamentlə bəzdilə bilər.Nə qədər insanlar yaşadiqları yerlərdən didərgin salınır,narazılıqlar yaranır.Təzə tikilmiş hündür mərtəbəli evlərin əksəriyyəti boşdur.

Narazı sakinlər 2018-08-21 14:59:39

Xan Şuşinski 55 ünvanında mənzillərimizi Ege hospitalın və Konford sarayının sahibləri başda Hacı Rafiq olmaqla qeyri qanun sıkürlər.Mənzilimizi ucuz qiymətə zorla əlimizdən alırlar.Çıxmayacağımız təqdirdə evimizi başımıza uçuracağları ilə hədələyirlər.Nə səbəbə mən mənzilimi ucuz qiymətə bu harınlamış adamlara satmalıyam.Heç bizimlə danışmaq belə istəmirlər.Üstümüzə dəllalar göndərirlər.Şəhərsalma komitəsindən kömək istəyirik.

AAgahuseyn 2018-08-21 14:59:39

H.Abtalıbv MTK-nın təssclənin razılıqı olmadan onn daimi MƏHKƏMƏ qərarı iylə stifadəsində olan torpaqı qanunsuz olaraq başqasına verib.BUNA nə deyəsən.

EWDER 2018-08-21 14:59:39

HACIBALANI TEFTIWDEN SONRA BAW NAZIR QOYACAQLAR,USTELIK WEREF VE WOHRET ORDENLERIDE VERECEKLER,ESL YAP IDAREETME USULU BUDUR...RUWVET YALAN,KORRUPSIYA VE SURRETLI INKIWAF...

G.M 2018-08-21 14:59:39

``Hamam,hamam içində..xəlvir saman içində`` Abutalıbov-2 iş başındadı.Ondan da rəzil,ondan da qəddar.Vaxtıylə tanışlı

Bakili 2018-08-21 14:59:39

Bakinin relyefi cox hundur binalar ucun uygun deyil.Maksimim 10-12 mertebe ola biler.Cunki yerin altinda neft, qaz, yeralti caylar var, torpaq suxurlarin yumsaqdir. Tokio, Nyuyokda torpaq suxurlari dasdir, mohkemdir.Inanin ki 30 saniyelik 5/6 bal gucunde zelzele olsa Bakidaki ekser yeni tikililer cokecek toza cevrilecek, yuz minlerle insanlar telef olacaq.Allah bizi qorusun.Iranin keyfiyyetziz 150 markali semtini 300 marka adina alib bina tikir bizim quldur is adamlarimiz.Buna son qoyulmalidir.

Bakili 2018-08-21 14:59:39

Bizim yanimizda kohne binalari sokub yerine 22 mertebeli binalar tikirler.Lakin hemin binalarin nazik 40/20 ye olan esas dayaq sutunlarina baxanda qorxuya dusurem.Esas dasiyici dayaq sutunlari 12 mertebe ucun minimun 40/40 olmalidir. 22 merbeni 40/20 olan sutunlarini Iranin 120-150 markali sementi ile tikende guclu qasirga binani yerle yeksan edecek.Betonlar da toza cevrilecek, 1 adam salamt qala bilmez.10 il evvel ucan binani hami xatirlayir, ekser fehleler tozun altinda qalib olduler.

fuad 2018-08-21 14:59:39

Lilpar MTK,Zerdabi 77/a binasinda saygaclar geydiyatsiz isleyir.Kimse bize yardim elesin!!!

Ələkbər 2018-08-21 14:59:39

YAP [ milyardları o]urlamaqla sərbəst gəzən YAP-şı nazirlər, sədrlər, rüşvəti çiçəkləndirən icra başçıları,gömrük işçiləri və digər vəzifəli YAP-çılar,Jek-lərdə ta yuxarıy qədər əllərinə rüşvət və oğurluq imkanı verilmiş digər YAP-çılar) bu ölkəni hara sürüklədiyinin fərqində deyil. Anlamaq belə istəmirlər ki,ölkəni nəyə çeviriblər. Əlac Allaha qalb.Allah Azərbaycan xalqına yardımçı olsun.

ZƏRƏRÇƏKMİŞLƏR 2018-08-21 14:59:39

Bir çox sahələrdə qanunsuzluq baş alıb getdiyi kimi hüquq mühafizə orqanlarında, xüsusilə də, prokurorluq və məhkəmələr tərəfindən böyük qanunsuzluqlar törədilir və davam etməkdədir. Bakı Ağır cinayətlər məhkəməsinin hakimi ƏFQAN HACIYEV üçün qanunu pozub öz maraqlarına uyğun istədiyi şəkilə salmaq adi haldır. Yaxınlarda o, “Dağlar” MTK-nın təsisçisi Çingiz Rzayev və digərləri tərəfindən şəhərin Təbriz küçəsində yerləşən yeni tikilmiş binadakı mənzillərin ayrı-ayrılıqda saxta sənədlərlə 5-6 adama satılması ilə bağlı cinayət işinə baxmışdır. Əsas dələduzluq edən adamlar ibtidai istintaq zamanı əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən, sonra isə Bakı Ağır cinayətlər məhkəməsinin hakimi ƏFQAN HACIYEV tərəfindən aradan çıxarılmış və yalnız ixtisasca diş həkimi olan Əliyev Şahin adlı birisinə 11 il azadlıqdan məhrum edilmə cəzası tətbiq edilmiş, qalan onlarla dələduzluq cinayəti törətmiş Əhmədov Elsevər Nadir oğlu, “İlham və Gülxar” adlı maklerlər, Vüsal adı ilə tanınan Qasım Hüseynov, binanın “Əjdər” adlı komendantı, “DAĞLAR” MTK-NIN TƏSİSÇİSİ ÇİNGİZ RZAYEV, Xətai rayon 6 saylı notariat kontorunun müdiri Ərəstun İmanovun, Həşimova Gülxar, Ənvər adlı şəxslər və başqaları ibtidai istintaq və məhkəmə tərəfindən öz maraqlarına əsasən aradan çıxarılaraq məsuliyyətə alınmamışdır. Nəticədə isə çox böyük məbləğdə 30 nəfərin halal pulları qaytarılmayaraq PROKURORLUQ, MƏHKƏMƏ və DƏLƏDUZLUQ etmiş şəxslər tərəfindən ələ keçirilib mənimsənilmişdir. Bir Allah bilir ki, bu çətin zamanda biz o pulları necə çətinliklə boğazımızdan kəsib mənzil almaq üçün yığmışdıq. Hara da şikayət edirik TƏSİSÇİ ÇİNGİZ RZAYEV bizdən əldə etdiyi pullardan verib qabağını kəsir və şikayətlərimizə obyektiv baxıb həll edən yoxdur. Pullarımızı mənimsəmiş şəxsləri Baş Prokurorluğ və Məhkəmə müdafiə edir. Bizim ələ keçirilib mənimsənilmiş halal pullarımız qoy həmin VƏZİFƏLİ şəxslərin və dələduzların özlərinin və əzizlərinin dərmanlarına, kəfəninə, ehsanlarına qismət olsun, xeyrini görməsinlər! Amin! Amin! Amin! YA RƏBBİM AMİN!

Yasar 2018-08-21 14:59:39

Zardabi 77/a binada 9 il geydiyatsiz uasayirig.Ne vaxt cixaris verilecek....

Malik 2018-08-21 14:59:39

Bakının İnqlab İsmayılov küçəsindəki 58 №-li binanın düz yanında 11 mərtəbəli binanın tikintisi bir müddət dayandıqdan sonra davam edir. Narahatedici hal odur ki, binanın fundamenti yerin dərinliyində yox, yerin səthi ilə təqribən eyni səviyyədə qurulub. Binanın 1 metr enində olan ətrafını sadəcə torpaq sürüşməsinin qarçısının alınması üçün əvvəlləqoyulan betonlar əhatələyir. Görəsən, belə bir tikintinin aparılmasına kim icazə verib? Və əgər bina 9 mərtəbəli binanın üzərinə aşsa buna kim cavabdeh olacaq?

clunidən Aslan Kənana 2018-08-21 14:59:39

Bunları camaatı aldatmaq üçün oralarda otuzdurublar da bə!!! Onlar hapa-gopa basanda nöyüt 150 dollar idi. İndi 70-75 dollar. O vaxtı Bermud üçbucağının (Rusiya-ABŞ-Türkiyə) da vəziyyəti yaxşı idi. indi pisləşib bunlardan da öz paylarını alırlar. Bu səbəbdən də para (Moşu demişkən: dengi netu) yoxdur. Bir də axı bunların etdikləri hamısı imitasiyadır. Yapizm ancaq Azərbaycanda həqiqəti deyənləri şərləyib tutmaq üçün qoçaqdırlar!! Çünki qalan yatmışlar oyanmamalıdır.

Cəfər Zeynal 2018-08-21 14:59:39

Bu arxadan atılan daşa bənzəmir? Adamı vəzifədə böyüdüb Baş nazirə müavin göndərib,sonra onun əvvəlki işindəki fəaliyyətini təftiş edirsiniz.Bu gülməli və ya ağlamalı deyilmi?O sərəncam imzalayanda,yerlərdə ağaclar kəsilib,fundament qazılanda,16-18 mərtəbə binalar ucalanda bu təftiş edənlər bunu görmürdülər,harada yatmışdılar?14-15 il göz yumub,Şəhəri cəngəlliyə çevirdikdən sonra təftişin mənası varmı? Qatar gedəndən sonra arxasınca yürüməyə bənzəmir? Belə yoxlama baş qatmaqdan başqa bir iş deyil.

Aslan Kənan 2018-08-21 14:59:39

Ay Bakı şəhərinin baş bilənləri, hanı gözəl-gözəl söz verdiyiniz layihələr? İki dəfə məsələni qoydunuz ki, müəllimlərə, həkimlərə dövlət qulluqçusu statusu verilsin. Söz deyərək qaldı. Sonra dəfələrlə məsələni qoydunuz ki, mikrorayonlarda olan “Xruşovka”lar söküləcək, əhalini yeni evlərlə təmin edəcəyik. Hanı söz verdiyiniz?. İndi necə sizə inanaq? Bunu edə bilməyəcəksinizsə əhalini niyə alladırsınız?

t.ədalət 2018-08-21 14:59:39

Əgər yoxlamanı E.Əzizova tapşırıblarsa,deməli, heç nə olmayacaq.Ortada pul toplamaq marağı var.Başqa bir şey gözləməyə dəyməz.Eldar müəllim özü Nizami RİH başçısı olanda,Məşədi adlı bir polis nəfəri var idi,onun əli ilə "Su xəstəxanası" deyilən əraziləri satdı.Sonralar Hacıbala da oralardan pul qoparmaq üçün bir neçə tikilini sökdürdü.Ola bilsin ki, keçmişdəki hesablarını "qapadırlar.."

hellas 2018-08-21 14:59:39

Eldar Əzizov guya dünyada bir kişi tanıyandan çox fərqlidir??? Ziya getdi, BNA ondan nə ilə sə fərqlənir, yaxud digərləri sələflərindən çox fərqlənirlər??? Hamısı bir bezin qırağıdır, sistem artıq çürüyüb. Marksın proletar zəncir məsələsi yada düşür. Amma əfsus olsun ki, Yapin İmperatorları proletarları elə beşikdə ikən boğdular. Çünki özləri proletariatla gəlmişdilər və onlar bunun təkrarlanmasına yol verə bilməzdilər.

Son yazılar