Menu

Türkiyə yeni hərbi baza yaradır - Şimali Kiprdə

28.08.2018, 23:06
Türkiyə yeni hərbi baza yaradır - Şimali Kiprdə

«AzPolitika.info» Türkiyə KİV-ə istinadla xəbər verir ki, qardaş ölkə  Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) hərbi-dəniz bazası yaratmaq niyyətindədir.

«Yeni Şəfəq» qəzetinin yazdığına görə, bir sıra ölkələr Suriyadakı müharibəni bəhanə edərək, Aralıq dənizində özünün hərbi iştirakını artırmağı planlaşdırır. Bununla əlaqədar olaraq, Türkiyənin hərbi-dəniz qüvvələri (HDQ) Şimali Kiprdə hərbi-dəniz bazası yaratmaq təklifi ilə Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib.

Qəzet qeyd edir ki, Aralıq dənizi strateji baxımdan mühüm bölgədir və işarə vurur ki, ŞKTC orada öz mövqeyini möhkəmlətmək məqsədilə həmkarlıq ədaqələri yaradır.

Eyni zamanda, ŞKTC-dəki Keçidqala aviabazasının bərpası məsələsinə də baxılır. Baza, bundan əvvəl Türkiyə hərbçilərinin istifadəsində olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol