“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxşında bildirib.
“Bu problem ədalətli həll edilməlidir. Hesab edirəm ki, bu məsələnin həllini dəstəkləməyimiz vacibdir”, - Türkiyə Prezidenti vurğulayıb.


Şərhlər
Türkdilli ölkələr çoxdan belə deməli idi.Belə bəyanatlar işğalçı Putini də fikirləşməyə məcbur edər.Ya türkdilli ölkələrlə strateji əməkdaşlıq,yəni, DQ-nin işğaldan azad olunması,ya da ki ermənistan--Putin bu yollardan birini seçməlidir. Türkiyə əleyhinə yaradılmış hərbi baza ermənistandan çıxarılmalıdır.Türkiyədən "gözlənilən hücumun" qarşısını almaq üçün Rusiya tərəfindən ermənistan-Türkiyə sərhəddində yaradılmış "Şir arxı"deyilən göl ləğv edilməlidir.Əks təqdirdə hansı dostluqdan danışmaq olar?