GƏNCƏDƏ SAHİBKARLARI NECƏ SOYUBLAR? - İş adamlarının milyonları mənimsənilib

Məharət Mustafayev Gəncəni dövlət layihəsi üzrə abadlaşdıran iş adamına milyon yarım borcu olduğunu icra hakimiyyətinin möhürü ilə təsdiqləyib, amma ödəməyib

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin bu günlərdə işdən çıxarılan rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli”, “torpaq alverçisi” kimi tanınan Məharət Mustafayevin qanunsuz əməlləri barədə çoxsaylı iddialar mövcuddur. Onun Gəncədə vətəndaşlara saxta sənədlə torpaq verməsi, müxtəlif adamlardan pul alıb, sonra aldatması ilə bağlı çoxsaylı faktların olduğu bildirilir.

Məharət Mustafayev haqda "Yeni Müsavat” a növbəti ilginc məlumatlar daxil olub. Xəbəri verən mənbə deyir ki, M.Mustafayevin Elmar Vəliyevə arxalanaraq törətdiyi qanunsuzluqların sayı-hesabı yoxdur. Mənbə iddia edir ki, M.Mustafayevin adı uzun illər törədilmiş qətl işində də keçir. Amma bu haqda dəqiqləşdirmələr apara bilmədiymizdən həmin məsələnin detallarını dərc etmirik.

Qaynaq qeyd edir ki, Məharət Mustafayev Gəncənin Nizami rayonunun icra başçısı olarkən, habelə o vəzifədən azad edilib Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işlədiyi müddətdə bir neçə təmir-tikinti şirkətinin sahibinin başına müsibətlər gətirib: “Məharət Mustafayev kriminal davranışlı adamdır. O, hətta bir neçə il öncə Elmar Vəliyevə xoş gəlsin deyə, Gəncədə abadlıq işləri aparan, lakin müəyyən səbəbdən 1-2 gün işi gec yekunlaşdıran şirkətin rəhbər şəxslərini başının dəstəsi ilə şəhərin ortasında döymüşdü. Bir neçə şirkətə isə Gəncədə abadlıq işləri gördürərək, pullarını verməyib”.

Məharət Mustafayev ile ilgili görsel sonucu

Mənbə daha sonra bildirir ki, Məharət Mustafayevin problemlər yaratdığı şirkət rəhbərlərindən biri də Nizami Həsənovdur. Sitat: “Nizami Həsənovun ”Kolani MMC" adlı şirkəti var. O, çox yaxşı, bacarıqlı mühəndisdir və gördüyü işlər hamının xoşuna gəlib. Onun şirkəti Gəncənin abadlaşdırılması işinə cəlb edilmişdi. Nizami Həsənov 2011-2013-cü illər ərzində Gəncədə Dram Teatrını, Filarmoniya binasını tam, əsaslı təmir edib. Həmçinin şəhərin bir sıra ərazilərinin abadlaşdırılması işini görüb, Heydər Parkının təmirini edib. Həmin vaxt Məharət Mustafayev Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi və “Kolani MMC”nin sifarişçisi də onun rəhbərlik etdiyi icra hakimiyyəti idi. Faktiki olaraq, dövlət sifarişi ilə görülən işlər üzrə tərtib olunan “Forma-2" adlı sənəd məhz Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Məharət Mustafayevin imzası və möhürü ilə təsdiqlənib. Həmin vaxt Nizami Həsənov işləri görüb, başa çatdırandan sonra ona yaranmış 1 milyon 538 min manat borcu ödəmək istəmədilər. Baxmayaraq ki, Məharət Mustafayev imza ataraq, möhür vuraraq ”Forma-2"də yazıb ki, “Kolani MMC”yə 1 milyon 538 min manat borcu var, onu qısa müddətdə ödəyəcək. İş adamına, sadəcə, söz verdilər, 1 manat da olsun pul vermədilər".

elmar vəliyev ile ilgili görsel sonucu

Mənbə bildirir ki, bundan sonra Nizami Həsənov tam müflis olub, şirkəti iflic vəziyyətə düşüb. Abadlıq işləri üçün işlədilən tikinti materiallarını müxtəlif firmalardan nisyə götürdüyü üçün həmin firmalara küllü miqdarda borcu yaranıb. Mənbə həmçinin iddia edir ki, Nizami Həsənovu nisyə tikinti materialları aldığı adamlar sıxışdırırdı. İş adamı təzyiqlərə dözməyərək intihara cəhd etmişdi. Son anda onu xilas etmək mümkün olmuşdu.

Sitat: “Bundan sonra Elmar Vəliyev səs-küy yaranacağından ehtiyatlanaraq, onu yanına çağırıb borcun əvəzində Gəncə ətrafında 150 hektar torpaq təklif etmişdi. Ora isə tam yararsız bir ərazi idi, nə satmağa yarayırdı, nə də əkin-biçinə. Nizami Həsənov oranı borc əvəzinə götürməyib ki, ona şirkətlərə ödəməyə nağd pul lazımdır. Bundan sonra Məharət Mustafayev demişdi ki, ”indi heç torpağı da vermirik, get nə bilirsən elə". Faktiki olaraq Məharət Mustafayev dövlətin təmir-tikinti üçün ayırdığı, “Kolani MMC”yə verilməli olan 1 milyon 538 min manatı mənimsəyib. Nizami Həsənov da bu gün çox ağır bir durumdadır, 5 ildir onun başına müsibətlər gətiriblər".

Ä°lgili resim

Mənbə bildirib ki, Məharət Mustafayevin əməlləri bununla bitmir: “Onun borclu olduğu, daha doğrusu, dövlət layihəsi üzrə iş gördürüb xeyli pulunu mənimsədiyi digər şirkətlər də var. Həmçinin Məharət Mustafayev işdən çıxarılandan sonra Gəncədə yüzlərlə vətəndaş müxtəlif aidiyyəti qurumlara şikayət edərək bildirib ki, Məharət Mustafayev onlara torpaq satıb, ancaq sənəd verməyib, yaxud pullarını alıb, torpaq sahəsi verməyib”.

Qaynaq qeyd edir ki, yeni icra başçısı Niyazi Bayramovun göstərişi ilə Məharət Mustafayevin əməllərinin araşdırılması üçün yaradılan komissiya işini davam etdirir: “Heç şübhəsiz ki, Məharət Mustafayev yol verdiyi ağlasığmaz qanunsuzluqlara, ağır cinayət xarakterli əməllərə görə cavab verəcək”.

Yazıda adları keçən şəxslərin mövqeyini dinləməyə, qəzetdə çap etməyə hazırıq.

635x100

Şərhlər

Baki 2019-12-13 14:25:57

Bugun elmar veliyeve qiniyirsiz yaxsi nizami hesenovu borclu varsa niye lover mende nece abiyekdi kolani mende oglunun vilassi bakida mulkleri abiyekleri salsin bircunu versinde daskesende torpaq sahesi bu abiyekleri nezer salinda

Sədi 2018-09-06 10:31:22

Məharət qeddar biridir.... ... Prezidentimiz özü onu gərək ki işdən çıxarmışdı. Ancaq Elmar necə harınlamışdırsa onu yenidən işə qaytardı.

Vətəndaş 2018-09-06 10:31:22

Ortaya çıxan və çıxarılan faktlar əyani sübut etmirmi ki, sistem,YAP idarə-üsulu tənəzzülə uğrayıb.Bunu ki, hamı görür.Bəs ölkənin gələcəyini düşünən ,sabahını aydınlaşdıran qüvvə hansı dərədə yatızdırılıb? Nə zaman ayılacaqlar? Axı ölkə batır.

Sədaqətə 2018-09-06 10:31:22

Bəli,dövlət yox, ysüksək vəzifəli məmurlar yatmasalar,icra başçıları bu hoqqalardan çıxa bilməzlər.Ancaq onların yatmasının səbəbi maraqlıdır.Çox ehtimal ki,İB-na bu icazə rəsmən veriblər və aylıq hesablarını alıblar və buna görə də Prezidenti məlumtlandırmayıblar.Ən böyük ehtimal budur.Ona görə araşdırma üçün kifayət qədər fakt olduğundan Prezident yuxarı vəzifələrdəki kadrları dəyişsə ,bir çox biabırçılığa son qoyular....

t.ədalət 2018-09-06 10:31:22

..........Hələ Elmarın üstü açılmamış nə qədər cinayətləri var,zaman-zaman şahidi olacağıq.Allah Azərbaycan dövlətini talançılar və oğrulardan qorusun!

G.M 2018-09-06 10:31:22

....Məharətin cinayətləri açıldıqca əsil günahkarın,səbəbkarın ünvanı da bəlli olacaq.Məharət zibil maşını sürəndi,``Zibilxana`` geridədir.

Oqtay 2018-09-06 10:31:22

Hər rayonun hər öz məharəti var bu bir sistemdir

Müəllim 2018-09-06 10:31:22

Belə hallar bütün icra hakimiyyətlərində mövcuddur.Ancaq diqqət edən yoxdur.Büdcədən pul silinir,ancaq sahibkarlara iş gördürüb.pulunu vermirlər.Bu yenilik deyil,illərlə davam edir.

EJDER 2018-09-06 10:31:22

AZERBAYCAN NAQILLAR DOVLETIDI.YAPIN GETSIN,ESAS INKIWAFDU,ANALOQSUZ ,DAYANIQ;LI,SURRRETLI INKIWAF

Zərərçəkmişlər 2018-09-06 10:31:22

Belə oyunları Komitə sədri Hicran Hüseynovada millətin başına açır.Hicranın vətəndaşların pulunun verməməsi barədə dəfələrlə Prezidentə ,Birinci xanıma və Hüq-Müh Orqanlarına dəfələrlə yazılı müraciəti olmasına baxmayaraq hələdə oturub kresloda.Belə çıxır ki hamı Hicranın çıxmasını gözləyir?İnşallah işdən çıxanda görünəcək ki, bəli Hicran KORRUPSİONERDİR!!!Bəs indi niyə susuruq???

dadas 2018-09-06 10:31:22

inanin ki bu menim de basima gelib ki 3 ildir evden kenara cixa bilmirem bunlara lehnet olsun

Sedaqet 2018-09-06 10:31:22

Niye ozunuzu gulunc yerine qoyursunuz? Bu yazilar cixdiqca bele cixir ki dovlet yatibmish bir elmar oyaqmish? Ayibdiii.... bele cixir ki elmari bu gune qoyan adam duz edibde biz yatmishlari oyatdi? Niiye elmar vezife bashinda olanda ayila bilmirdik? Yuxu dermani vermishdi hamimiza? Onu gucsuzleshdirmek belemi cetin idi? 20 ildi elmar camaatin bashina oyun acir ozbashina idi beyem? Bes dovlet? Cirttanin nagili burda kecmireeee ....

Son yazılar