700 MİLYONU DA ZİYA MƏMMƏDOV BELƏ DAĞITDI -  30 il demişdi, 3 il çəkmədi...

Bakı-Quba-Rusiya yolunun dağılması ilə bağlı son günlər sosial şəbəkələrdə statuslar və fotolar nəzərəçarpacaq dərəcədə artıb. Hələ 2009-cu ildə o dövrün nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra - 2012-ci ildə yol sıradan çıxmağa başladı. Bu gün - yolun istismara verilməsindən 9 il sonra Bakı-Quba-Rusiya yolu tamamilə sıradan çıxmaq üzrədir. İş o yerə çatıb ki, beton yolun dağılmış hissələri asfaltla əvəzlənir, bəzi yerlərdə isə asfalt yamaqlarla yararsız hala düşmüş yol təmir olunur.

Картинки по запросу Bakı-Quba-Rusiya avtomobil yolu

Ekspert Elməddin Muradlı “Yeni Müsavat”a yaranmış vəziyyəti şərh edərkən deyib ki, Bakı-Quba-Rusiya yolunun dağılma səbəbləri haqda illərdir ki, mətbuatda fikirlər söylənilir: “Bakı-Quba-Rusiya yolu tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınmalı idi. Təəssüf ki, hələ həmin yol çəkilərkən normativlərin nəzərə alınmadığı, yol təsərrüfatının əsaslarına söykənmədiyi haqda faktlar vardı. Həmin yolun tikintisini ilkin dövrdə alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri işdən uzaqlaşdırdı. Bunu belə əsaslandırdılar ki, həmin işləri yerli mütəxəssislər də görə bilər. Beləcə, yolu tikib təhvil verdilər. O yolla bağlı göstərdikləri zəmanət müddəti də özünü doğrultmadı. Təhvil veriləndən 3-4 il sonra yol erroziyaya uğradı, dağılmağa başladı. Bu, dövlət büdcəsinə birbaşa zərbə vurmaqdır. Hazırda həmin yolu hissə-hissə təmir edirlər. Bu da büdcədən vəsait ayrılması hesabına başa gəlir. Bu məsələlərlə bağlı Baş Prokurorluq cinayət işi başlaya və müvafiq araşdırma apara bilər. Əmin edirəm ki, cinayət işi başlansa, həmin yolun çəkilişində iştirak etmiş məsul şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər, azı 20 nəfər həbsə göndərilər”.

Картинки по запросу Elməddin Muradlı

Elməddin Muradlı

Elməddin Muradlının fikrincə, yol təhvil veriləndə 30 illik zəmanət verilib, sifarişçi olan Azərbaycan dövləti qarşısında öhdəlik götürülüb: “Nəqliyyat Nazirliyinin rəhbərliyi, Ziya Məmmədov başda olmaqla, verilmiş zəmanətlə bağlı sorğulanmalı, yolun dağılmasının keyfiyyətsiz materiallar, xüsusən beton qarışıqlarında istifadə edilən sementin markası doğru-dürüst müəyyən edilməldir. Bu gün də bunu etmək mümkündür. Yoldakı betondan nümunə götürməklə hansı markalı sementdən istehsal edildiyini aydınlaşdırmaq olar. Bu məsələ bu gün araşdırılmasa, Azərbaycanda yol problemi, yolların dağılıb sıradan çıxarması problemi həll edilməmiş qalacaq. Yol çəkənlər, yol çəkilişinə rəhbərlik edənlər görməlidirlər ki, keyfiyyətsiz yol çəkilişi, yol çəkilişi zamanı işə vicdansız yanaşma, nəzərdə tutulan materialların daha aşağı keyfiyyətli materiallarla əvəzlənməsi qanunla cəzalandırılır. İnsanlar bunu dərk etməli, görməlidirlər. Əks halda, vəziyyət dəyişməyəcək”.

E.Muradlı deyir ki, rəsmilər Bakı-Quba-Rusiya yolunun dağılmasının əsas səbəbi kimi ağır tonnajlı maşınların həmin yolla hərəkətini göstərirlər: “Yol çəkilişindən sonra müvafiq qurumlara dəfələrlə sorğular verib Bakı-Quba-Rusiya yolunda neçə tonluq yük maşınlarının hərəkətinə hesablanmasını açıqlamalarını xahiş etmişəm. Açıqlamayıblar, gizli saxlayıblar. Ümumi cavablar verib, yaxalarını kənara çəkiblər. Halbuki bu məlumat açıq olmalıdır. Bu gün dünyada yol çəkilişi praktikası var. Məsələn, yol çəkilərkən nəzərə alınır ki, gələcəkdə 5 qat artıq yükə dözümlü olsun. Yolda 25 tonluq ”KamAZ"ın hərəkəti nəzərə alınırsa, 26 tonluq maşının da yoldan istifadəsi yolveriləndir. Yəni yolu 5 dəfə artıq yükə dözümlü tikməlidirlər. Daha bizdəki kimi 3-5 il sonra dağılacaq qədər zəif tikilməməli idi. İstənilən halda yolun pis tikilməsi və istifadəyə veriləndən sonra lazımınca nəzarət edilmədiyi göz qabağındadır. Əgər yol yüksək texnologiya ilə ağır tonnajlı yük avtomobillərinə dözümlülük dərəcəsi nəzərə alınaraq tikilsəydi, belə tez dağılmazdı. Digər tərəfdən, Bakı-Quba-Rusiya yolu ağır tonnajlı maşınlara görə dağılıbsa, bəs Bakı Dairəvi Yolunun Hövsan istiqamətində çəkilmiş beton yol niyə dağılır? Həmin yoldan ki, ağır tonnajlı maşınlar keçmir. Oradan uzağı avtobus və ya mikroavtobuslar keçir, əsasən minik maşınları şütüyür. Həmin yolu da Ziya Məmmədov nəqliyyat naziri olarkən çəkiblər. Nəqliyyat Nazirliyinin dövründə çəkilən yollar bu gün yenidən çəkilir. Çünki yol çəkilişi məsuliyyətsizlik və nəzarətsizlik şəraitində aparılıb. Büdcədən yol çəkilişi üçün ayrılan pulların heç 30 faizi təyinatı üzrə xərclənməyib. Ziya Məmmədovun dövründə inşa edilmiş körpülərdə artıq çatlar əmələ gəlib. Avtovağzaldan Bakı şəhərinə daxil olmadan kənar yolla gedəndə maşın özü-özünə atılıb düşür. Çünki yolda “qarmoşka” əmələ gəlib. Səbəb də odur ki, yol yatağında çəkilişdən əvvəl bərkitmə işləri lazımi qaydada aparılmayıb. Bu məsələləri istintaq qrupu yaratmaqla araşdırmaq, təqsirkar şəxslərin dairəsini müəyyən edib cəzaya çatdırmaq olar. Bu yola baş vurulsa, keyfiyyətsiz yol problemi gələcək nəsillərə miras qalmaz".

Картинки по запросу Bakı-Quba-Rusiya avtomobil yolun

Qeyd edək ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib.

2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Beton yolun 30 ilə davam gətirəcəyi açıqlansa da, 2009-cu ildən istismara verilən yol 3 il sonra dağılmağa başladı.

635x100

Şərhlər

Talis 2018-09-11 09:58:45

Guya indi necedir ki... bu gun Ziyanin dedesine rehmet oxuyurlar. Yolun yasilasdirilmasi ilde dovlete milyon manata basa gelir. Yol kenarinda 100 manatliq yasilliq yoxdu. 1900 2000 fehle yaziblar 2y0 bele yoxdu. Lerikin yoluna bir il deyil milyonlar xerclenib yenede pul ayird7lar. Hara kimin cibine gedir bu pullar yetim milletin corek pullari bas prokuror ise helede susur.

Ejder-e 2018-09-11 09:58:45

Ejder sən niyə bilmirsən ki,Cavid Qurbanov ....Məgər bilmirsən ki,ona sataşmaq olmaz?ZAmanın tələbini yaddan şıxarma!+Görmürsən Jurnalist nəyi qoyub.haradan yazır? Elə bilirsən o qanmır? O çooox irəli gedcək jurnalistdir. Jurnalistin nəyinə gərəkdir.yol tikintisi necə olub,kim kimdən asılı olub.Ona DEYİBLƏR ZİYADAN YAZ,O DA AMNLADIĞINI YAZLB.bURDA NƏ VAR Kİ?

ayzek 2018-09-11 09:58:45

şəkildən də göründüyü kimi həmin yola doğrudan da beton tökülübmüş.İndi isə həmin betonu dağıdıb əvəzinə keyfiyyətsiz əhəng daşının otxodlarını düzürlər.bu yolun ömrü əvvəlkindən də qısa olacaq-ziyanın,cavidin ölənlərinə rəhmət oxuyacaqsınız!

EJDER 2018-09-11 09:58:45

EWWI BU QURBANOV CAVID KIMIN ...BAWQA WEYDI,ZIYA ISE QUMARBAZ...ESAS INKIWAFDU,KEYF ELEYIN

EJDER 2018-09-11 09:58:45

EWWI BU QURBANOV CAVID KIMIN ...BAWQA WEYDI,ZIYA ISE ....ESAS INKIWAFDU,KEYF ELEYIN

miri 2018-09-11 09:58:45

"Gedənin dalınca danış, gələnin qabaqinda su at" prinsipi ilə nə qədər adam varlanacaq? Bəsdirin, Allahdan barı qorxun.

Azer 2018-09-11 09:58:45

da ne oldu ziya nazir oldu o vaxti ona tabe olan qurumlar demiryoldan azeryol rehberleri yedi dagitdi besdi biraz vicdaniniz olsun ziya ayinida tek yemedi!!!

mamede 2018-09-11 09:58:45

o vaxti azerolservis neqliyyat nazirliyinin terkibinde olub ey menim agilliraim!!!ziya memmedovu lap masum usaq elediniz eee

fəhlə 2018-09-11 09:58:45

Yol çəkilməyə başlamazdan əbbəl onun projesi hazırlanır,Yol yatağının cizgisi müəyyələşir.AZərbaycanda həmin zanan kəsimində çəkilən yolların heç biri (Bakı-Şamaxı,Bakı-Quba və sair yollar projedə göstərilən qalınlıq və ölçülərdə olmayıb.Nəticədə dəfələrlə Bakı=Şamaxı yolunda da sökülmə.dağılma halları baş verib.Həmin vaxt kəsimində bu yollaı "Azəravtoyol" inşa edib və onun rəhbəri Cavid Qurbanov olub.Düzdür Avtomoil nazirliynə bağlansa da sərbəst fəaliyyətdə olub.

Cıfır Məmmədov 2018-09-11 09:58:45

Hər şeyi öz adı ilə çağıranda məsələ örtülü qalmır.Bəli,həmin yol çəkiləndə Azəravtoyol Nəqliyyat nazirliynin tərkibində olub və nazir Ziya Məmmədov olub.Bu doğru! Bəs "Azəravtoyolu" kim idarə edib?Axı yol tikintisi texnologiyasına cavabdeh Ziya Məmmədov yox,ilk növbədə Azəravtoyol olub.O zamankı "Azəravtoyol"un rəisi isə Cavid Qurbanov olub.Bəs niyə Qurbanov bu yeyinti rosesindən gizlədir?

ramiz 2018-09-11 09:58:45

men tamerlanin fikri ile raziyam. bu adam hansisa qazetde muxbir olub. indi de ekspert kimi danisir. elcin mirzebeyli gozel sairdir- amma qefilden oldu siyasi serhci- behruz quliyev de ozunu siyasi serhci kimi teqdim edir. tebii ki onlari cemiyyete bele teqdim edenler de qeyri professonal jurnalistlerdir. adam tapmayanda onlarin fikirlerinin verirler ki xeber olsun qonorar alsin. vallah yaman oluruq biz sehf dusende yerimiz...

mamed 2018-09-11 09:58:45

you djavid burbanov chakib ziya mamadov yox

tamerlan 2018-09-11 09:58:45

ay qardas bu ne vaxtdan ekspert olub axi- indi her yerinden duran siyasi serhci-ekspert iddiasi ileozunu goze soxur.

Son yazılar