180 MİN RÜŞVƏT VERƏN POLKOVNİK İŞDƏN ÇIXARILDI - General rəisi sərəncama götürdü

Adı məhkəmə qalmaqalında hallanan polkovnik işdən çıxarılıb. General polkovniki vəzifədən azad edərək sərəncama götürüb. Musavat.com-un əldə etdiyi məlumata görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev vəzifəsindən azad edilib.

Rəsul Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən sərəncama götürülüb.

Qeyd edək ki, Rəsul Quliyev bir neçə gün əvvəl zərərçəkmiş kimi iştirak etdiyi məhkəmə prosesində işə düzəlmək üçün 180 min manat rüşvət verdiyini açıqlamışdı. Bununla bağlı məlumatı "AzPolitika.info"

Yazıda eyni zamanda müafiq qurumlara və polkovnik Rəsul Quliyevə bir neçə sual da yönəltmişdik:

"Əəvvəla, polkovnik Rəsul Quliyev Hərbi Komissarlıqda vəzifəni hansı yolla əldə edib? Bunun üçün əvvəl M.Məmmədovaya 180 min manat pul verən polkovnik Rəsul Quliyev bu dəfə “işini” kimin vasitəsilə və neçəyə düzəldə bilib?

İkincisi, Azərbaycan qanunvericiliyində işə düzəlmək, vəzifə əldə etmək məqsədilə rüşvət verilməsi də cinayət məsuliyyəti yaradır. Rüşvətvermə aktiv rüşvətxorluq sayılır və ona qarşı Cinayət Məcəlləsininin 312-ci maddəsində nəzərdə tutulmuş cəzalar tətbiq edilir. Məhkəmə niyə polkovnik Rəsul Quliyevlə bağlı cinayət işinin açılmasına dair qərar qəbul edərək, işi prokurorluğa göndərməyib?

Nəhayət, üçüncüsü Azərbaycanın hüquq-mühafizə orqanları polkovnik Rəsul Quliyevin bu “səmimi etirafına” diqqət yetirəcəklərmi?

O da ayrıca araşdırılmalıdır ki, Müdafiə Nazirliyində işləyərkən bu polkovnik 180 min manatı (söhbət yəqin ki, devalvasiyadan qabaq olub – red.) necə, hansı yollarla əldə edib?" 

Hələlik bu suallara cavab ala bilməsək də,  polkovnik Rəsul Quliyevin işdən çıxarılması,  onun rüşvətlə işə düzəlməyə çalışması faktının ən azı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinin diqqətini cəlb etdiyini göstərir. Hüquq-mühafizə orqanlarının da R.Quliyevin "səmimi etirafını" araşdıracağına, dələduzdan pulunu aldıqdan sonra polkovnikin Hərbi Komisarlıqda vəzifəyə hansı yolla, kimin vasitəsilə və necə düzəldiyini də dəqiqləşdirərək, ictimaiyyətə məlumat veriləcəyinə ümid edirik.

Vaqif

AzPolitika.info

 

635x100

Şərhlər

müstəntiq 2018-09-29 18:28:31

İşin gedişi təsdiqləyir ki, Polkovnikdən bu pullar alınıb,yerinə,,, çatdırılıb ki,o da əm verib razılaşdırılan rayona təyin edib.İndi məsələ aşkarlanıb.Arzu Rəhimov adamı işdən çıxarmaqla bu məslənin üstünü örtmək düşünüb,onu sərəncama götürüb .pulu qaytaramaq üçün ara bir az sakitləşəndə həmin şəxsə yeni təyinat verəcək. Amma necə olmalı idi?Qanun işləməli,rüşvt alan və rüşvət verən eyni maddə ilə mühakimə olunmalı idi. Sərəncama götürməyin nə demək olduğu hamıya bəllidir.

Leytenant 2018-09-29 18:28:31

Bu boyda rüşvət cinayəti açılır,heç kimi vecinə deyil.SAnki sıradan bir məsələdir.Amma... Generalın kiminsə vasitəsilə rüşvət alır,əmr verir,təyin edir,conra səsi çıxanda geri əmr verib sərəncama götürür.BU nə demək olduğunu düşünən.qanan,anlayan bu məmləkətin idarəedicilərinin içərisində varmı? Sadə fəhlə də bunun nə demək olduğunu anlayır,bunlar yox? Nİyə bu məsələyə Prezident aparatının "çox bilmişləri" qarışmır? Nazirlər Kabineti niyə susur?

Nizami Q. 2018-09-29 18:28:31

Men size deyim: 180 mini Arzu Rehimovun surucusu Namiq almisdi. Onu da bu ve diger rusvetler ustunde tutdular. amma Namiq cox qorxaq adam idi ve hec kim inanmadi ki o qeder rusveti indi sumqayitda avtobus surucusu isleyen Namiq oz basina alib. Cenab Arzu rehimov ise layiqli kadrlari ise qebul etmekden imtina ederek bele insanlari ise goturur.

İşsiz 2018-09-29 18:28:31

Qudrət bəydən ibrət götürmək lazımdır. Rüşvətin,korupsiyanın əleyinə Hüseyn cəsarətiylə vuruşur.Aylıq maaşını da xalqın yolunda xərcliyir.Başqa Deptatlar ancaq ciblərin doldurur.

Abit 2018-09-29 18:28:31

Nece yanı işden çıxarılıb? Bes korrupsiya faktı var ortada .

Gulnar 2018-09-29 18:28:31

Rushvet alani da iwden azad ediblermi? Yox? Niye? Azerbaycanda her wey ruwvetle hell olunur. Kiwi duz deyib de 180 min verib iwe girib. Vermeyerdimi? Menim kimi iwsizmi qalsin? Ya ruwvet vereceksin. Ya da qohumbazliqla klanbazliqla hansi ki, bu da korrupsiyanin bir novudur. Bawqa yol qoymamisiz axi.

Dr.AGAOGLU 2018-09-29 18:28:31

Indi bu kişi o birilerindən fərqli olaraq olanını deyibsə, heqiqeti deməyənləri saxlayıb bunu cıxarmaq lazimdır? İmkan verin verdiyini və qazancini çıxarsın kişi.Ədalətli olun.

Kardioloq 2018-09-29 18:28:31

Bularin hele Ucardan xeberi yoxdu.....

Alı 2018-09-29 18:28:31

BƏS 180 RÜŞVƏT ALAN NİYƏ ADI ÇƏKİLMİR VƏ SRAZU QANDALLANMIR?

Amon 2018-09-29 18:28:31

Kisi sene lazimiydi bu oturmusdunda isti yerde indi 180 minde verersen canini qurtararsan eger sende can qalacaqsa.sennen balaca olsamda bir meslehet verim sene pulunun miqdarini hecvaxt deme hele mebleg coxdusa hec deme ele eliyecekler qalacaqsan 180 manatin umidine

Islam 2018-09-29 18:28:31

Orda ozleri istedikleri suali qoyur test imtahaninda ancaq hal hazirda orda isleyen mulki iscilerin hec 5 faizi testden kece bilmez,coxuda orta tehsillidi,ali tehsillilr issiz qalibŞərhinizi bura yazın...

hellas 2018-09-29 18:28:31

Rəis yəqin o 180 mini digər yaranala verib. İndi də general eşidib hirslənib. P.S. Eybi yox, general, onun parası çoxdur.... Ağlama can bala qayıdar atan. Bizə də rəhm edər bizi yaradan. (S.Vurğun)

Kələntər 2018-09-29 18:28:31

... Bəs qanunla rüşvət verənlə alan eyni cinayətin iştirakçısı olduğundan polkovnik niyə məsuliyyətə alınmır?Yox əgər rüşvət faktı yoxdursa,polkovnil niyə işdən azad edilir? Ətdirsə pişik hanı,pişikdirsə ət hanı? Amma işin izahı onu təsdiqləyir ki, rüşvət halı var.O zaman qanun harada qaldı?

Adil 2018-09-29 18:28:31

...nun 55 yaşı tamam oldu ve xidmet bitdi

t.ədalət 2018-09-29 18:28:31

Rəsul Quliyevi vəzifəsindən azad etməklə demək istəyirler ki,guya,Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətində rüşvət yoxdur?Bu idarədə "salam verəndə,rüşvət deyildir deyə almırlar".Özlərinin düzüb-qoşduğu test sualları ilə işə düzəlmək istəyənləri çaşdırır,mənasız sual yığını ilə özbaşınalıq edirlər.Ölkədə işsizliyin olduğu bir vaxtda dövləti gözdən salmaq üçün gənclərin işə qəbulunu əngəlləyib maddi- marağa görə istefada olan qoca zabitləri vəzifəyə təyin edirlər.

G.M 2018-09-29 18:28:31

Heç hənanın yeriydi..indi get 185 min də tap ver,qayıt yerinə..yaxud da 190 min ver başqa Rayona dəyiş.

EJDER 2018-09-29 18:28:31

EWWI SIZ BIR ARAWDIRIN KI,BU WEXS NECE INKIWAF EDIB KI,GELIB POLKOVNIK OLUB.,BU AQILLA.VALLAH GULMELIDI.AZERBAYCANIN BAW BILENLERI BU AQILDADI KI,BELE ANALOQSUZ INKIWAF EDIRIK.KITAYSKIY GENERALLARIN WEXSI IWLERINE BAXSAQ ,ONLARIN HEC ...LAYIQ DEYILLER.BIR...KI,BEYDULLAYEV KIMI QENERALI VAR X...INKIWAF EDER

ABDULQADIR- Ali 2018-09-29 18:28:31

Kardesh,diqqetle oxu.Axi o booyda general serencama götürdü.Sakitlik yaranan kimi müavinden zaddan.

Razi Şükürov 2018-09-29 18:28:31

Bu məmləkətdə kələfin ucunu ,çoxdan qəsdən itiriblər və onu axtaran yoxdur.Belə hal isə mafiozlara,monopolistlərə,rüşvətxorlara,oğrulara və nəhayət yüksək vəzifəlilərə sərf etdiyindən bu kələfin ucunu bəlli olsa da ortaya çıxaran tapılmır.Çünki kim axtarıb tapmalıdır bu onların özünə sərf etmir.Qanun yazılır--işləmir,fakt ortaya çıxır və ya çıxarılır- vaz keçirlər.Məsələn Müslümov ,Fazil Məmmədi,Nazim İbrahimov və bunun kimi.Milyardlar yedilər ,nə oldu? Məmləkət soyulub, soyulur və belə getsə soulacaq.

Son yazılar