"DƏRMAN MAFİYASI"NIN ƏSAS SİMASI HAQDA ŞOK MƏLUMATLAR! - "Nazirliyin himayəsi altında olub"

Azərbaycana uzun illər ərzində saxta dərmanlar gətirib satdıran və bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ifşa olunan şəbəkənin əsas fiqurantlarından biri - "Epid Biomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu Səhiyyə Nazirliyinin rəhbərləyinə çox yaxın şəxslərdən biridir. Bunu “AzPolitika.info”ya tibb cameəsinə yaxından bələd olan məlumatlı mənbə bildirib.

Hətta N.Əliyevin səhiyyə naziri Oqtay Şirəliyevlə qohumluq əlaqələrinin olduğu da deyilir. Bir başqa mənbə isə onların qohum deyil, dost olduqlarını iddia edir. İstənilən halda, Namiq Əliyevin qısa müddətdə "Epid Biomed” MMC-ni tibb sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən birinə çevirə bilməsi də məhz Oqtay Şirəliyevin himayəsilə əlaqələndirilir.

Bu iddanı təsdiqləyən, daha doğrusu Səhiyyə Nazirliyi ilə qeyri-qanuni dərman alverilə məşğul olan "Epid Biomed” MMC arasında “isti” münasibətləri üzə çıxaran, şirkətin birbaşa nazirliyin himayəsi nəticəsində hər il 10 milyonlarla manat qazanc əldə etməsini göstərən çoxsaylı faktlar var. “AzPolitika.info”ya təqdim olunan məlumatlardan belə görünür ki, məhz Səhyyə Nazirliyinin himayəsi, N.Əliyevin şirkətinə yaradılan özəl şərait nəticəsində "Epid Biomed” MMC ölkəyə peyvənd idxalının 80 faizini əlində cəmləşdirib, necə deyərlər, peyvənd İNHİSARÇISINA çevrilib. 

Bundan əlavə, Səhiyyə Nazirliyinin tabeliyində olan çoxlu sayda rayon və şəhər xəstəxanalarının bir sıra dərmanlar, tibbi ləvazimatlarla təminatı bəzən tenderlə, bəzən də tendersiz ölkəyə saxta məhsullar gətirən, insanları zəhərləyən "Epid Biomed” MMC-yə həvalə olunub.

N.Əliyevin səhiyyə naziri Oqtay Şirəliyevə nə qədər yaxın biri olduğunu göstərmək üçün saytımıza verilən məlumatlardan biri xüsusilə diqqəti çəkir.

Belə məlum olur ki, "Epid Biomed” MMC-nin təsisçisi Namiq Əliyev naziri “qorumaq” üçün hətta yeri gələndə jurnalistlərə hücum etməkdən də çəkinmir. Söhbət səhiyyə nazirinin mərhum müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verən hadisədən gedir.

Xatırladaq ki, səhhətində problemlər olduğunu deyərək Prezident seçkisində səsvermədə iştirak etməyən Oqtay Şirəliyevin bir neçə gün sonra Abbas Vəlibəyovun dəfn mərasiminə qatılması orada olan jurnalist Famil Fərhadoğlunun diqqətini çəkmişdi. Dəfn mərasimindən şəkillər çəkən jurnalistin mobil telefonu nazirin göstərişi ilə əlindən alınmışdı. Hətta müqavimət göstərən jurnalisti döymüşdülər də... Bütün bunları edən isə, bir başqasi deyil, məhz Namiq Əliyev olub. Bunu hələ o zaman jurnalist Famil Fərhadoğlunun özü mediaya açıqlamasında bildirmişdi.

Onun sözlərindən belə məlum olmuşdu ki, səhiyyə naziri fotolarının çəkilməsindən narahat olaraq, işarə ilə Namiq Əliyevə bunun qarşısını almağı tapşırıb, o isə bir neçə nəfərlə jurnalistə təzyiq göstərərək mobil telefonunu əlindən alıb, özünü də “sözə qulaq asmadığı üçün” döyüb...

Bu fakt Azərbaycana saxta dərman gətirən şəbəkənin baş fiqurantlarından biri olan Namiq Əliyevin səhiyyə naziri ilə nə qədər yaxın olduğunu təsəvvür etməyə imkan verir.

Bəs "Epid Biomed” MMC ətrafında aparılan istintaq nə ilə yekunlaşıb? Hələlik bu barədə dəqiq məlumat yoxdur.  

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Davud 2018-10-03 17:23:12

Boşuna,nəticəsiz yazıdır.Görmürsünüz ki, neçə illərdir Səhiyyə nazirliyindən,nazirin özündən yazırsınız,heç Şirəliyevə gözün üstə qaşın var deyən olur? Möhtərəm Prezident bu yaxınlarda onu iclasda bərk tənqid etdi və yaramazlığını qeyd etdi,nə oldu? Qızının boynunda xaçla fotosunu göstərdiniz,hansı reaksiya? Dərman monopoliyasının yanlışlıqları (dərmanların çoxunun təsirsiz olması,qiymətlərinin isə yüksək təyin edildiyi)aşkar edilir,nə fayda? Bütün bunların nə demək olduğunu anlayan,ölçü götürən varmı,yox

Bahadur 2018-10-03 17:23:12

Belə hallar yalnız nəzarət olmayan və ya bir qrupdan ibarət hökumət olan ölkələrdə olur.

seyidov 2018-10-03 17:23:12

HELE SIZ EY MILLET BASH SUD MED EKSPERT VE BAS GINEKOLOQUN EMELLERINDEN XEBERINIZ VARMI VE YAXUD NAZIRIN KI ANA OLUMLERINE GORE GINEKOLOQDAN YAXSI PUL ALIB ONLARIN XEYRINE REY VERIRLER GENCE SEHER ABBAS SEHET ADINA XESTEXANANIN BAS HEKIMI EHMEDOV NAZIMIN EMELLERINE NE VAXT HUQUQI QIYMET VERILECEK

əli 2018-10-03 17:23:12

Oktayın qızı özünə köməkçi erməni götürüb. Bu nə deməkdir. O qız azəridir ya yox.

Pisi 2018-10-03 17:23:12

......hormetli azpolitika gerek bu haqda yazmazdiz birden sizin sayti da Apa holdinqinin gunune salarlar, ehtiyatli olun.Size lazimdi hami kimi basinizi salin asagi bir tike coreyinizi qazanin. baxin elman nesirova, zahid oruca.elman nesirov zahid orucuda kolgede qoyub zalim oglu qara kraskanida qoyub ag basina hansi kanali acirsan ordadi soze giriside ..... basliyir. salam da vermir efirde ki birden vaxt geder catdirmaz

azad 2018-10-03 17:23:12

əziz millətim bizim ücün erməni rus fars o qədər qorxulu duşmən deyil ən təhlükəli düşmən bizim icimizdəki məmur ordusudur.onlar ruşvətllə icmizə daxil olub bizi kütləvi məhvə dogru aparır.

vetendasha 2018-10-03 17:23:12

Hormetli Vetendash! hech olmasa,bir xestexana gosterin ki,oranin normal, sehiyyeden xeberdar olan bir bash hekimi olsun! Olsa-olsa,belke,1-2 xestexana olar>Bash hekim teyin olunan kimi,tez kadrlar shobesinin mudirini ,xezinedari ishden chixardir,sonrada oturub,fikirleshir,hansi qrafik uzre ve hansi behane ile pul yigim.Vessalam!

T.Ədalətə 2018-10-03 17:23:12

Bilmirsən ki, Şirəliyev kimdir? Bəs onun qohumluq əlaqələrindən xəbərin yoxdur? Elə olmasaydı kim idi onu yada salan,hətta diaqnostika mərkəzinə qoyan?Birgözünü aç.maraqlan ki,belə qohumluq əaqələri qarşısında nazir vəzifəsi nədir ki? Amma gərək Oktay müəllim ...

t.ədalət 2018-10-03 17:23:12

Oqtay Şirəliyev indi də öz kommersiya maraqlarını müharibə əlillərinə verilən dərmanların üzərində qurub.Əlil xəstələrə verilən "TYAQAMMA" pereparatı yerinə qiymətcə on dəfə ucuz olan,özəl firma tərəfindən Ukraynada zirzəmilərdə istehsal olunan gərəksiz məhsulları gətirir.Bu dərmanlar isə əlilin olan-qalan sağlamlığına da ciddi ziyan vurur.erməniləri başa düşürük,düşməndirlər.Bəs,görəsən, O.Şirəliyev kimdir?

Hörmətli oxucu! 2018-10-03 17:23:12

Bismillahir-Rəhmanir-Rəhim Səhiyyə Nazirliyi qeyri-qanuni SAXTA həmkinin qiyməti şişirdilmiş dərman, alverilə məşğul olan fırdaqçı, insanları zəhərləyən xalqına düşmənlik edən şəbəkələrlə iş birliyi xalqa və dövlətə böyük xəyanətdir! Bu fakt Azərbaycana saxta dərman gətirən şəbəkənin baş fiqurantlarından biri olan Namiq Əliyevin səhiyyə nazirinin göstərişi ilə, jurnalisti döyməsi “Qokuluq” etməsi onun necə yaxın olmasını təsəvvür etməyə imkan verirmirmi? Soruşa bilərsiniz ki, bu böyük məmurlar niyə utanmazcasına belə fırıldaq işlər görməyə nə vadar edir? Öz tabeliyində olan işçilərin üzünə necə baxa bilirlər? Bu faktlar Nazirliyinin yüksək vəzifəli şəxsləri qabaqcadan bilərəkdən XALQI aldadarq onun əmlakını mənimsəməkdir.

Azərbaycanlı 2018-10-03 17:23:12

Sanki bir yenilik açılıb.İllərdir bu bəlli olduğundan indi mətbuata çıxatılması diqqət çəkir.Hamıya çoxdan bəlidir həm dərman,həm xəstəxanalar,həkimləriniə qəbulu üzrə alverin başında Səhiyyə nazirliyinin rəhbərliyi bilavasitə iştirakçıdır.Şirəliyevin isə son zamanlar davranışı,qızının boynuna xaç salması onların milliliyini şübhə altına aldığını da unutmaq olmaz.Pasportda dəyişiklik etmək (ad,familiyanı dəyişmək,dil öyrənmək) problem olmadığının sübuta ehtiyacı yoxdur.!993-cü ildə Prezident sərəncamı ilə

Vətəndaş 2018-10-03 17:23:12

Səhiyyə Naziri, Şəki Mərkəzi Xəstəxanasını pis günə qoyan Məcid Əliyevi hansı keyfiyyətinə görə Zakatala rayon Xəstəxanasının Baş həkimi vəzifəsinə təyin edib ? Çox maraqlıdır ....?

aysberq 2018-10-03 17:23:12

Hörmətli müəllif. Azərbaycanda son 15-20 ildə ən yüksək səviyyəli məmur oliqarxlar ən az faizlə guya kənd təsərrüfatının inkişaf etdirilməsi üçün Sahibkarlığa Yardım fondunun xətti və Beynəlxalq Bankdan götürülən (millətə atılan pullar!) kreditlər hesabına girdirmə dərmanlar gətizdirilib millətə sırınmış və sırınmaqdadır. Ona görə də Şirəlinin bu qohumu millətin "soyqırım" məsələsində ən kiçik bir fiqurlardan biridir. Növbəti yazılarınızda daha böyüklərindən yazmağa çalışın.

Son yazılar