HACIYEVİN LONDONDAKI MÜLKÜ MÜSADİRƏ OLUNDU - 28,5 milyon da belə getdi

Oliqarxların Azərbaycandan oğurladığı pulları ingilislər "yeyəcək"

Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanunu ilk dəfə azərbaycanlı keçmiş bankir, hazırda dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevə qarşı tətbiq ediblər.  Virtualaz.org xəbər verir ki, bir neçə ay əvvəl keçmiş sovet respublikalarından olan və iqtisadi cinayətlərə görə həbs edilən keçmiş iri bankirin arvadının Londondakı mülklərinin və digər aktivlərinin çirkli pulların yuyulmasına qarşı mübarizə qanun əsasında müsadirə ediləcəyi haqda Britaniya mətbuatı yazmışdı.

Lakin həmin vaxt həmin bankirin və arvadının adı açıqlanmırdı, bununla belə 

İndi “Banksta” adlı Telegram-kanal məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində əmlakı məhkəmə tərəfindən müsadirə edilən bankir arvadı məhz Zamirə Hacıyevadır. Məhkəmə onun Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Çünki məhkəmə prosesində Zamirənin vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır.

 

Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak obyekti alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, Zamirə Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: Zamirə 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, Hacıyeva əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.

Məlumata görə Hacıyevanın nümunəsində həmin qanunun necə işlədiyini sınaqdan keçirməyi qərara alıblar. Növbəti qurbanlar isə daha məşhur adamlar-hazırda vəzifədə olan yüksək vəzifəlilər və məşhur oliqarxlar ola bilər. Həmin qanundan ehtiyat edərək bəzi rusiyalı oliqarxlar artıq Britaniyadakı aktivlərini satır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə , kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb. Bankın müflis olmaması üçün Azərbaycanın dövlət büdcəsindən milyardlarla manat xərclənib

635x100

Şərhlər

EJDER 2018-10-08 14:10:11

EWWI,ONSUZDA LONDON TEZLIKLE SUYUN ALTINDA QALACAQ.T.C. GEM YEME CANIK.QOY BU QULDURLAR DILXOR OLSUN.MILYARDLAR SUZL ALTINDADI

S.H, 2018-10-08 14:10:11

Beyem oqurlayan tek Cahangirdi??? Cox qeribe soz danisirsiz! Mezlum Xalqdan basqa butun sistem oqrudu. Bes onlari niye tutmursuz? Arvadlarida ele yanlarindadi. Onlarda siz demisken kralica kimi yasayirlar. ... nece de oqru memurlar cengellik qanunlari ile talayır... Adam lap xecalet cekir sizin emellerinizden. Herden bir guzguye baxin. Quldurlar. O ki, qaldi Cahangire, kor kora kor demese baqri catlayar! Ele butun memurlar. heresi o cur Canikdi

G.M 2018-10-08 14:10:11

Tələsməyin.Hələ bilmək olmaz ki,hacıyevanın adına olan bu 28 milyonluq mülkün əsil sahibi kimdir.Və nə səbəbə mülkdən imtina edib.Onu da unutmayaq ki,Azərbaycanda büdcədən oğurlanan pulların əksər hissəsi məhz İngitərəyə qaçırılırdı.

Son yazılar