RÜFƏT ASLANLI FRANSADA HEKTARLARLA TORPAQ ALIB - FOTOLAR

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətə sahib olduğu üzə çıxıb. Virtualaz.org-ın verdiyi məlumata görə, R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb.

Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda olduğu üzümlükləri və müasir çaxır zavodu var.

Fransada istehsal edilən şərabların vahid reyestrində göstərilir ki, Rüfət Aslanlının çaxır zavodu Maison d'Aslanli Bordeaux markası altında Cabernet Sauvignon, Cabernet Franc və Merlot şərabları buraxır. Özü də ekspertlər Rüfət Aslanlının nəfis şərablarını mütləq qızardılmış mal, maral və vəhşi quş əti ilə içməyi məsləhət görürlər.

Maraqlıdır ki, Rüfət Aslanlının şərabları açıq satışda yoxdur. Bu, onların yalnız çox yüksək qiymətə olduğuna dəlalət edir və bu səbəbdən də fərdi sifarişlər əsasında yayılır.

Qeyd edək ki, bir müddət əvvəl R.Aslanlı ölkə rəhbərliyinin qərarı ilə tutduğu yüksək vəzifədən kənarlaşdırılıb. Məlumata görə, hökumət maliyyə bazarlarının və ölkə bank sisteminin sabitliyi üçün məsuliyyət daşıyan Palata başçısının korrupsiya fəaliyyətinə şahidlik edən təkzibedilməz sübutlar əldə edib.

635x100

Şərhlər

Xan Araza 2018-10-20 14:10:47

Ay Xan Araz,Azərbaycanlılar Fransadakı çaxır zavodundan nə xeyir görə bilərlər.Fransada hətta hökumət səviyyəsində böyük erməni lobbisi var. Sənin Pobikin də gedib onların yanına.Müdafiən boşunadır.Fransadakı v çaxır zavodu nə də üzüm bağları Azərbaycana xidmət etməyib və etməyəcək! Amma Azərbaycan puluna qurulub.Bunu bilmirdin?Diqqətli ol!

Kəmaləddin Hacıyev 2018-10-20 14:10:47

Bir şəxs həyətində bir toyuq hiniit damə tikirsə,ondun başının üstünü həmənl polisin,icra hakimiyyətinin aldığı hamıya bəllidir.Bəs necə olur ki, bu adam xaricdə belə işlər yaradır,bundan heç kimin xəbəri olmur? Aslanlıya bu yerlər Fransada havayı və özünun iştirakı olmadan verilib?Bu cəfəngiyyata kimi inandırmaq olar? Bizvəim orqanlar müəyyən bir qrup adamlara qarşı bilərəkdən diqqətsiz olurlar. Fransa boyda ölkədə bizim səfirimiz,konsul,diaspor təşkilatları,Hava yollarında nəzarət,sərhəd nəzarəti yoxmu?

Xan Araz 2018-10-20 14:10:47

Bir AZƏRBAYCANlı kimi Rüfət kimi oğullarımızın olmasına sevinməliyik. Rüfət qazandığı pulu bir çoxları kimi aparıb eyş-işrətə, kefə qoymayıb ki, milyon dollara ayı kəsdirib yeməyib ki, 300 min dollarlaq samovar qaynadmayıb ki..... Nə vaxtsa Rüfətin başladığı işdən xalqımız, dövlətimiz fayda görəcəkdir. İşiniz olmasın, paxıllıq etməyin. Bir millət olaraq Rüfət kimi oğullara Allahdan uğurlar diləyk, yolu açıq olsun.

Veteran 2018-10-20 14:10:47

Məntiq elminin banisi Aristotele Allah rehmet elesin! Məntiqe esaslansaq bu gun agli bawinda olan hec bir insan sonuncu milyonunu saata xeclemez! Demek agli bawinda olan o insanin en azi 500 milyonu olmalidir ki, onun 1 milyonunu saata xerclesin!

oxucu 2018-10-20 14:10:47

Bu Rüfət harda işlədi oranı viran günə qoydu ,Qiymətli kağızlar indi olub qiymətsiz kağızlar,Maliyyə Palatası da xəstəxana palatası olub.

Məlik 2018-10-20 14:10:47

Rüfət Aslanlı kimdir,kimin adamıdır? Yoxsa o həm bu vəzifələrə təyin edilməzdi,həm də bu qədər varlana bilməzdi.Çoxdan vurub kənara atardılar....

vekil 2018-10-20 14:10:47

heyif o pullara!!!hamisi qaldi fransilara onlar da ermenilerle xalausagidirlar beyem o uzum bagini Azeribaycanda salmaq olmazdir ...her sey bizde tersine gedir axi neycun sahibkarlar bu isleri gore bilmirler lakin dovlet memurlari cox rahat istedikleri yerde biznes qururlar soda da o olkeye verib qayidirlar vetene cunku burda sahibkari yandirib mehv edirler memura ise problem olmur bu sovet metodundan el cekmek lazimdir her kes oz isini gorse yerin alar da.

hop-hopnamə 2018-10-20 14:10:47

Bir gün qarğanı tuturlar və qəfəsə salırlar. Qarğa yalvarır ki, mənə nə cəza istəyirsiniz verin, amma məni ayağı bağlı qayadan aşağı atmayın. Ona guya ağır cəza vermək məqsədi ilə ayağı bağlı qayadan aşağı atırlar və o da uçub gedir. P.S. Azərbaycanın da vəzifədən uzaqlaşdırılan məmurları o qarğanın həyatrını yaşayırlar. Yəni xalqdan oğurlayıb yerləşdirdiklərinin yanına gedirlər.

ayzek 2018-10-20 14:10:47

nə əcəb bizim korrupsiyaya qarşı mübarizə aparanlar Maison d"Aslanlını hələ d"Aslaqlamayıblar?

Akif 2018-10-20 14:10:47

Quldurlar ölkəni talayıb özlərinə bizsnes imperiyası qurublar. Heç soruşan da yoxdur bular haradandır.

Obyektiv 2018-10-20 14:10:47

Eshi, bu acgoz "oyunlar" bir Rufetle ile bitseydi ne vardi ki,,,

ayzeke 2018-10-20 14:10:47

Bizim korrupsiyaya qarşı mwbarizə aparanlar iri balıqlardan qorxurlar...Ona görə formal işlərlə məşğuldurlar.Bu 20-25 ildə ölkədə baş verən korrupsiyanın analoqu dünyada yoxdur. Amma hamı görür və bilir.Heç bir iri balıq tutulub?Guya ki, bilmirlər?

Vaqif 2018-10-20 14:10:47

Aəbaycanda biznes də monopoliya olduğundan,və məmurlar bunu bildiklərindən oğurladıqları pullarla xaricdə biznes qururlar.Baxın bu son 15-20 ildə nə qədər xarici investisiyalı şirkətlər işlərini bağladı,ölkədən getdilər.Yalnız bunlardan Azərsun qalıb ki. Abdulbaqi kürd əsilli olduğundan hələ davam edir.Bunun əmması maraqlıdır.

Cabir 2018-10-20 14:10:47

Rüfət Aslanlı əslində nə millətin nümayəndəsidir? Axı 1993-cü ilin mlum frmanından sonra Bakıda qalan ermənilər a.soyadlarını dəyişiblər.Robert-Rüfət.Ramiz,Aşot-Arif,Haykanuş-Həqiqət və sair olub. Yoxsa Aslanlıya bu vəzifələr necə veriib?

Son yazılar