BU DA DÖVLƏT MƏMURUNUN MİLYONLUQ AVTOPARKI - Bankı da varmış + Fotolar 

Maliyyə Bazarlarına Nəzarət Palatasınin keçmiş rəhbəri Rüfət Aslanlı on avtomobildən artıq maşının olduğu şəxsi avtoparka malikdir. Virtualaz.org araşdırıb ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.

Bir neçə gün əvvəl virtualaz.org Rüfət Aslanlının göy sportkar-da işə necə getdiyinin əks olunduğu video yaymışdı. Dəqiqləşdirmişik ki, 2015-ci il-də istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy Porshe Boxter (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus “Tədarük” MMC-nin adına sənədləşdirilib.

Rüfət Aslanlının bahalı maşınlarının olduğu şəxsi avtoparkı (FOTO)

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035).

 Araşdırma zamanı virtualaz.org daha bir maraqlı detalı müəyyən edə bilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb. Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) “Bakı fond birjası” Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili – qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə “təhkim edib”.

Rüfət Aslanlının bahalı maşınlarının olduğu şəxsi avtoparkı (FOTO)

BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik "Ş.İnşaat"-ın adına tərtib olunub.

Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Rüfət Aslanlının bahalı maşınlarının olduğu şəxsi avtoparkı (FOTO)

Bu fakt xüsusi maraq doğurur, çünki açıq mənafe konflikti göz qabağındadır. Məsələ ondadır ki, banka sahib olarkən, Rüfət Aslanlı elə bir struktura başçılıq edirdi ki, onun vəzifəsi maliyyə sahəsində münasibətləri nizama salmaq və həmçinin, banklar üçün bərabər rəqabət şəraiti təmin etmək idi.

635x100

Şərhlər

İliç ,İlyas Əhmədov 2018-10-22 14:24:26

Müstəqillik , müstəqillik deyillər o, budurmu? Acından ,toyuq ogurlayanı, telefon , çörək ogurlayanı tuturlar, türməyə salırlar ! Milyonları oğurlayanlar, tutulmur varını da ğöturub Londona qaçırlar ! Bunun bir yiyəsi yoxdurmu ? Ədaləti bir ortaya qoya? Qarabağ müharibəsi başlasa ,bu ölkəni müdafiə edənlər kimlər olacaq ? Varlı qaçan oğrular,yoxsa ölkədə qalan,bu məzlum kasıblar?

Yetim 2018-10-22 14:24:26

....

millət 2018-10-22 14:24:26

hər millrt necədirsə ona uyğun da idarə olunur

VERGİ ÖDƏYİCİSİ 2018-10-22 14:24:26

BİZİM CANIMIZ ÇIXIR VERGİ ÖDƏMƏKDƏN,SƏN BİR BUNA BAX HEŞ KƏSİ VECİNƏ ALMIR. BU YIĞDIQLARIN SƏNƏ DƏ QİSMƏT OLMASIN.OLMAZ İNŞALLAH.BİZ ÖZÜMÜZƏ BİR PALTO ALASINA BİR İL FİKİRLƏŞİRİK Kİ,HANSINDAN ALAQ Kİ ,UCUZ OLSUNŞ. SİR -SİFƏTİNDƏN JULİKƏ OXŞAYIR.

Vətəndaş 2018-10-22 14:24:26

Belələrini cəzalandırmırsa onda belə çıxır ölkənin talanmasında hüquq-mühafizə orqanları da maraqlıdırlar, əlbirdirlər. Kor-kor,gör-gör...... Yoxsa gədəçələr hansı ki onlara bir keçi də etibar etmək olmaz.......sök dağıt b....

Millət 2018-10-22 14:24:26

Bütün bunla onu sübut etmirmi ki, YAP daraşıb Azərbaycana.Soymaq,oğurlamaq,başqa ölkələrə daşımaqla məşğuldurlar.Hökumət isə müşaiyət edir,bir balaca onlara qarşı haqq-hesaba cığallıq edən kimi işdən çıxarmaqla iş bitir.Cinayətlər cavabsız qalır. Misal: Ziya vəFazil Məmmədovlar,Səlim Müslümov, Eldar Mahmudov, İbrahimovlar, Azenerji və bunlar kimi bir sürü.Qalanları da postlarında soyğuna davam edir.

Oxucu 2018-10-22 14:24:26

Ibrahim Alisov, Elman Rustamov, Samir Sarifov ve o birilerin neleri var? Yaza bilersiniz?

X 2018-10-22 14:24:26

Mutleq goruna aparacaq cezasiz cinatler xerceng kimi yayilir

Veteran 2018-10-22 14:24:26

Bele melum olur ki, Aslanin birce donuz fermasi yoxdur

R-n 2018-10-22 14:24:26

Siz yazib ifsha etmekde olun,hugug muhavize organlari da onun pullarini bolushmekde...Liftciden ne geder yazdiz,ne xeyri....Onu gorumgda davam edirlər,ABS ishe garishsa da.Indi bu cagirir sagir,o cagirir sagir.Budceden ogurlanan pullar geri gayitmag bilmir,elden-ele kecir.Ziya,Fazil,Eldar...

Sadəlövh 2018-10-22 14:24:26

Bəs hökumətin nəzarət orqanları hara baxıb?Beləmi məmləkət qoruyarlar? Ona görə millət zülmdədir.Lovğalanan bunlardır.Allah götürməyəcək!

vekil 2018-10-22 14:24:26

yazdiglariniz dogrudursa onu hebs etmek lazimdir...her sey aydindir onu hetda yoxlamaq bele lazim deyil memur hara o qeder var mulk zavodlar aftomabiller hara.

işsiz kasıb 2018-10-22 14:24:26

bəs deyirdilər bu açqili oğlan çox təmizdir.bunun rəhbərlik etdiyi sahədə rüşvət filan yoxdur.Gör hələ hacıbala abtalıbov , kərəm həsənov, şahmar mövsümov küt toyuq yumurtanı altına yığdığı kimi nələri altlarına yığıblar.onları tərpərtsələr nələr ortaya çıxacaq.

Son yazılar