Menu

İCRA BAŞÇISININ QARDAŞI OĞLUNUN DƏBDƏBƏLİ HƏYATI – "Əvvəl qəssab idi, indi..." + FOTOLAR

22.10.2018, 16:58
İCRA BAŞÇISININ QARDAŞI OĞLUNUN DƏBDƏBƏLİ HƏYATI – "Əvvəl qəssab idi, indi..." + FOTOLAR

Son günlər məmur övladarı və onların yaxın qohumlarının dəbdəbəli həyat tərzi ölkə mediasının gündəmini zəbt edib. Minval.İnfo xəbər verir ki, bu dəfə Göyçay rayon icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkədə xeyli müzakirə səbəbinə çevrilib.

Yayılan məlumatlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu olduğu iddia edilən Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb.

Yayılan fotolarla bağlı şərhdə bildirilib ki,  Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində 2 il ərzində milyonlara sahib olan Səməd Cəbrayılovun Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olduğu vurgulanıb.

Vəzifəsinə görə bu qədər mülkü alacaq maaşı olmayan icra başçısının qardaşı oğlunun  belə böyük sərvəti necə əldə etdiyi ilə hüquq-mühafizə orqanları maraqlanacaqmı?

Qeyd edək ki, bir müddət əvvəl dia.az saytının yaydığı məlumatda Səməd Cəbrayılovun kimliyi haqda məlumat verilmişdi: "Qeyd edək ki, Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılov İcra hakimiyətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. Mehdi Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər Səmədi Göyçayda hamı qəssab kimi tanıyırdı.

Əmisinin icra başçısı təyinatından sonra Səməd Cəbrayılov Göyçay Gənclər Mərkəzinin müdiri sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilir. Orta məktəbi güclə oxuyan Səməd Cəbrayılov latın əlifbası ilə adını belə yaza bilmir. Göyçayılıar Səmədin vəzifəyə təyinatını heyrət və gülüşlə qarşıladılar.

İndi Səmədin başı anacq Təzə Bazarın ərazisini genişləndirmək üçün yaxınlıqdakı yaşıl və qiymətli ağacları kütləci qırdırmaqa qarışıb...".

Şərhlər

İlqar Rusiyalı 2018-10-22 16:58:57

...korrupsioner və oğru nazir, məmur, deputat və nümayəndələrinin özləri kimi harınlamış və qudurmuş məxluqlarının azğınlığı davam edir. Bu da onlardan bir, görək, tanıyaq, lənətləyək və vaxtı gələndə cavab verəcək. Elə bil bu ölkədə nə hüquq mühafizə orqanları və onların rəhbərləri, nə də ki, digər aidiyyatı qurumlar var. C.....

X 2018-10-22 16:58:57

Qazilerimiz dermana pul tapmir haraminiz olsun xalqin halal pulu

mmm 2018-10-22 16:58:57

taladı axirina cıxdı bular bu rayonun. yazıq olub goycay camatı. at oynadıllar rayonda.

cəngərlik sakini 2018-10-22 16:58:57

icrada şöbə müdiri işləyə bilər,amma sifət elə qəssab sifətidi.

buzlaq 2018-10-22 16:58:57

Cavab: Gecəynən araşdıracaqlar! Qoymayacaqlar heç canına yel dəysin!

Vidadi 2018-10-22 16:58:57

Maraqlanasılar ondan geri qalmadığından çox çəətin ki,maraqlanan olsun.

ayzek 2018-10-22 16:58:57

.....vurub cənnətə salıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol