"AĞ ÇÖRƏK YEYİB, QARA ÇÖRƏK YEYƏNLƏRİ DÜŞÜNMÜRSÜZ!" - Abutalıbov DYP rəisinə əsəbiləşdi + VİDEO

Baş nazirin müavini 200 protokolu ləğv etdirdi

Məlum olduğu kimi, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olanda radara düşürlər və nəticədə 40 manat cərimələnirlər. Buna etiraz olaraq şəxsi maşınlarıyla yük daşıyan sürücülər etiraz aksiyası keçiriblər.

Şəxsi maşınlarıyla yük daşıyan sürücülərin cərimələnməsi ilə bağlı narazılıqları Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsən nəzarətə götürüb. H.Abutalıbov sürücülərlə görüşərək, problemin həll edilməsi istiqamətində addımlar atıb. O, sürücülərlə görüşdə aidiyyəti qurum rəhbəri ilə telefon əlaqəsi yaradaraq, cərimələrin dərhal dayandırılmasını tələb edib: “Mən sizə deyirəm, dayandırın yığılan pulları! Dayandırın! Ümumi qərar qəbul edək, ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra pullar yığılsın”.

H.Abutalıbov hətta danışdığı məsul şəxsə cərimələri özünün ödəməyə hazır olduğunu da bildirib: “Nə qədər edir, mən verirəm. Amma camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur, sonra... Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu, ayrı-seçkilikdir. Bunlara oktyabrın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb?!”

Baş nazir müavininin telefon danışığı zamanı qurum rəhbərinə dediyi “ağ çörək yeyib, qara çörək yeyənləri düşünmürsüz” sözləri isə sürücülərin alqışına səbəb olub.

H.Abutalıbovun bu çıxışı sosial şəbəkə istifadəçiləri və digər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Abutalıbov həmçinin bildirib ki, Daxili İşlər naziri Ramil Usubovla bu məsələni müzakirə edəcək və sürücülərə güzəşt alacaq.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi Kamran Əliyev günün pik saatlarında paytaxta daxil olduqları üçün oktyabrın 26-dan bu vaxta qədər cərimələnən sürücülərə tətbiq edilən təxminən 200-ə yaxın protokolun ləğv ediləcəyini açıqlayıb: “Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, bu məsələyə güzəştlər tətbiq ediləcək. Amma bu, son güzəşt olacaq. Çünki yol polisi bu tip qayda pozuntularına qarşı mübarizəni gücləndirir. Bu gündən heç bir sürücüyə güzəşt olunmayacaq. Çünki paytaxtın həm şimal, həm də cənub girişində bir neçə ərazidə yük avtomobillərinin giriş saatını bildirən nişanlar qoyulub. Üstəlik, bu cür qayda pozuntularına texniki vasitələrlə də nəzarət gücləndirilib”.

Qeyd edək ki, H.Abutalıbovun telefonda kimə əsəbləşdiyi açıqlanmasa da, onun Dövlət Yol Polsinin rəhbərliyi ilə danışdığı şübhə doğurmur. Abutalıbovun sərt etirazından sonra BDYPİ-nin Yol Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevin 200 protokolun ləğv ediləcəyini açıqlaması da bunu təsdiqləyir.

Ancaq  H.Abutalıbovun iradlarını Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova, yoxsa Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərova ünvanladığını məyyənləşdirmək bir qədər çətindir. Çünki hər ikisi H.Abutalıbovun “ağ çörək yeyib, qara çörək yeyənləri düşünmürsüz” tərifinə uyğun gəlir...   

Ramiz

AzPolitika.info

635x100

Şərhlər

Cəfər 2018-11-01 18:13:06

Hacıbala mer vəzifəsində işləyəndə bazarlarının yaradılmasında Bakı şəhər İcra Hakimiyyətinin işçilərindən geniş istifadə edib. Vətəndaşlara qarşı zorakılığa bu işçiləri, daha doğrusu dövlət qulluqçularını təhrik edib. Məsələn, ona məxsus Keşlə bazarında alveri canlandırmaq üçün, ona məxsus olmaya Nəsimi bazarının ətrafında bu işçilərdən gecələr postlar qurdurtdurub, meyvə maşınlarını zorla öz bazarına göndərtdirib. Dövlət qulluqçusunu iş vaxtından sonra zorakılıq vasitəsinə çevirib.

AKTYOR, ARTIST, YOXSA AFERİST: 2018-11-01 18:13:06

HACI-KUBİK SÖZÜN ƏSL MƏNASINDA AFERİSTDİR...

Tahir 2018-11-01 18:13:06

2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş iclasda özünü "iyrənc rüşvətxor" adlandırmış bir şəxsin, dövlət orqanını ağ çörək yeməkdə(dolayısı ilə rüşvətdə) ittiham etməsi, dövlətə qarşı çıxış etməkdir. Bu çıxışa siyasi qiymət verilməlidir Bu hadisə ona görə baş verdi ki, 2004-cü ildə bu adam özünün iyrənc rüşvətxor olduğunu etiraf edəndə cinayyət məsuliyyətinə cəlb edilmədi. İndi də Baş nazir, Baş prokuror susur Niyə susursunuz? Niyə Hacıbalanın dövlət əleyhinə çıxışına münasibət bildirmirsiniz?

namik 2018-11-01 18:13:06

Bu məsələ həllini tapdığı üçün məqalə saytdan çıxarılmalıdır! Sürücülərin qara çörəyi olacaq. Onlara günün istənilən vaxtında Bakının istənilən yerinə Hacıbalanın Ziya Bünyatov prospektində yerləşən tikinti materialları bazarından yük daşımağa icazə verildi. Bazarda gecə-gündüz alver gedəcəyindən Hacıbalanın da qara ikrası həmişə olacaq. Vəssalam. Münaqişənin sonu. Göydən üç alma düşdü, biri sürücülərin, biri Hacıbalanın, biri də ...

Sani 2018-11-01 18:13:06

Hacıbala Abutalıbovun hərəkəti, dövlətə, dövlətin əsas dayaqlarından sayılan Daxili İşlər Nazirliyinə, onun əsas idarələrindən biri hesab edilən Dövlət Yol Polisinə qarşı çıxmaq, dövləti və dövlət orqanını nüfuzdan salmaqdır. Onun bu hərəkətinə Baş nazir Novruz Məmmədov, Nazirlər Kabinetinin Etik davranış komissiyası hüquqi qiymət verməlidir. Müharibə şəraitində yaşayan ölkədə Baş nazirin müavinin bu cür hərəkətlərinin qarşısı qətiyyətlə alınmalı, o, intizam və cinayyət məsuliyyətlərinə cəlb edilməlidir!

ayzek 2018-11-01 18:13:06

BU ADAM ORDUBADDA DƏRS DEYƏNDƏ ŞAGİRDLƏRİ İLƏ "AŞIQ-AŞIQ" OYNAYAN HACIBALADIR!

rasim 2018-11-01 18:13:06

Bu, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsindən azad olunandan sonra hakimiyyətə qarşı Hacıbala vulkanının ilk püskürməsidir. Bu cür püskürmələrin sayı getdikcə artacaq və sonda Nərminə İsaqova kartı açılacaq. Hacıbala öz inqilabi hərakatına start verdi. Hakimiyyət Hacıbalanın 1995-ci ildən bəri fəaliyyətini təftiş etdirəcək. Amma bu Hacıbalanın populyarlığını bir az da artıracaq. Hacıbala kütlə ilə oynamağın mahir ustasıdır. Maraqlı oyunlar qabaqdadır.

Sedaqet 2018-11-01 18:13:06

Pahooo!!! Ele bil ki dunen hollowen bayramindan gelib)))) bu hacibala .bu ne artistlik? Bu ne hokmranliq? Guya milleti dushunen bir budu....seni nakazat eliyecekler bu sozlere gore ve o pullar tekrar yigilacaq!!! Baxarsiz !!! Bu bir artistlikdi

Oxucu 2018-11-01 18:13:06

Ehsen! Indı kı xalqı dushunur!

antiAbu 2018-11-01 18:13:06

Bu səhnəcikləri ilə, Lev Nikolayeviç, Yolların Təhlükəsizliyi Komissiyasının sədri kimi, Dövlət Yol Polisinin gözünün odunu alaraq, özünə tabe etdirmək istəyir. Bu, Ramil Usubovla nə müzakirə edə bilər? Ramil müəllim, milli lider Heydər Əliyevə ən sədaqətli kadr, Hacıbala Tolstoy isə vəzifəyə təyin edilənə kimi 1993-1995-ci illərdə işlədiyi Fizika İnstitutunun birinci mərtəbəsində qoyulmuş divanın üstündə oturub, səhərdən-axşama kimi müxtəlif sözlər söyləyəndir.....

antiAbu 2018-11-01 18:13:06

İki şirvana aldıqları göyərtini satıb evinə çörək aparmaq istəyən qadınların göyərtilərini əllərindən aldırtdırıb, onları döydütdürən sən Tolstoy deyildinmi? Beş nəfəri məhkəmədə günahsız adamın üzünə durdurtdurub uşaqlarını yeddi ildir ac-susuz saxlatdıran sən deyilsənmi? Fizika İnstitutunda işləyəndə bir şor yumurtanın yarısını günorta yeyirdin, yarısını axşam evinə gedəndə. İndi milyardların içərisində üzürsən. Sənin qara çörək yeyənlərdən xəbərin yoxdur! Artistliyə son qoy, Lüi De Fyünes!

anar 2018-11-01 18:13:06

heci semimi insandir

ilqar 2018-11-01 18:13:06

dostum salam ag corek ey)))))))))))))))))))))))00

antiAbu 2018-11-01 18:13:06

Hacıbala Tolstoy, Abid Şərifovun yerinə Yolların təhlükəsizliyi Komissiyasına sədr təyin edilib. Ona lazımdır ki, yük maşınları şəhərin küçələrində şütüsün, yollar pis günə düşsün, Lev Nikolayeviç Abutalıbov bu işi öz öhdəsinə götürüb yaxşıca pul qazansın. Mənisəniləcək pullarla müqayisədə 200 protokolun qiyməti nədir ki! Siz elə bilirsiniz ki, bu qara şörək yeyənlər haqqında düşünür? Lüi De Fyünes öz ağ çörəyi və onun üzərinə çəkəcəyi qara ikra haqqında düşünür. Onun hiylələrinə uymayın!

G.M 2018-11-01 18:13:06

İlahı hacıbala necə də humanist,yanımcıl,imanlı birisiymiş))))))))).. Dəlixanadır,tanışım zəng eliyir ki,TV-də baxdın hacıbala xalqı necə müdafiə edirdi..yadıma düşdü ki,yağışlı havada adamın papağını götürüb,soyuqladıb,sonra papağı yalvardıb qaytarasan..o da sənə deyə ki,çox sağ ol...papaımı qaytarmasan lap öləcəydim.Day demir ki,ay filan olmuş soyuq havada papağımı niyə başımdan götürürsən....

Son yazılar