Menu

ABŞ Türkiyəni yenidən sanksiyalarla hədələyir - S-400 məsələsinə görə...

15.11.2018, 09:15
ABŞ Türkiyəni yenidən sanksiyalarla hədələyir - S-400 məsələsinə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket sistemləri (ZRS) almaq cəhdi səbəbilə, yeni sanksiyalara «məruz qoymaq» ehtimalını istisna etmir. Bu barədə «Anadolu» agentliyi xəbər verib.

Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyasının nümayəndələri qeyd edirlər ki, bu sövdə S-400-lərin əhatə dairəsində uçacaq 5-ci nəsil Amerika F-35 qırıcılarını təhdid altına alır.

«Dəqiq deyə bilmərəm ki, Ankaraya yönəlik sanksiyalar tətbiq olunacaq, amma belə ehtimal mövcuddur və ABŞ administrasiyası bu məsələdə optimizm görmür. F-35-lərin uçuşlar həyata keçirəcəyi rayonlarda S-400 ZRS-nin yerləşdirilməsi təhlükədir. Türkiyə suveren dövlətdir və ZRS-i almaq istiqamətində qərar qəbul etmək hüququna malikdir. Ancaq NATO sistemlərinə inteqrasiya nöqteyi-nəzərindən, Rusiya kompleksləri problemlidirlər» - deyə, mənbə qeyd edib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri bu məsələ ətrafında və «Petriot» kompleksləri almaq istiqamətində Türkiyə ilə danışıqları davam etdirilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol