ƏLİ HƏSƏNOVUN DAHA BİR KADRI "VURULDU" - "Qaçqınkom"un sabiq sədrinə qarşı yeni ittihamlar

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib. Belə ki, Komitədən verilən məlumata görə, Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifəsindən azad olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Digər sərəncamla Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.Onu yerinə isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təyin olunub. 

Xatıqladaq ki, Gəray Fərhadov “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun kadrı idi. 2001-2009-cu illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib, 2009-cu ilin martından bu günədək isə komitə sədrinin müavini vəzifəsində işləyirdi.

Bu arada mediada uyayılan məlumata görə, "Qaçqınkom”da aparılan yoxlama nəticəsində müdhiş maxinasiyalar üzə çıxıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Unikal” qəzetinə məlumat verən mənbənin sözlərinə görə, üzə çıxan maxinasiyalar Ə.Həsənovun milyonlarla deyil, daha böyük məbləğdə dövlət vəsaitinin mənimsədiyini sübuta yetirib. Məlumatlı şəxs onu da bildirib ki, həm köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxıb”.

Məlumatda bildrilir ki, məsələ Prezidentin də nəzarətində olduğundan bu günə kimi həyata keçirilən bütün layihələrin detalları araşdırılıb: "Bildiyiniz kimi, Prezident bu məsələ ilə bağlı sonuncu müşavirədə də sərt reaksiyasını verdi. Xüsusən də mənzil tikintisi və paylanması prosesində mövcud neqativliklərə toxundu. Məlum çıxışdan sonra ciddi yoxlama aparılır və nəticə həqiqətən də dəhşətlidir ... Deputat Çingiz Qənizadə də məcburi köçkünlərin işıq, qaz, su ödənişlərinin mərkəzləşmiş qaydada edilməsinin korrupsiyaya yol açdığını bildirmişdi. O, konkret faktlarla çıxış edərək bildirmişdi ki, 2012-2015-ci illər ərzində 100 minlərlə manat dövlət vəsaiti məcburi köçkünlərin kommunal xidmətlərinin ödənməsi adı altında yoxa çıxıb, bu faktlar Hesablama Palatasının hesabatlarında da öz əksini tapmışdı”.

Xatırladaq ki, məcburi köçkünlərin işıq, qaz və sudan istifadəsində güzəştlər, yəni müəyyən limit var. Həmin ödənişləri isə xidmət təşkilatlarına dövlət büdcəsindən ayırmalar hesabına mərkəzləşmiş qaydada "Qaçqınkom” həyata keçirir. Araşdırmalar zamanı isə bəlli olub ki, təkcə 2014-cü ildə "Qaçqınkom”da bu məsələdə 250 min manat civarında yeyinti mövcuddur. Amma bu rəqəm qısa müddəti əhatə edirdi. Yəni, uzun illəri hesablasaq, rəqəmlər həqiqətən çox böyükdür. Yəni, ümumilikdə, bu ilin aprelinə qədər həyata keçirilən layihələrdən də külli miqadarda vəsait mənimsənilib.

 

635x100

Şərhlər

t.ədalət 2018-11-15 11:43:26

Eşitdiyimə görə,deyirlər ki,Əli Həsənov da "samaqon" azarkeşidir.Yeri düşəndə,fürsəti fövtə vermir,yavaş-yavaş vurur.Belə yerdə deyirlər,"oyunun olsun çaxır Abel!"İçki hərisliyində tək deyilsən..

Əjdər-ə 2018-11-15 11:43:26

Əli Həsənovu cəzalandırdılar da! Onu Baş Nazirin müavini və bu günlərdə narkomaniyaya qarşı mübarizə komissiyasına sədr təyin etdilər. Bu da analoqsuz!

366nın dovşanı 2018-11-15 11:43:26

Müəllim və Qoçgün daha düzgün yazıblar.......

Ağa 2018-11-15 11:43:26

Bəs onun Ermənistandakı restoranları?

S.Ənvərqızı 2018-11-15 11:43:26

Dövlət vəsaitlərinin Nazirliklərdə və tabeli strukturlarında , Komitələrdə dağıdılması,kadrların düzgün təyin olunmamasından xəbər verir.Təyin olunan məmur öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmağa çalışmalıdır. Əfsuslar olsun ki,uzun müddət PA-na müraciət edirəm, müraciətlərim baxılmaq üçün Rabitə Nazirliyinə göndərilir, nəzarət mexanizmi olmadığından,ünvanıma qanunsuz,şablon xarakterli məktub göndərməklə özlərində məsuliyyət hissi etmirlər? Nazir dəyişilib,Nazirlik isə dəyişilməyib..

köçkün 2018-11-15 11:43:26

Guya Gəray Fərhadovu Qaçqınkoma müavin təyin edəndə bilmirdilər ki, Əli Həsənovun doğma xalası oğludur. Qohum-əqraba komitəsi idi, Qaçqınkom deyildi. Guya bilmirdilər? İndi çıxarılanda nə olcaq ki? Ölüsünə də dirisinə də bəsdi yığdıqları...

pıs-pısa 2018-11-15 11:43:26

Siz ona heşşş-zad edəməzsiz. Onun zırıltı bacanağı var

Qaçqın 2018-11-15 11:43:26

Buraya evlərin verlməsindən toplanan rüşvət də daxildir?

GIGANT 2018-11-15 11:43:26

Narahat olmayın, onun qudasının kimlərlə işlədiyi bilinir. Heç nə olmayacaq.

YEGANƏ YOLUMUZ: 2018-11-15 11:43:26

ERMƏNİ-XAİES QARAÇI TAYFASI DARMADAĞIN EDİLMƏSİDİR!!!

AZərbaycanlı 2018-11-15 11:43:26

Guya bunu vaxtında bilən yox idi? Hələ bir Baş nazirə müavinlik edir? Olkə necə adamların ixtiyarına verildiyi göz qabağındadır.Bu nə məqsədlə edilib.Azərbaycanı müflis etmək üçün? Xalqın malını ata malı kimi mənimsəyib,sonra da millətə xor baxanlar Azərbaycan qanlı insanlar ola bilməz! Bunlar haradansa uzun illər hazırlaşdırılıb,hökumət tərkibinə soxuşdurublar.Allah bəlalarını verəcək və verir.

EJDER 2018-11-15 11:43:26

mutleq cezalanmalidir...WEREF ORDENI VERIB,BAZ NAZIR TEYIN ETMEK.....

Müəllim 2018-11-15 11:43:26

Bəs sonra? Bu YAP-ın öndə gedənləri milyardları oğurlayıb,mənimsəyib sakit yaşayırlar.Bəs ölkə qanunundan bunlar niyə mühafizə olunur? Bu partiya Azərbaycanı sökmək üçünmü yaradılıb? Bunlar bir deyil,beş deyil.Hamısı milyarları toplayır,azad keyf edirlər.Misal: Ziya,Fazil,Müslüm, İbrahimovlar və digərləri. Belə hakimiyyətin dünyada analoqu yoxdur.

BƏS QAIİLİKLİ OĞLAN: 2018-11-15 11:43:26

4 NEFERİ NECE GALİKNEN PROSPEKTDE BASİB EZERDİ... EGER BU DÜZGÜN İŞLƏSƏYDİ...

Bashirov Qarib 2018-11-15 11:43:26

Yalandır.2milyard 20 ton pul demekdir..Olsa,olsa milyon civarında ola bilər.Agsaqqal adamdır,şərləmək nəyə lazımdır.

G M 2018-11-15 11:43:26

Ə Həsənovu müzakirə etməyə heç bir ehdiyac görmürəm; Bu adamın kimliyi,elədikləri xüsusi cizgilərlə aurasında əks olunub; Qaçqınların çörək pulundan əlavə tikintiyə və s ayrılan vəsaitlər qəddarcasına dağıdılıb; Özü də, əksər hallarda elədiklərini ``Yuxarıların`` ayağına yazardı

GIGANT 2018-11-15 11:43:26

Əşşi, narahat olmayın, ortada Elçin Quliyev var. O da kimlə işəyir, bəllidi.

Son yazılar