“AzPolitika” Ədalət partiyasının sədri, hüquq üzrə elmlər doktoru İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini təqdim edir.
- İlyas müəllim, ötən həftənin ən diqqətçəkən hadisəsi BDU-nun rektoru Abel Məhərrəmovun etdiyi hərəkətlər və vəzifəsindən uzaqlaşdırılması oldu. Siz də həmin ali məktəbin məzunusunuz. Sizin kimi bir çox ziyalılar, görkəmli insanlar BDU-da təhsil alıblar. Azərbaycan və dünya elminə bu qədər töhfələr verən bir ali məktəbə 19 il şərab alverçisinin rəhbərlik etdiyini eşidəndə nə düşündünüz?
- Əvvəla, məni BDU-nun yetişdirdiyi görkəmli məzunlar siyahısına saldığınız üçün təşəkkür edirəm. Doğrudan da bu ali məktəb Azərbaycan elminin formalaşmasında, dünyada tanınan məşhur insanların yetişdirilməsində misilsiz rol oynamışdır. Dünya şöhrətli Yusif Məmmədəliyev, fizika üzrə Nobel mükafatçısı Lev Landau, ensklopedik biliklərə malik olan və böyük şəxsiyyət kimi tanınan Azad Mirzəcanzadə, Ziya Bünyadov, Məmməd Xələfov və s. görkəmli adamların adı ilə anılan bu elm ocağından həmişə xoş sədaların gəlməsini arzulamışam. BDU mənim həyatımda önəmli yer tutan elm mərkəzlərindəndir və tələbəlik illərimi həmişə qürurla yad edirəm. Nə yazıq ki, öz siyasi niyyətləri üçün Azərbaycan xalqının intellektual ziyasını söndürmək istəyən indiki hakimiyyətin ilk zərbə vurduğu yerlərdən biri də BDU oldu. Abel Məhərrəmov kimi bir adamın 19 il həmin universitetin rektoru təyin olunması da məhz bu məqsədə xidmət edib. BDU bütün potensialına baxmayaraq, Abel Məhərrəmovun dövründə özünün qürub çağlarını yaşadı. Təsəvvür edin ki, dünyanın reytinq cədvəllərində BDU yeni yaradılmış Xəzər, Qafqaz kimi ali məktəblərə uduzurdu. Mən hələ dünyanın digər ali məktəblərini demirəm, BDU hətta Azərbaycanda belə, birinciliyi əlində saxlaya bilməyib. Böyük tarixi ənənəsi olan BDU-nun bu hala düşməsində rektorluğun da xidmətləri az deyil. Son zamanlara qədər bu ali məktəbdə rüşvətxorluq baş alıb gedir, hətta bu səbəbə görə bir çox dekanlar həbs olunublar. Nə qədər insana saxta diplom verdikləri rəsmən təsdiqlənib. Abel Məhərrəmovu isə bu hallar qətiyyən narahat etmirdi. O, hətta 2014-cü ildə keçirdiyi mətbuat konfransında bir şəhid qızıyla media nümayəndələrinin qarşısında mübahisə edərkən, universitetdə rüşvət faktını etiraf etmiş, “pul versəydin, kəsilməzdin” demişdi. Abel Məhərrəmov həmin xoşagəlməz hadisələrdən dərhal sonra cəzalandırılmalı idi. Hakimiyyət isə bu adamı ölkənin ən aparıcı universitetinə rektor təyin etməklə kifayətlənmir, hətta Konstitusiyanı kobud şəkildə pozaraq, deputatlıq mandatı ilə mükafatlandırırdı. Abel Məhərrəmovun özünə bu qədər arxayınlığı da bu cəzasızlıq mühitindən doğmuşdu. Özünə o qədər arxayın idi ki, onminlərlə tələbəni ayağa qaldırıb stabilliyi poza biləcəyini düşünürdü. Onun dini bir konfransa 2 ton şərab aparması, şeyxülislamı gecə yuxudan durquzub hüzuruna gətirtməsi də tam özbaşınalıqdır.
Ən əsası isə... BDU dövlət sifarişilə mütəxəssislərin ən çox yetişdirildiyi ali təhsil ocağıdır. Statistik məlumata görə, hər il bu ali məktəbə 5 minə qədər tələbə qəbul olunur. Onun təxminən yarısı dövlət sifarişi əsasında təhsil alır. Bu, respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20 faizinə qədərini təşkil edir. Məhz bu səbəb görə də 600 və daha yüksək bal toplayanların böyük əksəriyyəti bu ali məktəbdə oxumağı seçirlər. Bu cür istedadlı gənclərin taleyinin özünü apara bilməyən rəhbərlərə həvalə edilməsi Azərbaycanın gələcəyinə vurulmuş ən böyük zərbədir. Təəssüf ki, BDU-nun son 19 illik tarixi məhz belə bir anlayışın idarəçiliyi altında olub.
- Sizin deputat olarkən ən çox qarşı çıxdığınız adamlardan biri də elə Abel Məhərrəmov olmuşdu...
- Qətiyyən. Mən həyatım boyu hansısa şəxsləri yox, qanun pozuntularını hədəfə almışam. Abel Məhərrəmov da digər rektorlar kimi, qanunsuz deputat seçilənlərdən biri idi. Hakimiyyət o zaman mənim qaldırdığım məsələ ilə razılaşmasa da, sonradan iradlarımın bəzi məqamlarını nəzərə almağa məcbur oldu və rektorların deputat seçilməsinə son qoydu. Amma qanunsuz seçilənlər təkcə rektorlar deyildi. Onlar kimi, dövlət komitələrinin, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri də, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslər də qanuna zidd olaraq deputat mandatı almışdılar. Bu adamlar indi də həmin mandatlarını daşıyırlar. Faktiki olaraq, Azərbaycan qanunvericiliyi bu qanunları çıxaran Milli Məclis tərəfindən pozulur. Bu isə adi bir qanun pozuntusu yox, həm də öz təyinatına qarşı çıxmaq, qəbul etdikləri hüquqi sənədlərə hörmətsizlikdir. Hüquqi nihilizm də məhz burdan - qanun qəbul edənlərin qanuna əməl etməməsindən başlayır. Sən özün öz qəbul etdiyin qanunu pozsan, başqası ona necə əməl edər?
- Maraqlıdır, Konstitusiya Məhkəməsi niyə həmin qeyri-qanuni mandat əldə edən deputatların fəaliyyətilə bağlı hər hansı qərar vermir? Axı deputatların qeyri-qanuniliyi onların çıxartdığı qanunların legitimliyinə kölgə salır. Belə çıxır ki, biz hüquqi legitimliyi olmayan qanunlarla idarə olunuruq...
- Bəli, təəssüf ki, elədir. Mən deputat olduğum zaman bu qanunsuz halların qarşısının alınması üçün dəfələrlə müxtəlif dövlət orqanları qarşısında məsələ qaldırmışam. İlk öncə Prezident Aparatına bu barədə rəsmi məktub ünvanlamışdım. Məktuba xeyli müddət cavab verilmədi. Nəhayət, bildirildi ki, bu məsələyə baxmaq onların səlahiyyətləri çərçivəsində deyil və MSK-ya müraciət edilməlidir. Növbəti iki məktubu MSK-ya göndərdim. Məktubda göstərilirdi ki, bəzi deputatlar iki və daha artıq vəzifə tuturlar. Həmin şəxslərin Milli Məclisin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə daban-dabana ziddir. Məsələn, dövlət ali təhsil müəssisəsinin rektoru prezident tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir. Rektor əvəzçiliklə təyin oluna bilməz. Ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz. Bu dözülməz hallar aradan qaldırılmalı, həmin şəxslər qanunun tələb etdiyi kimi ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmalıdırlar. Belə kobud qanun pozuntularına rəvac verən və ona göz yuman məmurlar isə cəzalandırılmalıdırlar. O zaman mənim dəfələrlə MSK-ya ünvanladığım bu qanuni təkliflərə cavab verilmədi. Məcbur qalıb Konstitusiya Məhkəməsinə müraciət etdim. Ordan da cavab ala bilmədim. 2013-cü ildə qaldırdığım bu məsələdən sonra növbəti parlament seçkilərində rektorların deputat seçilməsinin qarşısı alındı. Amma açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslərdən bəziləri hələ də deputatdır. Hesab edirəm ki, onlara mandat verdiyinə görə MSK-nın bütün üzvləri məsuliyyətə cəlb olunmalıdırlar.
- İlyas müəllim, yeri gəlmişkən, bizdə bir çox qanunlar, hüquqi aktlar Rusiyadan birbaşa tərcümə edilərək, qəbul olunur. Bəzi hallarda hətta müvafiq dövlət qurumlarının rəhbər şəxsləri də eynilə Rusiyadakı həmkarlarını təqlid edir, onlar hansı addımı atırlarsa, bizimkilər də eynilə təkrarlayırlar. Bu yaxınlarda Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkin cəsarətli bəyanat verdi. Bildirdi ki, ölkədə hakimiyyət bölgüsü icra hakimiyyətinin xeyrinə əhəmiyyətli dərəcədə “əyilib”. Bu da uzunmüddətli sabitlik üçün zəruri olan dövlətin çəkindirmə və qarşısını alma sisteminin pozulmasına gətirib çıxarıb. Niyə eyni cəsarəti bizim Konstitusiya Məhkəməsi göstərmir? Yoxsa bizdə eyni problem mövcud deyil?
- Valeriy Zorkinin bu təşəbbüsü və cəsarəti alqışlanmalıdır. Siseronun təbirilə desək, onun vicdanı şəxsi qabiliyyətindən qat-qat üstündür. O, vaxtilə Boris Yeltsinin də bir çox fərmanlarının konstitusiyaya zidd olduğunu göstərmişdi. Bu cəsarətinə görə də Yeltsin onu vəzifədən azad etmişdi. Rusiya məhz bu cür cəsarətli hüquq adamlarının sayəsində demokratik dövlət ənənələri sahəsində bizi xeyli üstələyir. Azərbaycana gəlincə, mən bizdəki vəziyyəti qədim Romadakı quldarlıq monarxiyası ilə müqayisə edirəm. Bilindiyi kimi, e.ə 27-ci ildən eramızın 194-cü ilinə qədər Qədim Romada prinsipat deyilən idarəçilik sistemi mövcud olub. Bu idarəçilik formasında respublika quruluşunun bütün institutları formal olaraq qalırdı. Ancaq hakimiyyət faktiki olaraq bir nəfərə - prinsepsə, yəni senatorlar siyahısında birinci yeri tutan şəxsə məxsus idi. Prinseps həm məhkəmənin, həm qanunvericilik orqanın, həm də icraedici orqanın əvəzinə qərar verirdi. Təəssüf ki, Azərbaycanda da buna bənzər vəziyyət hökm sürür.
- Amma gəlin razılaşaq ki, Milli Məclis deputatlarının da elə bir ciddi səlahiyyətləri qalmayıb. De-yure olaraq da bu qanunverici orqan parlament olmaqdan çıxıb. Son referendumla dəyişdirilən Konstitusiyaya əsasən, hansısa bir komitənin deputatların səlahiyyətlərinə son qoymaq səlahiyyəti var. Belə bir mənasız parlamentdə kimin deputat kimi əyləşməsinin nə fərqi var?
- Sözsüz ki, parlamentin bu vəziyyətə salınması hakimiyyət bölgüsü prinsipinə ziddir. Bu prinsipə görə hakimiyyətin 3 qanadı var: qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə. Hakimiyyətin bu qanadları bir-birindən müstəqil şəkildə və bir-birinə nəzarət edəcək səlahiyyətdə fəaliyyət göstərməlidirlər. Amma deputatı mandatından məhrum etmək səlahiyyətinin MM-nin İntizam Komissiyasına verilməsinin nə hüquq fəlsəfəsində, nə də məntiqdə yeri var. Bu səlahiyyət yalnız seçiciyə aid olmalıdır.
Üstəlik, indiki qanunvericiliyə görə, deputat tamamilə mənasız bir səbəbdən mandatdan məhrum edilə bilər. Məsələn, etik normaları pozduğuna görə. 2016-cı ildə bu məsələ ictimai müzakirəyə çıxarılanda mən referenduma təqdim olunan müddəalarla bağlı öz mülahizələrimi yazıb media orqanlarında ictimailəşdirmişdim. Həmin məqalədə yazmışdım ki, referendum aktında nəzərdə tutulan dəyişikliklərdən biri də Konstitusiyanın 89-cu maddəsinə edilən təklifdir. Təklifə görə, deputatlar onlar üçün müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda öz mandatlarından məhrum oluna bilərlər.
Əvvəla, etik davranış qaydaları qiymət verilən anlayışdır, onların yerinə yetirilməsi isə ictimai fikrin gücü ilə təmin edilir. Hüquq normalarının həyata keçirilməsi etik normalarda olduğu kimi, bu normaları pozan şəxslər barəsində yaradılmış mənfi fikirlə deyil, dövlət məcburiyyəti ilə təmin edilir. Dövlətin məcburi tədbirləri etik normaların təmin edilməsində heç bir rol oyanaya bilməz, oynamamalıdır.
Üstəlik, “kobud şəkildə pozmaq” müddəası da qiymət verilən anlayışdır, onu nə qədər geniş izah etsək də, etik normaların pozulması dövlətin məcburi tədbirlərinə səbəb olmamalıdır. Bu təklifin qəbul edilməsi deputatların passivliyinə gətirib çıxara bilər. Sədrlə Zahid Oruc arasında baş verən mübahisədə olduğu kimi, parlament rəhbərilə dialoqa “cəsarət” edən hər bir deputatın hərəkəti etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilə və beləliklə, deputat mandatdan məhrum oluna bilər. Odur ki, bu təklifin qəbul edilməsinə heç bir vəchlə yol verilməməli idi. Bu təklif deputatları asılı vəziyyətdə, təzyiq altında saxlamaq üçündür.
Konstitusiya dəyişikliyində Milli Məclisin səlahiyyətlərini məhdudlaşdıran digər müddəalar da var idi. Mən yenidən bunları sadalamaq istəmirəm. Bircə onu nəzərinizə çatdırmaq istəyirəm ki, 2016-cı ildə keçirilən referendumla Milli Məclisin səlahiyyətləri tamamilə əlindən alındı və o, icra hakimiyyətinin iradəsindən tam asılı vəziyyətə gətirildi. İndi də Milli Məclis digər qanunları da bu dəyişikliklərə uzlaşdırmağa səy göstərir, amma nə qədər çalışırsa, işin içindən çıxa bilmir. Məncə, Azərbaycan hakimiyyəti ölkədəki ictimai-siyasi vəziyyəti normallaşdırmaq üçün parlamentin səlahiyyətlərini məhdudlaşdırmağa deyil, onun həqiqi simasını və nüfuzunu özünə qaytarmağa çalışmalıdır.
- Son zamanlar növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə proqnozlar verilir. Növbəti seçkilərdə iştirak edəcəksinizmi?
- Bu yaxınlarda mətbuat orqanlarında mən də bənzər iddialarla tanış oldum. Bir çox siyasilər, o cümlədən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də bu ehtimaldan danışırdı. Mənim Əli Əliyevə böyük hörmətim var və onun savadlı bir siyasətçi olduğuna inanıram. Doğrusu, bu fikirlərin onun dilindən səslənməsinə təəccübləndim. Axı, seçki seçilmir ki, orda iştirak edəsən. Hakimiyyət istədiyi adamı istədiyi yerdən deputat təyin edir. Seçki komissiyaları həmin adamın lehinə protokolları tərtib etməklə məşğul olurlar. Vətəndaşların seçkiyə gedib-getməməsi heç kimi maraqlandırmır. Bu metodla müəyyənləşdirilən qurum qətiyyən parlament sayıla bilməz.
Üstəlik, səlahiyyətləri tamamən əlindən alınmış parlamentdə təmsilçiliklə nəyə nail olmaq mümkündür? Hesab edirəm ki, parlamentin əvvəlki səlahiyyətləri özünə qaytarılmayana qədər bu seçkilərdə iştirak etməyin heç bir mənası yoxdur. Normal seçki keçirilsə, iştirak edərdim.
- Siz seçki mühitini yaxşılaşdırmaq üçün hakimiyyətə nə tövsiyə edərdiniz?
- Hakimiyyətə nəyisə tövsiyə etməyin də bir mənası qalmayıb. Hesab edirəm ki, Azərbaycanda demokratik və ədalətli seçki keçirməyin bir yolu var: Suriyadakı kimi, seçkilərin BMT tərəfindən keçirilməsi.
Heydər Oğuz

Şərhlər
Qanunlarımıza hörmət ediriksə tez-tez məmurların iş yerləri dəyişilməlidir? 20-il bir məmur bir vəzifədə işləyirsə,deməli məmur həmin sahəni tam özəlləşdiribdir ? Uzun müddət bir vəzifədə işləyən məmurların iş fəaliyyətləri PA və DTX-i nəzarətə götürməli və aidiyyatı üzrə məlumat verməlidirlər...
Hal-hazırda Nazirliklərdə, İcra Hakimiyyətlərində bir vəzifədə 20-il işləyən məmurlar kök salıblar.Ona görədə vətəndaşların şikayətlərinə baxılmır,başdansovdu cavab verərək,vətəndaşı dövlətdən narazı salırlar ?
İlyas müəllim,Azərbaycanı bu günə salan hakimiyyəti zəbt etmiş .....onlar hərəsi nə bacarırsa.necə soya bilirsə onu edir.Onlar nəzarətdən kənarda saxlanılır.Yoxsa hamıya bəlli ola Abel fırıldaqlarına indiyə kimi niyə qiymət verilmirdi. 19 il bir şəxsi bir vəzifədə saxlamaq nə deməkdir?Bunun kimi bir sır nazir, Komitəsədrləri. Məsələn,K.Həsənov.Hüseynova və s.
Hörmətli İlyas müəllim deyirlər onun bir milyard civarında pulu əmlakı var.Hökumətimiz dövlətdən insanlardan rüşvət öğurluq yolu ilə yığılmış bu pulu əmlakları yəqin alar ondan.
Hörmətli İlyas mualimin yAp-n yekə "akademik"məmurlərından" biri A.Məhərrəmov haqda dediklərinə(hərçəndi belələri İlyas mualim kimi, hər mənada kübar bir alimin heç iradina da layiq deyil) tam şərikəm.Tragi-komik hal odur ki,iri ranqlı bürokrat və siyasi məmurların topdan belə olması vəzifədən kənarlaşdırıldıqdan sonra rəsmi etiraf edilir, xronikləşib,xalq da həzm edir.
hörmətli İLYAS müəllim sizə halal olsun ,ki, öz sözunuzu kişi kimi deyirsiniz . Allah sizi qorusun.
Abelin Hesablama Palatasındakı qardaşı Azərbaycsn bütün dövlət idarələrindəki yeyintilərə və oğurluqlara dair mükəmməl biliklərə malikdir. O, uzun illər bu bilgilərdən komtamat olaraq hırkəsin əleyinə istifadə etmiş, susdurmuşdur. Bu adam həbs edilməlidir.
Gözləmə mövqeundən edilən çıxışlar yalnız mən də varam demək üçün edildiyinin sübuta ehtiyacı yoxdur.Ancaq belə çıxışlar ylnız nəticəsiz diskussiya yaradar.Vaxtında və yerində deyilməyən söz,arxadan atılan daşa bənzəyir.Çoxlu sayda belə daşların isə iməmurlara təsir etmədiyinin hamı dəfələrlə şahidi olub...
Bizim esas belamız ordadır ki,Merkezi Seçki Kamisyasının sedri ixtisasca hüquqşünas deyil , o BDU-da fizikadan labaratoriya müellimi olub.Qanunları bilmeyen birisi 20-ildir MSK-nın sedridir.Ona görede parlamentimiz ve deputatlarımız bu gündedir. İlyas müellimin o fikri ile razıyam ki, MSK-nın sedri,müavini ve bütün üzvüleri baresinde cinayet işi açılmalı ve onlar haqqında ceza tedbiri görülmelidir.Eyni zamanada MSK- 10-ilden bir terkib deyişdirilmelidir .
Ilyas m. serişteli ve savadli huquqşunasdir. Ancaq her hanssi hadise ve prosseslere tekce sirf huququ mustevide yanaşmaq da dogru olmazdi. Heyati gedişlerde menevi-psixoloji amiller de boyuk ehemiyyet kesb eleyir.. Beli, xanim çox duz vurgulayir. Her hansi bir qurumdan yuxari dairelere şikayet gedende, onu hemin qurumun ustune gonderirler.. Sozsuz ki, onlar da oz neqativliklerini malalamaq uçun (99%) eks behaneler edecekler.. Umumiyyetle, son iLLerde mektub ve muracietler sisteminde çox "quru" bir veziyyet emele gelib.. Mehz, buna gore de problemler demek olar ki, hell edilmir!
ardə-məhz prokurorluğa müraciət edirdilər.Hesab edirəm ki,bizdə də vətəndaş şikayətlərinə baxılması qaydaları haqqında daha cidi qanun və yaxud qanun qüvvəli akt qəbul edilməlidir.İlyas müəllimə hər zaman olduğu kimi dəyərli yazısına görə təşəkkür edirəm.
"Vətəndaşların ərizə şikayət və təkliflərinə baxılması qaydası haqqında"SSRİ Ali Soveti rəyasət heyətinin 12 aprel 1968-ci il tarixli fərmanın tələbinə görə vətəndaşın şikayətinə vaxtında və obyektiv baxıb cavab verməmək məmur üçün ağır nəticələrə səbəb olurdu.Bəziləri cəzalandırılır,vəzifədən çıxarılır və hətta cinayət təqibinə məruz qalırdı.İlyas müəllimin Respublika prokuroru olduğu zaman ən ciddi tələbi vətəndaşların şikayətlərinə vaxtında və obyektiv baxılması olmuşdur.Ona görədə insanlar bütün sahələr
Vətəndaşların şikayətlərinə baxılmaması sosial narazılığa və məmur özbaşnalığına gətirib çıxarır.Əgər vətəndaşların şikayətləri vaxtında obyektif araşdırılsa,neqatif halların qarşısı alına bilər.Uzun müddətdir ki, Rabitə Nazirliyindən PA-na müraciət edirəm,müraciətlərim baxılmaq üçün Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi olmadığından,araşdırılmadan,qanunsuz,başdansovdu və təhrif olunmuş cavab məktubu göndərməklə məni təhqir edirlər? Hər dəfə eyni məzmunlu qanunsuz cavab mək.gön
Azərbaycanımızın dəyərli ziyalılarından biri olan İlyas müəllimə möhkəm cansağlığı arzulayıram.
Azərbaycanımızın inkişafını istəyiriksə,birinci növbədə dövlət orqanları tərəfindən vətəndaşların şikayətlərinə obyektif baxılmalıdır,yoxsa başdansovdu,təhrif olunmuş cavab verilməməlidir? Əgər vətəndaşın şikayətlərinə hər dəfə eyni məzmunlu təhrif olunmuş cavab verilirsə,həmin məktublar PA-ı tərəfindən nəzarətə götürülməli,araşdırılmalı və qanunu pozanlara qarşı ciddi tədbirlər görülməlidir. Vətəndaşların
Ardı
Ilyas mmüəllim, Azərbaycanda qurulması vacib olan ƏDALƏTLİ idarəciliyin,onun yaradacağı ƏDALƏTLİ cəmiyyətin banisidir.Zaman gələcək onun idealoji banisi olduğu bu sistem mütləq qurulacaq.
Böyük simpatiyam olan gözəl insan, hər şeyi olduğu kimi deyirsiniz.Çox əfsuslar olsun ki,nə qədər ki,Milli Məclisdə oturanlar demokratik yolla seçilməyiblər,təyin ediblər Azərbaycanda həqiqətin ağzına daş basacaqlar.Doğru və düzgün
cavablarınıza görə sizə təşəkkür edirəm.Guya A.Məhərrəmovun kimliyini indiyə kimi heç kəs bilmirmiş.Gülməlidir.Rüşvət,
korrubsiya olan ölkələrdə qanunlar işləmir.
Hörmətli İlyas müəllim, fikrimcə Sizin kimi ziyalılarımızın və sözün həqiqi mənasında ağsaqqalarımızın (nədənsə axır vaxtlar ağsaqqal sözünü çox ucuzlaşdırıblar) xalqın fikinin formalaşmasında böyük əhəmiyyəti var. ALLAH Sizi qorusun və can sağlığı versin.
Nəinki millət vəkilləri eyni zamanda bütün vəzifələr seçkili olmalıdır.
Hörmətli İlyas müəllimin qeyd etdiyi kimi Azərbaycanın ilk təhsil ocağına Abel kimi rüşvətxor və yerlipərəst adamın rəhbərlik etməsi özü bir rəzalətdir.
BMT-nı əsasəndə ingilis rus və çin idarə edir bu ölkələrində müsalman ölkələrində azad seçki keçirilməsinə qətiyən inanmıram amma yaltaqlıqdan uzaq İ.Əliyev islahatlar aparır nəticəsi tədricən bilinir yaxşı olarki vətənsevərlər (vətənşüvənlər yoxa)İ.Əliyevə dəstək verib həm ölkədə gedən prasesləri sürətləndirsinlər həmdə azad seçkiləri təşkil edilməsində yardım olsunlar yoxsa kimlərinsə bizə yazığı gəlməz sözdə deyərlər əməldə etməzlər necəki bun 25-27-ildir görürük.
İlyas müəllim etik norma və etik davranış QAYDALARInı qarışdırıb.
ölkədə yerlibazlıq qohumbazlıq aradan göturulsə və savdlı kadrlar mənəviyyəti təmiz adamlar vəzifə başında olsa hər şey duzələr.İlyas müəllim sizə can sağlığı arzulayıram.
Hörmətli İlyas müəllim, dünya miqyaslı alim, xalqımızın qeyrətli oğlu olan Azad Mirzəcanzadə Bakı Dövlət Universitetini bitirməyib. Alim 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyasl) təhsil alıb.
Hörmətli AZpolitka adətən həmişə öz dəsti xəttilə seçilən saxta millətçiliklə regionçuluqla tayfabazlığla məhşur olan rəy yazanların səsi səmiri gəlmir adətən saxta rəy yaradıb FB-da sonradan onun əsasında saitlərdə paylaşanlar haqqındada hökmən geci-tezi ölçü götürüləcək onlar buna tam arxayın olsunlar.
Abel müəllim nə pis iş görüb ki,2 ton çaxırı pul qazanmaq üçün deyil, tolerant olmağımızı göstərmək üçün Şeyxin uçduğu təyyarə ilə İspaniyaya aparıb.O,həmçinin sübut edib ki,əsl materialistdir.Əhsən belə vətən oğluna!
Allah sizi qorusun İlyas müəllim. Nə yaxşı ki sizin kimi şəxsiyyətlərimiz var, az olsanız da.
Mən istərdim ki,BMT belə bir qərar qəbul etsin.BMT üzvü ölədə bir nəfər iki dəfədən artıq prezident seçilə biməz.Əgər hər hansı bir şəxs iki dəfə prezidety seçilibsə növbəti prezident seçkilərində onun yaxın ətrafının namizəd olmsıda BMT tərəfindən qadağan edilməlidir.Hansı ölkə buna əməl etməsə Bmt üzvülüyündən məhrum edilməli və ona qarşı BMT tərəfindən sanksiyalar tətbiq edilsin.
İlyas müəllim,Abel 19 ildir BDU-nu hamının gözü önündə sökür, ölkdə qohum qardaşının istədiyi vəzifəyə təyin etdirib və bunu illərdir edib.Bəs bizim hüquq-mühafizə,təhlükəsizlik orqanları,Preazident aparatı,Nazirlər Kabinəsinin əsul adamları biilməyib?Bilməyiblərsə niyə bilməyblər, biliblərsə niyə yol verilib? Bax əsl araşdırılmalı olan bu məsələdir.Ölkədə bəzilərinə özbaşınalıq və istəklərinə nail olma mümkünlüyü verildiyi göz önündədir.Bax bu məsələ daha önəmlidir.
qaradaqda sənin və oqlunun yolunu 13- zonda ğözləyirlər ğəl.saqlıqınıza qismət