Menu

Əfqanıstanda partlayış nəticəsində 3 amerikalı hərbçi ölüb

27.11.2018, 19:07
Əfqanıstanda partlayış nəticəsində 3 amerikalı hərbçi ölüb

Əfqanıstanın Ğəzni şəhəri yaxınlığında kustar üsulla hazırlanmış partladıcı qurğunun işə salınması nəticəsində 3 amerikalı hərbçi ölüb, üçü isə yaralanıb.

“Report” NATO-nun “Qətiyyətli dəstək” missiyasının saytına istinadən xəbər verir ki, partlayış nəticəsində həmçinin ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərindən birinin əməkdaşı yaralanıb.

Xəsarət alanlar tibb müəssisəsinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol