HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? - Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

Vəkil Adil İsmayılov Azərbaycan Beynəlxalq Bankının (ABB) 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı şəkil paylaşıb. Həmin şəkildə ABB-nin borcları haqda müfəssəl məlumat yer alıb. Məlum olur ki, təkcə Cargill şirkətinə 715 milyon dollar borcu var.

Yada salaq ki, Cahangir Hacıyev həbsinin ilk günlərindən məhkəmədən bir neçə şəxslə üzləşdirmə aparılmasını tələb edib. O şəxslərdən biri maliyyə naziri Samir Şərifov idi.

2015-ci ildə o, istintaqa vəsatətlə müraciət edib ki, Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edirdi. Cahangir Hacıyevin mövqeyi belə idi ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri də bu işlərdə məsuliyyət daşıyır. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır.

Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini sübut edə bilsin.

Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olubsa, bu, Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalı idi. Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses - kreditlərin verilməsi - illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar. Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər?

Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür. Dövlət Beynəlxalq Bankdakı 51 faizlik payını Samir Şərifova (Maliyyə Nazirliyinə.red.) həvalə etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?

Cahangir Hacıyevin maliyyə naziri ilə üzləşdirmə tələb etməsi, dövlətin maraqlarının təmin olunması baxımından da tam uyğun və əsaslıdır(musavat.com).

635x100

Şərhlər

AAgahuseyn 2018-12-08 00:38:09

Mən banğdan Sahikarlara köməklik məqsədi ilə 200 min AZN kiridit almaq istəyirdim bunun ücün Sahibkarlara köməklim milli fondundan müracət və lahiəni təqdim etdim.Bəyənildi və mənə məktub verildi ki onlaeın hesabından ğüzəştli şərtlərlə kiredit alım.Baxmayaraq ki,əvvəldən banğın rəhbərliyi məktub ğətir pul buraxaq cünkü pul İKDİSADİ İNKİŞAF NAZİRLİYİNİN xətti iylə verilir.Nəticədə mənə pul ayırıadılar.Cünkü mən onlara hanbal olmaq istəmədim.Buda bu sonu...qalanları da türmədə cürüyəcək İNİŞALLAH.....

əlibaba 2018-12-08 00:38:09

.... bang..

Pisi 2018-12-08 00:38:09

Cahangir ona gore od tutub yanir ki axi men bu pullarin yarisini samir serifova vermisem o niye coldedi agzini acib samiri baqaja qoymaq isteyirdiki zamire haciyevanin sohbetini atdilar ortaya ki bax arvadinida tutub basariq iceri ona gorede o da susdu.cahangirin arvadini heckim tutmuyacaq bunnan arxayin ola bilersiz cunki artiq cahangir razilasib arvadimla isiniz olmasin susuram

Məmməd 2018-12-08 00:38:09

Cahangir məsələsi pul məsələsi deyil - dövlət pulunu yemək məmurlar arasında bir yarışdır. Buna görə iri ranqlı məmurlar təqib olunmur. Ziya, Fazil, Eldar, keçmiş rabitə naziri və başqaları buna sübutdur. Burada nə isə başqa iş var !?

Hörmətli oxuculara! 2018-12-08 00:38:09

Bismillahir-Rəhmanir-Rəhim.Vallah bu barədə xoşagəlməz xəbərlərin ardı-arası kəsilmir. Əfsuslar olsun ki, Elman Rüstəmov və Samir Şərifovlar cəzasız qalacaqlarına tam əmindirlər. Normal cəmiyyətlərdə belə bir bəyanatlər bomba kimi partlayar!Hörmətli Samir Şərifov və Elman Rüstəmov öz keflərindədilər! ... Onların ikisi birləşərək anoloqu olmayan bu korrupsiyanı Cahangir Hacıyevin üstünə atdılar....Sözsüz Cahangir Hacıyevin böyük günahı var. Bunun başqa adı yoxdur. Belə allahsızlıq olmaz. Dünyada anoloqu olmayan bir korrupsiyadır. Heç kim tədbir görmək istəmir ki,ədələt bərpa olunsun! Vallah bu məsələ bütün sərhədləri aşıb. Dövlətin milyardlarının batmasında Samir Şərifovun və Elman Rüstəmov rolu tezliklə müəyyən olunmalı deyilmi? Xalqımızı səfalət və ümidsizlik cəhənnəminə itələyən bunlardır!Bu baş məmurların qüsurlu idarəçilik əxlaqı, savadsız və bacarıqsız işləri və əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən heç də fərqlənmir. Bu məmurların mətbuatdakı “özəl sözlər” pis əməlləri ört-basdır etmək üçündür” Allah rəhmər eləsin M.Ə. Sabirə. Əcnəbi göydə balonlarla üzür, Biz hələ avtomobil minməyirik.

EJDER 2018-12-08 00:38:09

REAL, ANALOQU OLMAYAN AZERBAYCAN BUDUR...CESASIZLIQ,HANSI NAZIR NE ISTEYIRSE EDIR VE EDECEK...AXIRDA ELMI IWLE MEWQUL OLACAQ,MILYARDI NECE OQURLAMALI VEMILLETI SOKMELI...BES DEYIRDIN KI,BANK XEYRIYE CEMIYETI DEYIL.PROBLEMLI KREDITI MILLETE SIYIRANIN ATABATASINA LEHNET...QUSQRSIZ

Abdulqadir 2018-12-08 00:38:09

Mezen olsun Cahangir.Teleb etdiklerini eliyecekdilerse day senü nösh tuturdular? Bu ishin lezzetini,duzunu,istiotunu qachirib kayflarini pozmaq isteysen?E be,bir-bir deee.Haminizi birden olmaz ki.

keçici qırmızı bayraqlar 2018-12-08 00:38:09

Niyəsinin sadə bir izahı vardır. Milyardları (BB-dən) əkişdirənlər çöldədir içəridə oturan isə C.Hacıyevdir. ..... Zamirə söhbətini də ortaya atdılar ki, millətin ağzını başqa istiqamətə çevirsin. Biz isə millət olaraq oynamağa, dansa, toylara başımız qarışıbdır.

Aydın 2018-12-08 00:38:09

Ölkədə talanmış,atılmış və maliyyə sistemindəki bütün maxinasiyalardan maliyyə naziriyi və milli bank tam xəbərdardırlar. Onlardan soruşmaq lazımdır. Manatı da onlar devalvasiya uğradıb qiymətsiz kağıza çevirmək istəyirlər ki, yüzlərlə milyard dollarla dəyəri olan talanmış oğurlanmış millətin xalqın pulunu bir neçə milyon dollar dəyərində ödəsinlər batırsınlar yox etsinlər. Ona görə də hökumət milyardları tələb edəndə 1 dollar 78 qəpik kursu yaddan çıxmalı deyil.

zərgər 2018-12-08 00:38:09

a kişilər 3.3 milyard dollar 20 vaqon təmiz qızıla bərabər bir puldu, bu qədər sərvəti bu nətər yeyib...

İsmayıl 2018-12-08 00:38:09

Deyə bilərəm ki,Banklardan milyardlarla manatı,artıq kreditlərin buraxılması komissiyanın rəyləri əsasında icra olunur. C.Hacıyevin tək başına milyonlarla kreditin buraxılması səlahiyyəti daxilində deyil. BB-dan 8-milyard manat artıq kreditin buraxılmasında təkcə Cahangir Hacıyev yox, Milli Bank və Maliyyə Nazirliyi və s.məsuliyyət daşıyırlar,çünki bankdan bir adam təkbaşına milyardları məxaricə buraxa bilməz? Hətta həmin dövrdə BB-da yoxlama aparan AP-nın əməkdaşlarıda məs.daşıyırlar,çünki onlar aidiyyatı

Son yazılar