“Suverenlik - dövlətin ölkə daxilində və xaricində öz Konstitusiyası, müvafiq qanunları, beynəlxalq hüququn verdiyi səlahiyyətləri azad və sərbəst şəkildə, hamılıqla qəbul olunmuş prinsiplər və normalar əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququ deməkdir. Əgər bir ölkədə qanunlar işləmirsə, deməli, onun suverenliyindən danışmaq da mümkün deyil”.
Bunları Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bəzi siyasətçilərin zaman-zaman hansısa siyasi aksiyanın keçirilməsinin suverenliyimizə təhlükə yaradacağı ilə bağlı fikirlərini Ovqat.com-a şərh edərkən deyib.
Partiya sədrinin fikrincə, bu adamlar ya suverenliyin nə demək olduğunu bilmirlər, ya da qəsdən təhrifə yol verirlər: “Təəssüflər olsun ki, hazırda Azərbaycanda bu problem ciddi şəkildə özünü göstərir. Ölkəmizin 20 faizi işğal altındadı və həmin ərazilərdə nəinki qanunlarımız işləmir, hətta dövlət idarəetmə orqanlarının ən səlahiyyətli nümayəndələri belə, oraya gedə bilmirlər. Digər 80%-lik ərazimizdə isə qanunlarımız işləmir. Ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunur”.
İ.İsmayılov bu fikrinin isbatı kimi ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasını göstərib: “Təsəvvür edin ki, Konstitusiyanın müvafiq maddələrinə görə, Azərbaycan vətəndaşlarının hər birinin öz fikrini azad şəkildə ifadə etmək, sərbəst toplaşmaq hüququ vardır. Hakimiyyət isə bu hüququ heç bir qanuni əsası olmayan arqumentlərlə boğur. Məsələn, bu yaxınlarda Qarabağ Komitəsi Bakıda Azərbaycanın suverenliyinin ermənilər tərəfindən pozulması ilə bağlı etiraz aksiyası keçirmək istəyirdi. Amma Bakı şəhər İcra Hakimiyyəti buna icazə vermədi. Arqumenti isə belə oldu ki, bu işlə prezident məşğuldur, kiminsə bu məsələyə müdaxiləsinə ehtiyac yoxdur. Bu cür gülməli arqument bir daha sübut edir ki, Azərbaycan xalqının nəinki sərbəst şəkildə öz idarəetmə mexanizmini müəyyənləşdirmək, heç xarici düşmənlərə qarşı səsini çıxarmaq imkanı da yoxdur. Elədirsə, hansı suverenlikdən danışmaq olar?”
Partiya sədri hesab edir ki, Dağlıq Qarabağ problemi xalqdan başqa heç kimin inhisarında olmamalıdır. Azərbaycan hakimiyyətinin Qarabağla bağlı düzgün siyasət yürütmədiyini iddia edən partiya sədrininin fikrincə, rəsmi Bakı problemin həllini ATƏT-in Minsk qrupuna həvalə edib: “Minsk qrupunun isə bununla bağlı hər hansı imperativ qərarlar çıxarmaq hüququ yoxdur. O, sadəcə tərəflərə hansısa təkliflər verə bilər və verir. Erməni tərəfi buna əməl etmir və məsələ beləcə bağlanmış olur. Azərbaycan hakimiyyəti isə bu vəziyyətdə heç nə edə bilmir, mənasız danışıqları uzatmaqla işini tamamlanmış sayır”.
Belə vəziyyətdə xalqın öz iradəsini ortaya qoymalı olduğuna inanan İ.İsmayılov fikirlərini bu cümlələrlə yekunlaşdırıb: “Yalnız xalq Qarabağın taleyi ilə bağlı yekun sözü deməli, lazım gələrsə, problemi hərb yoluyla həll etməldir. Azərbaycan hakimiyyətinin siyasi aksiyalara icazə verməməsi bu şansı da onun əlindən alır. Halbuki, ümumxalq etirazının təşkil olunması ilk başda prezident İlham Əliyevə lazımdır ki, ciddi qərarlar vermək məsuliyyətini xalqla bölüşsün”.

Şərhlər
Onlar qardaşdırlar, öz aralarında artıq hər şeyi həll ediblər.
Dövlət kişisi məhz belə olur. Xalqlar, millətlər, dövlətlər məhz belə əxlaqın, savadın, vicdanın və davranışın sayəsində formalaşırlar. qanunu həyasız qanmazlıqla, ləyaqətsiz yaltaqlıqla gözdən salanlar uzağa getmirlər.Yoxsa bəzi danabaş gədələr yaltaqlığın verdiyi siyasi və iqtisadi jımıxdan, qanmazlıqlarından cəzasız qalacaqlarına əmin olduqlarından mənən axta olmalarına rəğmən heykirirlər və guya özləri də hüquq elmləri doktorlarıdır.
Vətəndaşın şikayəti nəzarətə götürülməlidir,yoxsa başdansovdu cavab vermək,vətəndaşın şikayətinə baxmaq demək deyil? Belə hallar vətəndaşı dövlətdən narazı salmaq deməkdir.Vətəndaşı dövlətdən narazı salan məmurlar haqqında ciddi tədbirlər vaxtında görülməsə sosial narazılıqların yaranmasına gətitirib çıxaracaqdır.Uzun müddətdir ki,Prezident Administrasiyasına şikayət edirəm,şikayətimə baxılmaq üçün Rabitə Nazirliyinə göndərilir,nəzarət sistemi olmadığından şikayətə baxan yoxdur? RN-nin özbaşnalığına son qoy
Vətəndaşların haqlı şikayətlərinə baxmayaraq,vətəndaşı dövlətdən narazı salırlar? Çünki onların işlərinə nəzarət edən qurum işlək vəziyyətdə deyil? Dövlətini,xalqını və cənab Prezidentimizi sevən Nazir,İcra Başçısı öz xidmətləri ilə insan faktoruna qiymət qoymalıdır.Vətəndaş məmur özbaşnalığından nazirə şikayət edirsə,birinci növbədə şikayət doğuran səbəbləri araşdırmalı, qanunun aliliyinə riayət edərək vətəndaşın şikayətinə baxmalıdır,yoxsa başdansovdu cavab verməməlidir? Vətəndaşın şikayəti nəzarətə götür
Qanunu birinci növbədə Nazirlər və İcra Başçıları əməl etməlidir və onlar digər məmurlara örnək olmalıdırlar.Əksinə,yeni təyin olunan nazirlər qanunun aliliyinə riayət etmək əvəzinə,məmurun şəxsi göstərişlərinə əməl edərək öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmayır ? Rabitə Naziri Ramin Quluzadə ailəmin haqlı şikayətinə baxmaq əvəzinə İcra Başçısının jantaj sözlərinə inanaraq,mənim şikayətimə baxmayaraq,qanunun aliliyinə riayət etməyərək sabiq nazirin ölənlərinə rəhmət oxutdurur.
Azərbaуcan üçün onəmli ƏDALƏТin sədri, dəуərli Hüquq Agsaqqalı, cənab İ.İsmaуılov, SİZİN ovqaт.coma şərhiniz, H.Əliуev kimi vəтəndaşlıga fəxrlə və haqqa hüquqla nail olmaga çagırır. Məncə, Qarabag həllinin də hərbə qədər xalqdan sorulmaуan və rəsmi hüquqi iddia kimi qaldırılmamış (prosedur) gedişləri var! Dovləт ozbaşına vəтəndaş hüquqlarını bərpa edə biməz. Ali Qanuna uуgun hərbi müdafiə əvəzinə on illərdir ki, oz vilaуəтinin hərbi əsarəтinə razı kimi gorünür? Ən уeni тariximizin real hüquqi mənzərəsi.
"Ən brinci Qanun,Qanuna hörmət Qanunudur!"-hikmətini ilk dəfə vətəndaş mövqeli, vicdanlı alim, hörmətli İlyas mualimin dilindən 20 il öncə,bu ləyaqətli İNSANla şəxsən tanişlığım vaxtı eşitdim və bu müddət ərzində davranışı ilə o,fikri təsdiq etdiyinin şahidi oldum.Ədalətsiliyin,qanunsuzluğun qarşısında heç vaxt(əhval ruhiyyəsindən asılı olmayaraq)susmur İlyas mualim.Çox təəssüf ki,rəsmi səlahiyyətlilərin içində bu çapda dövlət adamı yoxdur,hər halda mən tanımıram.Şərikəm fikrinizə,ALLAH qorusun Sizi!
Я глубоко убежден, что судей надо не на знание законов проверять , а надо тестировать на совестливость. Совесть или есть, или же его нет совсем. Тут и баллы не нужны. Поступать по совести, значит соблюсти закон. Совесть есть у всех и надо только проверять судей на степень готовности продавать свою богом данную человеку совесть. Этот метод ко всем применим. " а судьи кто?"- вопрошал известный персонаж классики. Кстати, быть совестливым и нерелигиозным вполне возможно. Совесть религией не дается.
Я знал погибшего покойного сына этого уважаемого человека еще с Москвы. Хороший был парень. Упокой господь его душу.
А по поводу законов и их применения скажу свое мнение. Это мнение в том, что законы писаны для совестливого решения споров и вообще всех жизненных вопросов между людьми. Это значит, что совесть заложена в каждую норму закона. Совесть же, поверьте мне, одинакова и у папуасов и у нас с вами. Совесть это мерило справедливости. Мы просто должны иметь совесть, тогда и законы будут
EH,MILLETIN DERDI VAR,...XESTEDI.KIM DEYER BIZIM POLIS KIMI QORUYUR.POLIS SERWANTI,ORDUNUN POZISIYADA DAYANAN ZABITINDEN COX MAAW ALIR,HESAB EDIREM KI,BU GULMELIDI
Birisi and-aman edir ki, bəs qatıq qara deyil- ağdır.İndi ay İlyas müəllim, hamiya məlum olan həqiqətləri sadalamağa nə ehtiyac var .Millətimizi doğru yola yönəldən bir ağsaqqala təlabat vardır, o da hələ tapılmır...
Hakimiyyətə yaxın adamlar Qarabağdan çox şəxsi biznesi ilə məşğuldur.Səhiyyə və təhsil yarıtmaz vəziyyətə düşüb.Hər şey alınıb-satılır.Qanunlar kasıblar üçündür.Qarabağ müharibəsi əlilləri müalicə olunmağa xəstəxana və dərman tapa bilmir.MN-nin mərkəzi hospitalında ordumuzun ilk zabitlərinin,yəni əlil olmuşların belə müalicə olunması yasaqlanıb.Rusiya ordusunda xidmət edənlərə qapılar açıqdır.Qanun-filan yoxdur.Rusiyaya rəğbət bəsləyənlər,anası və arvadı erməni olanlar vəzifələrdə ön sırada yer alırlar..
İLyas müəllim sanki Amerika açıb.Bu hal demək olar ki,25-27 ildir davam edir.Həbsxanalar doldurulub.Bayırda qorxu hissi yaradlıb.Səsi çıxanı həbs gözləyir.Polislərin sayı sərbəst insanlardan çoxdur.Son şəhid ailəri ilə olan oly.Bu insanlar nə istəyirdi ki? Onlara qarşı məhdudiyyət,sıxşdırmapolis ,həbs və sair.Bununharası müstıquillik oldu ki? Bu yalnız Pinoçet rejiminə bənzər bir sistemdir.Buna dövlət quruluşu demək olmaz. Ümidsizlik ölkəni bürüyüb.
İlyas məllim,qanunlara hörmət nə iqtidarda var,nə də müxalifətdə.Xalqı düz yolundan sapdıran da əsgi müxalifət liderləridir.Neçə ki,Xalq bunları süpürüb siyasi səhnədən atmayıb,YAP-ın ``çaldığı havaya`` oynamağa məhkumdur.Bu oyunlar isə yaxşı gələcəkdən xəbər vermir.İqtidar təcili islahatlara getməlidir.
Ilyas müəllimin nümayiş etdirdiyi mövqe reallığı əks etdirir.Lakin neynəsinki rəsmi Bakı bilərəkdən məqsədli şəkildə olunan bu təklifləri araşdırıb qəbul etmək istəmir,sındırılmış xalq isə biganəlikdən, süstlükdən rəsmi Bakını hərəkətə gətirmək halında deyil.