RƏHBƏRƏ ƏSL SƏDAQƏT...

Eldar SABİROĞLU

Nəzrindən yazdığım iki statusa görə özünə və qələminə böyük hörmət etdiyim jurnalist dostlarımdan biri irad tutdu və ikinci yazının hökumət binaları qarşısında bu soyuqlarda sitildəyən şəhid analarına həsr etməyimi daha məqbul saydı. Üzə çox vurmasa da narazı qaldığını hiss etdim. Birinci dəfə dostumu incidirdim, amma o, haqlı idi...

Bir aya yaxındır ki, balalarının qan pulu üçün küçələrdə qalan şəhid analarının səsinin eşidilməməsi, yalan vədlərlə aldadılmaları mürəkkəb suallar yaradır.

Bu biabırçı süründürməçiliyin təqsirkarı heç də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil. Yönəldici yazılarla problemin bu qurumun üzərinə yüklənməsi cəmiyyəti əsas və həlledici dayanacaqdan yayındırmaq məqsədi güdür. Əslində şəhid anaları marşrutu düzgün müəyyən ediblər. Prezident Administrasiyası isə göstəriş verməyə hələ ki, tələsmir. Nəyi gözləyir, narahatlığın aradan götürülməsi üçün niyə qərarını açıqlamır, maraqlı da burasıdır. Hər şeyə, hər yerə pul tapırıq, hətta 10 min kilometrdən uzaqlıqda olan Venesuelaya səxavət torbamızdan köməyimizi əsirgəmirik, ancaq burdan-bura öz şəhidlərimizin qan pulunu verməyə ərincəklik edirik...

İctimai rəyin günbəgün hökumətin əleyhinə işlədiyi göz önündədir. Kim bunu yaradır, bəlkə hansısa sehrli çubuqla kimsə işə pəl vurur?!

Yox, aldatmayaq özümüzü. İnsanlarda inamsızlıq meyillərinin artmasının başlıca səbəbi məhz hökumət strateqlərinin öz vətəndaşına biganə münasibəti ilə əlaqədardır. Bunun başqa izahı yoxdur.

İmkan ola-ola etirazçı anaların haqlı tələblərinin böyüyərək şişirdilməsi doğrudan təəccüblüdür. Bəlkə hökumətin daxilində problemin düyünə düşməsini güdən maraqlar mövcuddur? İmanımı yandırıb bu ittihamın üzərində inad etmirəm. Çünki sözlərinin əvvəli və axırı iqtidarın yekdil, monolit olduğu barədə kəlmələrlə bitir. Hakimiyyətin zirvəsinə sədaqəti olan yüksək dövlət məmurları qoca yaşlı şəhid anasının Prezident Administrasiyası qarşısında əxlaqi dəyərləri itirmiş birisi tərəfindən döyülməsinə susmamalıydılar! Rəhbərə əsl sədaqət budur!

Vətəni müdafiəyə yola salan ana oğlunu şəhid verdi ki, sonra döyülsün? Şəhid analarının qan pulu etirazları məsələsində hamı aradan çıxıb, kimsənin adı çəkilmir, ictimai fikirdə yalnız dövlət başçısının adı hallanır.

Bu yerdə yadıma nə düşdü? Deməli, Avropadan söyüşlər ilkin olaraq prezidentin və ailəsinın ünvanına eşidilməyə başladı. Qeyd edim ki, bu heç bir əxlaqi dəyərlərə sığışan məsələ deyil və mənə qarşı pislik edilməsinə baxmayaraq, o söyüşçülərin tərbiyəsizliyini qəbul etmirəm. Eyni zamanda başqalarının da söyüşlərə və ailələrinin təqiblərə məruz qalmalarını məqbul saymıram...

Şəhid anaları haqda yuxarıda danışarkən də sədaqət məsələsinə toxundum. Yəqin lütfkar oxucu nə deyəcəyimi bilər. Qan pulu etirazları qulaqardına vurulmamalıdır. Bu hal dövlətə heç də başucalığı gətirmir, əksinə getdikcə narazılıqların miqyasını genişləndirir. Digər tərəfdən valideynlərimizdə vətəni qorumaq üçün övladını əsgəri xidmətə göndərmək hissini yaralayır. Şəxsim olaraq bu laqeyd münasibət mənə də pis təsir edir. Ailə üzvlərindən iki şəhidim var. Əmim oğlu Daşqın Səfərov Tovuz cəbhəsində həlak olmuş, məzarı Şəhidlər Xiyabanındadır. Dayım oğlu Fazil Quliyev isə Murovdakı döyüşlərdə yox olmuşdur. Nə öldüsü, nə qaldısı haqda bu günə qədər xəbər yoxdur. Ogul dərdinə dözməyən atanın da ürəyi partlayıb öldü.

Şəhidlər ölməz, Vətən bölünməz!!! Dəyər verin bu müqəddəs KƏLAMA!!!

635x100

Şərhlər

Eldar Sabitoglunu taniyana cavab 2018-12-21 12:08:07

Söhbət bu məsələni kimin qaldirmasından getmir.Bu problem var ya yox,şəhid anasını(əslində fərqi yoxdur kimi) döyür,söyürlərmı?Haqqlı pulunu verirlərmi? Bundan danışmaq lazımdır

t.ədalət 2018-12-21 12:08:07

Məlahət xanımın çıxışına:Bəli,müharibə əlilləri və şəhid ailələri öz hüquqları uğrunda mübarizə aparır.Bu, onu göstərir ki,yuxarılar hərbi vətənpərvərlik məsələsinə soyuq yanaşırlar.Onların mənzillə təminatı da utanvericidir.Orduda olmayanlar,fərarilər şəhərin mərkəzini kommersiya- tikinti meydanına çevirdiyi halda,bu torpaq üçün can verən,sağlamlığını itirənlərə mənzillər şəhər mərkəzindən xeyli aralı yerlərdə,çaqqallar ulaşan keçmiş bataqlıqlarda tikilən binalarda verilir.Bu,döyüşçülərə qarşı həqarətdir!

Məlahət Mürşüdlü 2018-12-21 12:08:07

Övladları düşmənlə vuruşub şəhid olan analar məmurlarla vuruşur. Dünya bunu görür. Utancverici haldır.

ELDAR SABİROĞLUNU TANIYAN: 2018-12-21 12:08:07

XƏTRİNƏ DƏYMƏSİN, AND OLSUN ŞƏPƏRİ NƏNƏNİN RUHUNA UJEY NALA-MIXA VURURSAN HAAA...

EJDER 2018-12-21 12:08:07

BU SAHILIN TERCUMEYI HALI BAWDAN AYAQA GULMELIDI,LUKAWENKO CANI.BU SELIMIN ...BIZI QOYUB GETDI,ALIMLIYININ DALIYCA.NAQARACUYUQ.HESAB EDIREM KI,TEBIBE OXWAR BIR WEY YARADIF,,ASAN RUWVET,,E...XIDMETE VERILSE DAYANIQLI INKIWAFIMIZ GUCLENER,IRI ADDIMLARLA...WIROKO WAQAET AZEBIJAN

t.ədalət 2018-12-21 12:08:07

Eldar müəllim, toxunduğunuz problem birbaşa əmək və əhalinin sosial müdafiəsi nazirliyindən asılıdır.Nazirliyin başında dayanan,hərbi xidmətdən (Vətənin müdafiəsindən!) yayınan,doğulduğu ailə üzvlərindən birinin xristian olduğu məlum olan,ölkənin dərd-sərindən uzaq bir adamın çalışdığı sahəyə aid təcrübəsizliyi gizlədilərək, daha çox dil bilməyi(dil bilmək,məgər savaddır!Bazarlarda alverçilər də çoxlu dil bilir.) KİV-də qabardılan Sahil Babayev məsələni Prezident qarşısında qaldıra bilər.Amma istəmir..

Son yazılar