ASLANLI İLƏ BAĞLI DAHA BİR SENSASİYALI İDDİA - Xanımı ilə birgə 2 milyonluq...

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət olunub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyə Respublikasının “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubunun nüsxəsini redaksiyamıza təqdim edib.

O bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Razılaşmaya görə şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2  olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə  və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.

M.İyigörür həm villa, həm də birləşdirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.

“Roseville Apartments” yaşayış binasında R.Aslanlıya məxsus mənzillər üçün onlarla TIR dolusu materiallar göndərilib.

Şikayətçinin sözlərinə görə, Rüfət Aslanlı həyat yoldaşı Leyla Aslanlı ilə birlikdə İtaliyanin Venesiya şəhərindəki MURANO adasına gedərək orada əl istehsalı, şüşədən hazırlanmış ümumi dəyəri 80 min avro olan 65 ədəd lüstr alıb. Hər bir lüstr L.Aslanlı tərəfindən tək-tək bəyənilərək seçilib.

Onlar İtaliyanin Milan şəhərinə gedərək orada “Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı ve lüks italyan mebel firması olan “BELCOR”-dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıblar.

M.İyigörür R.Aslanlı və L.Aslanlı ilə dəfələrlə İstanbulda şirkətin Levent ofisində və ya R.Aslanlı və ailəsinin daim qaldığı “FOUR SEASONS” hotelindəki Suitlərində iclaslar keçirdiyini bildirib. Orada ər və arvadın seçərək bəyəndiyi 3 ədəd əl istehsalı gizli kassalar, Amerika istehsalı olan divar kağızları, balkon mebelləri, yüzlərlə bəzək əşyası, “smart” ve səslə işləyən  tualetlər, barmaq izi ilə açılan qapılar və “smart”, soyuduculu şərab dolabları, “Aslanlı” ailə nişanı ilə xüsusi olaraq emal edilmiş pərdələr,  yataq örtükləri, qoxulu sabunlar, dəsmallar və digər məhsullar onların ünvanına göndərilib.

Mallar Amerika, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603  min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb.

Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.

M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.

Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.

635x100

Şərhlər

vidadi goyce 2019-01-09 00:02:39

helime xanim bu adamda agil olsaydi bu gune dushmezdi, harami ozlerine heyat boyu nifret getiren servete cevirmezdiler, bele adamlar nefs adli tehlukeni anlamaq imkanindan mehrumdurlar, beleleri butun omur boyu allahin leneti ile yashamaga mehkumdurlar

adam pulsuzov 2019-01-09 00:02:39

dagit, qaa, dagit, yaxshi eliyisen, danaa

sual 2019-01-09 00:02:39

en boyuk bed extcilik odir ki bu adam ermeni esilli qohumdur. emisi ixlunun anasi tam ermeni ya oxlu ise gedebey de baxs hekim serhed bolgesi burasi ya bir basqasi yoxmu bu razalet deyilmi

Azərbaycan vətəndaşı 2019-01-09 00:02:39

Mənə əlavə yazana bildirirəm ki,mən bir məmur tanıyıram.O da o biri məmurlar kimi talançılıqla məşğul idi.İndi vəzifəsini dəyişib daha böyük vəzifə sahibi olub.

Hakimiyyete. sual 2019-01-09 00:02:39

Butun bu eybecerlik ve cinayetleri oz vidiolarinda gosteren Mehman Huseynovu niye serleyib mehv etmek isteyirsiz?????? O ki, teltife layiqdi!!!!!

Azərbaycan vətəndaşına əlavə 2019-01-09 00:02:39

Aslanlıya qaldırılan iddiaların çoxunun onu vəzifədən-vəzifəyə keçiren məmurlara aid etsıniz doğru olar.Bəs bu müddətdə kor idilər? O qədər orqanların qarşısında bu əməlləri necə etmək mümkün olub.O şəxsləri ortaya çıxarmaq ölkəyə fayda verə bilər.Eyni zamanda belə hakkarın təkcə Aslanlıda ortaya çıxmaması isə ( vergi,nəqliyyat.Sosial müdafiə,Diaspor və s.) daha dəhşətlidir.

EJDER 2019-01-09 00:02:39

HESAB EDIREM KI,BUNLARA BARMAQ ZAD TESIR ELEMIR...HER KESEN ...BAWINDADI.ALLAH YETIM EYVAZA REHMET ELESIN...AZERBIJAN

Müəllim 2019-01-09 00:02:39

Niyə bu YAP-ın talançı məmurları işlədiyi müddətdə nəzarət olunmur? YAP-ın dediklərinə görə çoxlu üzvü var,onların da əksəriyyəti vəzifələri icarəyə gğtürüb 10-30 il bir kresloda oturub və ya bu müddətdə onlara bir söz deyilmir.Amma işdən azad edilən kimi arxalarınca cinayət etdikləri aşkarlanır.Misal istədiyiniz qədər.Ən pisi isə odur ki,cinayət aşkarlandıqdan sonra da onlar toxunulmaz olurlar.DEməl.Millət YAP-dan qurtarmasavə ya YAOı P ləğv edilməsə azərbaycan millətinə normal həyat görünmür?

Veteran 2019-01-09 00:02:39

Aslan"dan eser-elamet gorunmur. Bu artiq ....

Bashirov Qarib 2019-01-09 00:02:39

Bu qədər də acgözluk olar?

Helime 2019-01-09 00:02:39

Kiminse xetrine deymek istemirem, amma eminem ki, bele acgozluk eden insanlarin 99% - zinde derin agil yoxdur. Chunki, insanin agli olsa, bir fikirlesher men hansi pullari xercleyirem? Fikirlesher ki, bunun axiri yoxdur ve sabah cavab veresi olacam. Bizim bezi memurlarin( oxu banditlerin ) heyat principi maksimal talayim, bu gunle yashayim, bashqasindan geri qalmayim.

Oqtay 2019-01-09 00:02:39

Dünyanın birinci milyarderi Bill Qets də belə etmir cünki o pulu zəhmətlə qazanır bunlar kimi göydən tökülmür.Hamısı yeyir kor dolma yeyın kimi. Yəni kor ortaqlı qazandan dolma yeyir hanmı kimi bir bir sonra görürki hec kim dillənmir fikirləşir ki onlar yəqin iki iki yeyirlər başlayır iki iki yeməyə bir azdan görür heç kimin səsi çıxmır fikirləşir ki yəqin bunlar üç üç yeyir və başlayır üç üç yeməyə və belə davam edir Bizim bu vəzifəlilər də yəqin belə olub doymurlar

Helime 2019-01-09 00:02:39

Kishileri bu acgozluye qadinlar vadar edir. Hanisi memuru qurdalayirsan, xezinesinin 80 faizini arvadi xercleyib ve onun adinadir. Bizim qadinlarin gozu doymur, telebati bitmir. Cunki, cemiyyetin verdiyi terbiye budur. Oglan beyendiyi qiza agiz achmamish, qiz birinci evin var deye sorushur? Ve ardi gedir- onu isteyirem, bunu isteyirem. Derinden fikirleshsek( movzudan kenar olsada, ata- ana mecburdumu ovladina ev ala? Her shey toydan evvel teleb olunursa. , bes cavanlarin heyatdaki missiyasi nedir? !

Azərbaycan vətəndaşı 2019-01-09 00:02:39

Azərbaycanda ən kiçik məmurdan başlayaraq hamı dövlətin vəsaitini oğurlayır.Təkcə Aslanlı olsaydı dərd yarıydı.Nədənsə bu yalnız mənurlar işdən çıxandan sonra bilinir.Hara baxır bu ölkənin qanunlara nəzarət edən qurumları.Hüquq-mühafizə orqanları....

Son yazılar