Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.


Şərhlər
Qorxaq redaksiya, nə üçün bu məqaləyə görə yazdığım şərhi dərc etmədiniz.Sizə Antixalq siyasəti aparan YAP hakimiyyətinə və ona qorxaqlıqdan yaltaqlanan sizin kimilərə ar olsun!
Birləşmiş Millətlər Təşkilatı bir neçə gün bundan öncə Zimbabve prezidentini çox kəskin tənqid edərək diktatura rejiminə son qoymağı tələb edən qətnamə qəbul edib.Amma bizim hakimiyyət bu diktatorla əlaqələr yaradır.Bu biabırçı paradoksdur və Azərbaycanda da məhz avtoritar rejimin mövcudluğunu sübut edir