Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, yanvarın 25-də qızılın qiyməti yanvarın 24-ü ilə müqayisədə 0,663 manat artaraq 1 unsiya üçün 2179,485 manat təşkil edib.
Gümüş 0,0467 manat bahalaşaraq 1 unsiya üçün 26,0987 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 14,3225 manat artaraq 1367,9475 manat, palladiumun qiyməti isə 46,75 manat azalaraq 2247,1875 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.


Şərhlər